WhatsApp

"WhatsApp" istifadəçilərinə bəd xəbər

309
(Yenilənib 15:25 02.11.2018)
Yenilik istifadəçilər narazılığına səbəb olsa da, şirkət qərarında qətidir

BAKI, 2 noyabr — Sputnik. "WhatsApp" izləyicilərinə pis xəbər var. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, proqramın bir sıra özəl cəhətlərinə dəyişiklik ediləcək.

Belə ki, indiyədək "WhatsApp"-ın 3 əsas özəlliyi vardı: 1) Ödənişsiz olması; 2) Təhlükəsiz olması; 3) Reklamsız olması (Yəni, proqram istifadəçilərinin qarşısına müxtəlif reklamlar çıxmırdı".

Lakin bundan sonra vəziyyət fərqli olacaq. Daha doğrusu, sadalanan 3 özəllikdən biri aradan qalxacaq.

"WhatsApp" qərar verib ki, bundan sonra reklamlar qəbul etsin. Bu xəbər istifadəçilərin narazılığına səbəb olub. Buna baxmayaraq, şirkət qərarında qətidir və reklam qarşılığında əlavə maddi qazanc əldə etmək fikrindən daşınmayacaq.

Prosesə bu gündən başlandığı qeyd olunur.

309
Teqlər:
istifadəçi, reklam, "WhatsApp"
Əlaqədar
WhatsApp və Facebook arasında qalmaqal böyüyür
Məktəbliləri kim oğurlayır: Bakı qeybətcillərinin fantaziyaları və "WhatsApp" şüvənçiləri
"WhatsApp"-dan müsəlmanlar üçün maraqlı yenilik
Kompüter ekranında virus, arxiv şəkli

Canlı yayımlara aldanmayın: məşhurlara aludə olub, quru yurdda qala bilərsiniz

14
(Yenilənib 22:19 24.11.2020)
İstifadəçinin hesabından vəsaitlər silinir və fərdi məlumatları digər kiberdələduzluq əməllərinin həyata keçirilməsində istifadə olunur.

BAKI, 24 noyabr — Sputnik. Kiberdələduzlar tərəfindən koronavirusla bağlı həyata keçirilən fişinq hücumları artmaqdadır. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Sputnik Azərbaycan-a verilən məlumata görə, belə ki, növbəti fişinq kampaniyasında məşhur şəxslərin real videolarından istifadə olunaraq onların adından saxta canlı yayımlar edilir. 10 min avrodan çox ianə təklifi ilə istifadəçilər həmin yayımları izləməyə sövq olunurlar. Yayıma daxil olub sadə sualı cavablandıran istifadəçidən növbəti mərhələlərdə fərdi məlumatlarını təqdim edərək qeydiyyatdan keçməsi və kart hesabının məlumatları istənilir. Bu cür məlumatları təqdim edən istifadəçinin hesabından vəsaitlər silinir və fərdi məlumatları digər kiberdələduzluq əməllərinin həyata keçirilməsində istifadə olunur.

© AR Ministry of Transport, Communications and High Technologies
Fişinq kampaniyası

Qeyd edək ki, kiberdələduzların gələcəkdə insanların koronavirusla bağlı qorxu, təşviş və marağından sui-istifadə edərək onları "tələ"yə salmaq cəhdlərini davam etdirməsi istisna olunmur. Məhz bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları kibermühitdə maksimum diqqətli olmağa, hər hansı hədiyyə, ianə və ya pulsuz məhsul vəd edən bildirişlərə aldanıb fərdi, xüsusilə bank məlumatlarını təqdim etməməyə və bu kimi bildirişləri spam mesaj olaraq şikayət etməyə çağırır. Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməlidirlər. Hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdırlar. Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

14
Teqlər:
fişinq, dələduzluq, kibercinayət, canlı yayım, sosial şəbəkələr, internet, Azərbaycan
Qadın telefonla maşında, arxiv şəkli

Telefon nömrələrinizi vacib hesablardan ayırın, səbəb ciddidir

48
(Yenilənib 22:35 21.11.2020)
Məsələn, bank tətbiqetmələri saytlarda, xüsusən də digər şəxsi məlumatlarla birlikdə buraxdığınız ümumi nömrəyə bağlanmamalıdır. Spam poçt və onlayn alış-verişlər üçün virtual nömrədən istifadə edin.

BAKI, 21 noyabr — Sputnik. İstənilən telefon nömrəsini internet vasitəsilə tapmaq mümkündür. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Rusiya Rəqəmsal Ekspertiza Mərkəzinin rəhbəri Anton Kukanovun sözlərinə görə, sosial şəbəkə istifadəçiləri özləri haqqında çox sayda fərdi məlumatlar paylaşırlar.

"Messenger, eləcə də sosial şəbəkələrdəki səhifələr bir istifadəçi haqqında məlumat tapmağa yardım edə bilər. Bu, telefon nömrəsi ilə edilən axtarış sayəsində mümkündür. Bu funksiyanı ləğv etsəniz də, mesajlaşma və sosial şəbəkələrdə eyni avatardan istifadə edirsinizsə, axtarış sistemində elementar şəkil axtarışı zamanı belə, şəbəkə təcavüzkarları ümumi bir səhifəyə aparacaq", - deyə o, bildirib.

Ekspert əlavə edib ki, sosial şəbəkələrdə məlumatlarınız hər kəsə açıqdırsa, hər kəs şəxsi məlumatlarınızı, yaşayış yerinizə, işlədiyiniz və ya təhsil aldığınız yerə, dostlarınızın kim olduğuna, nə ilə maraqlandığınıza və hətta gündəlik səyahətlərinizin marşrutuna qədər öyrənə bilər. Onun sözlərinə görə, bu dələduzlar tərəfindən qeyri-adi məqsədlər üçün istifadə edilə bilər.

Bu səbəbdən də, dələduzlara imkan yaratmamaq üçün vacib olan və olmayan hesablardan mobil nömrələrinizi ayırın.

Məsələn, bank tətbiqetmələri saytlarda, xüsusən də digər şəxsi məlumatlarla birlikdə buraxdığınız ümumi nömrəyə bağlanmamalıdır. Spam poçt və onlayn alış-verişlər üçün virtual nömrədən istifadə edin.

"Fotoşəklinizi və ani mesajlaşmalardakı şəxsi məlumatlarınızı ümumi baxışdan yığışdırın. Hətta yaxşı olardı ki, hesabınızı telefon nömrəsi ilə sosial şəbəkələrdə axtarma funksiyasını bağlayasınız. Həmişə iki faktorlu identifikasiya və mürəkkəb parollardan istifadə etməlisiniz", - deyə Kukanov bildirib.

48
Teqlər:
elektron poçt, e-poçt, spam, messenger, Rusiya
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

67
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

67
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu