CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Google" milyonlarla dollarını yeni data mərkəzinin qurulması üçün yatıracaq

© REUTERS / Mike BlakeGoogle
Google - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkət Danimarkada data mərkəzini açacaq

BAKI, 20 noyabr — Sputnik. Dünyanın aparıcı şirkətlərindən biri olan "Google" yeni data mərkəzini açmağa hazırlaşır. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, şirkət bu dəfə Danimarkada yeni data mərkəzini açacaq. Məlumata görə, şirkətin yeni mərkəzinin dəyəri 690 milyon dollar olacaq. Yeni data mərkəzi Danimarkanın Frederisiya şəhərində yaradılacaq.

Xatırladaq ki, bu "Google" şirkətinin Danimarkada reallaşdırdığı ilk işi deyil. Bunadək də şirkət tərəfindən Danimarkada şüxtəlif layihələr reallaşmışdı. Təkcə ötən ildə şirkət tərəfindən Danimarkada yeni pilot layihə reallaşdırılmışdı. Növbəti ildə isə "Apple" şirkətinin bu ölkədə data mərkəzini yaratmaq üçün pilot layihə reallaşdıracağı gözlənilir.

Xəbər lenti
0