Kompüter arxasındakı insan, arxiv şəkli

İnsan beyninin sirlərini çözəcək ağıllı kompüter yaradılıb

455
(Yenilənib 18:24 05.11.2018)
Alimlər 2006-cı ildə başladıqları işi artıq uğurla sona çatdırıblar

BAKI, 6 noyabr — Sputnik. İnsan beyninin çalışmasını imitasiya edəcək nəhəng kompüter artıq hazırdır.

Sputnik Azərbaycan Mançester Universitetinin saytına istinadla xəbər verir ki, bu kompüter 12 ilə ərzində hazırlanıb. Onun hazırlanmasına 15 milyon funt sterlinq xərclənib.

SpiNNaker adlandırılan bu fantastik kompüterin müəllifləri Böyük Britaniyanın Mançester Universitetinin mütəxəssisləridir. Sözügedən maşının hazırlanmasına Avropa İnsan Beyni Layihəsi (European Human Brain Project) çərçivəsində dəstək verilib. Bu nəhəng beyin məhsulu milyon prosessorun birlikdə saniyədə 200 trilyon əməliyyatı yerinə yetirməsi sayəsində çalışacaq. Nəticədə, SpiNNaker insan beyninin neyronlarını özünə qədərki bütün super kompüterlərdən daha yaxşı əks etdirəcək biləcək.

Mançester Universitetinin Kompüter mühəndisliyi üzrə mütəxəssisi, professor Stiv Farber (Steve Furber) yeni super icadları barədə deyib: "Əslində biz ənənəvi kompüter kimi deyil, daha çox insan beyni kimi işləyən maşın icad etmişik. Yekun məqsədimiz milyonlarla nüvəni bir kompüterdə birləşdirib real zaman kəsiyində insan beynini əks etdirmək idi. Biz istədiyimizi reallaşdıra bildik. Bu, sadəcə, fantastikadır".

Farberin dediyinə görə, britaniyalı alimlər SpiNNaker kompüterinin əsasında süni intellektə sahib olacaq Spomnibot robotunu yaratmağı planlaşdırırlar. SpiNNaker neyron stimulyator kimi çalışmaqla mühəndislərə yeriyən, hərəkət edən və danışan mobil robotlar hazırlamaq üçün böyük neyron şəbəkələr yaratmağa imkan verəcək.

455
Teqlər:
beyin, insan, kompüter, robot
Əlaqədar
Bu ölkəyə özünüzlə kompüter apara bilməyəcəksiniz
Məhz bu vaxtdan sonra kompüter beyni xarab etməyə başlayır
Qaranlıqda kompüter və smartfondan istifadə etməyin
Britaniya Rusiyanın kompüter şəbəkələrinə əks-hücuma hazırdır
Kompüter oyunlarının ziyanları və faydaları