WhatsApp logo

"WhatsApp" üçün yeni xüsusiyyət

97
(Yenilənib 20:14 17.12.2018)
Bu xüsusiyyət keçən həftə iPhone istifadəçiləri üçün təqdim edilmişdi

BAKI, 18 dekabr — Sputnik. "WhatsApp" messencer proqramında yeni dəyişiklik edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "WhatsApp"da hamının çoxdan gözlədiyi yeni xüsusiyyət istifadəyə verilib.

Məlumata görə, yeni xüsusiyyət ancaq Android sistemli telefonlar üçün olacaq.

1 milyarddan çox istifadəçisi olan messencer Android sistemlər üçün “şəkil içində şəkil” xüsusiyyətini istifadəyə verib. Belə ki, bundan sonra sosial şəbəkə istifadəçiləri Youtube və Instagram videolarını “şəkil içində şəkil” xüsusiyyəti ilə görüntüləyə biləcək.

Qeyd edək ki, bu xüsusiyyət keçən həftə iPhone istifadəçiləri üçün təqdim edilmişdi.

97