Mesaj

Telefonunuzda beş əlamət varsa, izlənirsiniz

1097
(Yenilənib 21:44 19.12.2018)
Əgər siz bu əlamətlərdən birini hiss edirsinizsə, özünüz problemin öhdəsindən gələ bilmədiyiniz təqdirdə mütəxəssisə müraciət edin

BAKI, 20 dekabr — Sputnik. Hazırkı dövrdə mobil rabitə abunəçilərinin demək olar ki, hamısı smartfon telefonlardan istifadə edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ancaq bu cihazlarla casusluq da mümkündür.

Müasir telefon cihazlarının funksionallığı o qədər çoxdur ki, onlar vasitəsilə nəinki söhbətlərə qulaq asmaq, eyni zamanda mesajları oxumaq və olduğunuz yeri müəyyən etmək belə mümkündür.

İzlənildiyinizə necə əmin ola bilərsiniz?

Bir neçə əlamət var ki, onları müşahidə edərək izlənildiyinizi müəyyən edə bilərsiniz.

1. Telefonunuzun enerjisi tez bitir. Telefonun batareyası əməliyyat rejimi, ətraf mühitin temperaturu və s. ilə əlaqəli tez bitə bilər. Ancaq telefonunuzda enerji itkisi gözlənilmədən tezləşibsə, telefonunuzun izlənildiyindən şübhələnə bilərsiniz. Bu dəyişiklikləri nəzərə alsaq, bir neçə gün ərzində aparatın kəskin batareya itkisi başlayıbsa, buna casus proqram səbəb ola bilər.

2.Smartfonda qeyri-adi hal baş verirsə, məsələn heç bir səbəb olmadan yanırsa və uzun müddət sönmürsə deməli orada virus var.

3.Əgər sizi dinləyirlərsə, söhbət zamanı səs dəyişə bilər. Və siz səsinizin əks-sədasını və ya qəribə səs-küy eşidə bilərsiniz.

4.Əgər istifadə edilməyən telefon müəyyən aparatların yanında küy yaradırsa, bu zaman məlumatların köçürülməsi prosesi baş verir.

5.Əgər nömrə yığdıqdan sonra zəng gec çatırsa, uzun zənglər varsa, söhbətiniz uzaqdan idarə edilir.

Əgər siz bu əlamətlərdən birini hiss edirsinizsə, özünüz problemin öhdəsindən gələ bilmədiyiniz təqdirdə mütəxəssisə müraciət edin.

1097
Teqlər:
izləmə, virus, telefon
Əlaqədar
Tələbələr smartfon asılılığından əziyyət çəkir
Smartfon həvəskarlarına çox pis xəbər...
Smartfon istifadəçilərinə xoş xəbər
"iPhone" sevənlər baxsın: Yeni smartfon belə olacaq – QİYMƏT
Smartfon həvəskarları üçün: Samsung S9 belə olacaq