Google Chrome brauzeri

Zəhlətökən reklamlardan bezənlər üçün xoş xəbər

35
(Yenilənib 21:20 07.11.2018)
"Chrome"-un 71 versiyası ilə gələn ay yeni bir sxem yayımlayacaq

BAKI, 8 noyabr — Sputnik. "Google Chrome" zəhlətökən reklamlarla və fişinqlə olduqca radikal üsullarla mübarizə aparacaq. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bazarının yarıdan çoxunu əhatə edən brauzer, bu üsullardan istifadə edən bütün reklamları dayandıracaq.

"Google", "Chrome"-un 71 versiyası ilə gələn ay yeni bir sxem yayımlayacaq.

Sistem bu şəkildə çalışacaq: istifadəçilər şirkətə məhdudlaşdırılmış linklərdən, saxta reklamlardan, sistem mesajlarından, görünməz düymələrdən şikayət edə biləcəklər. Brauzer şikayətdən sonra sahibkarlara vəziyyəti düzəltmək üçün 30 gün vaxt verəcək. Bu müddət ərzində problem həll edilməsə, reklamlar dayandırılacaq.

35
Teqlər:
qadağan, reklam, Chrome brauzeri, Google
Əlaqədar
Promo, reklam, hədiyyələr, poliqrafiya: Bakıda ilk tematik sərgi
"Anti-reklam adı altında siqareti reklam edirlər"
Reklam olunan cihazlar həqiqətən də arıqladır, yoxsa biznes tələsidir?
Bu qərar reklam sahəsini dəyişdirəcək
Artıq zəhlətökən reklam "sms"lərindən canınız qurtaracaq