Bədirlənmiş ay, arxiv şəkli

Çinlilər kosmosda bir ilkə imza atdılar

348
(Yenilənib 14:37 03.01.2019)
"Çane – 4" Ayın cənub qütbünün Eytken hovuzu adlı hissəsində eniş edib

BAKI, 3 yanvar — Sputnik. Çinin pilotsuz "Çane-4" aparatı ilk dəfə Ayın əks tərəfinə - qaranlıq tərəfinə eniş edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu, ayın digər tərəfinə eniş edən ilk kosmik stansiyadır.

Stansiyanın içərisində ayda aşağı çəkisizlik şəraitində orqanizmlər yetişdirmək üzrə təcrübələr də daxil olmaqla araşdırmalar və eksperimentlər aparacaq qurğu var.

"Çane – 4" Ayın cənub qütbünün Eytken hovuzu adlı hissəsində eniş edib. Qurğu dekabrın 8-də Siçuan vilayətində yerləşən Siçan kosmodromundan havaya buraxılıb.

348
Teqlər:
stansiya, Ay, Çin
Əlaqədar
Nazir müavini Azərbaycanın kosmosdakı uğurlarından danışdı
Ruslar "araq"dan kosmosda da istifadə etməyə hazırlaşırlar
Fanatlar kosmosda olan aktyor üçün "NASA" və "Roskosmos"dan kömək istədilər
Azərbaycanlının yaratdığı kosmik ölkənin vətəndaşlıq rüsumu bilindi
Telefonda WhatsApp loqosu, arxiv şəkli

"Whatsapp"da təhlükə: ehtiyatlı olun, sizə "xoşbəxtlik məktubu" gələ bilər

19
"Whatsapp"ın yeni addımından sonra messencer istifadəçiləri, xüsusən də pensiyaçılar mayın 15-dən etibarən "Whatsapp"ın pullu olacağı barədə xəbərdarlıq məktubları almağa başlayıblar.

BAKI, 16 may — Sputnik. Fırıldaqçılar "Whatsapp"ın konfidensiallıq siyasətinin dəyişməsindən istifadə edərək şəbəkə istifadəçilərinə "xoşbəxtlik məktubları" göndərməyə başlayıblar. Həmin məktublarda bildirilir ki, onların şərtlərinə əməl edən istifadəçilər üçün dəyişiklikdən sonra da messencer xidməti pulsuz olacaq. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.

Qeyd edək ki, mayın 15-dən etibarən "Whatsapp"da yeni konfidensiallıq qaydaları qüvvəyə minib. Belə ki, istifadəçilərin hesab-qeydiyyat, tranzaksiya məlumatları, istifadə olunan mobil cihazlar, IP ünvanlar haqqında bütün informasiya əsas şirkət olan "Facebook"a ötürüləcək.

Yeni istifadəçi müqaviləsini qəbul etməyənlərin hesab dərhal silinməsə də, onlar yalnız daxil olan zəngləri qəbuil edə və bildiriş ala biləcəklər. Mesajları oxumaq və göndərmək isə mümkün olmayacaq.

"Whatsapp"ın bu addımından sonra messencer istifadəçiləri, xüsusən də pensiyaçılar mayın 15-dən etibarən "Whatsapp"ın pullu olacağı barədə xəbərdarlıq məktubları almağa başlayıblar. Xəbərdarlıqda bildirilir ki, bunun baş verməməsi üçün onlara göndərilmiş "xoşbəxtlik məktubu"nu kontaktdakı 10 nəfərə yollamaq tələb olunur. Bir SMS-in qiyməti isə 0,01 avrodur.

"Beləliklə, biz sizin aktiv istifadəçi olduğunuzu görəcəyik və loqotipiniz göy rəng alacaq, xidmət isə pulsuz qalacaq. Əks halda, "Whatsapp" hesabınızı deaktiv edəcək", – deyə məlumatda bildirilir.

"Buna "xoşbəxtlik məktubları" deyilir – bir növ beyin tələsidir. Fırıldaqçıların məqsədi bu və ya digər məlumatları insanlar arasında kütləvi şəkildə yaymaqdır. Bunlar təhlükəli məzmunlu məlumatlar, hətta viruslar da ola bilər", – deyə Rusiyanın "SafeNet" mühəndislik mərkəzinin mütəxəssisi İqor Bederov RİA Novosti-yə müsahibəsində bildirib.

Mütəxəssis istifadəçiləri bu cür məktublara ciddi yanaşmamağa və reaksiya verməməyə çağırıb.

Eləcə də oxuyun: 

"Whatsapp"a tamam, yoxsa davam - sosial şəbəkəyə hansı məlumatlarımız lazımdır?

"WhatsApp"-da dəyişikliklər: sms-lərlə bağlı yeniliklər

Azərbaycanlılar daha çox "Whatsapp"da zaman keçirirlər - Araşdırma

19
Teqlər:
fırıldaq, təhlükə, məktub, WhatsApp
Pentaqon

Pentaqon “Xiaomi”nin üzərindən sərmayə qadağasını götürür

23
(Yenilənib 14:23 12.05.2021)
Tərəflər bir sıra şərtlər üzrə danışıqları davam etdirirlər və mayın 20-nə qədər birgə bəyanat verməyi planlaşdırırlar.

BAKI, 12 may - Sputnik. ABŞ Müdafiə Nazirliyi və Çinin elektronika nəhəngi “Xiaomi” respublikaçı Donald Trampın prezidentliyi dövründə qəbul edilmiş sərmayə qadağasının şirkətin üzərindən götürülməsi barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi məhkəmə sənədinə istinadən yayıb.

Sənədə əsasən, tərəflər məhkəməni davam etdirməyə ehtiyac olmadan mübahisənin həllinə imkan verəcək əlavə addımlar barədə razılığa gəliblər.

Tərəflər bir sıra şərtlər üzrə danışıqları davam etdirirlər və mayın 20-nə qədər birgə bəyanat verməyi planlaşdırırlar.

Pentaqon bu ilin yanvarında ABŞ-da fəaliyyət göstərən və rəsmi Vaşinqtonun fikrincə, ÇXR hərbi sənayesi ilə əlaqəsi olan Çin şirkətlərinin siyahısını genişləndirib. Siyahıya “Xiaomi” də salınıb. Trampın fərmanına əsasən, ABŞ biznesmenlərinə siyahıdakı şirkətlərə investisiya yatırmaq qadağan edilir.

23
Robert De Niro

Robert De Niro çəkiliş meydançasında yaralanıb

0
(Yenilənib 22:02 16.05.2021)
Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

BAKI, 16 may — Sputnik. Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib. Məşhur aktyor bu yaxınlarda Oklahomada Martin Skorsezenin "Killers of the Flower Moon" filminin çəkiliş meydançasında ayağından zədələnib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

Eləcə də oxuyun:

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Doyunca gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni bir film - VİDEO

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

 

 

0