Robot Sofiya

Sofiya robotu Bakıda milli geyim geyəcək

95
(Yenilənib 21:18 26.09.2018)
Ağıllı robot insana xas olan 60 emosiya və vəziyyəti ifadə etmək (gülmək, yatmaq, bədbin olmaq, kədər ifadə etmək, xoşbəxt olmaq, qorxmaq, təəccüblənmək və s.) qabiliyyətinə malikdir

BAKI, 26 sentyabr — Sputnik. 26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə Beynəlxalq İnnovasiya Həftəsi keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərlə tanış olmaq, konfransda, forumda və yarışlarda iştirak etmək, sərgini ziyarət etmək, eləcə də dünyanın ən inkişaf etmiş süni intellekti sayılan Sofiya robotu ilə danışmaq imkanı yaradılacaq.

Bu gün Heydər Əliyev Mərkəzində keçirilən mətbuat konfransı zamanı media nümayəndələrinə İnnovasiya Həftəsi çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı geniş məlumat verilib.

  • Azərbaycanda ilk dəfə olaraq keçiriləcək beynəlxalq “İnnovasiyalar həftəsi”nə həsr edilmiş mətbuat konfransı
    Azərbaycanda ilk dəfə olaraq keçiriləcək beynəlxalq “İnnovasiyalar həftəsi”nə həsr edilmiş mətbuat konfransı
    © NRYTN mətbuat xidməti

1 / 4
© NRYTN mətbuat xidməti
Azərbaycanda ilk dəfə olaraq keçiriləcək beynəlxalq “İnnovasiyalar həftəsi”nə həsr edilmiş mətbuat konfransı

Nazirliyin elektron idarəetmə və informasiya cəmiyyətinin innovativ inkişaf şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, İnnovasiya Həftəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiberidman Federasiyası, Keepface, Microsoft və digər şirkətlərin dəstəyi ilə bir sıra tədbirlər həyata keçiuriləcək.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Orxan Həbibov isə bildirib ki, Mərkəz digər sahələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində də layihələr həyata keçirir. Buna görə də, Heydər Əliyev Mərkəzi də ölkəmizdə ilk dəfə keçiriləcək İnnovasiyalar Həftəsinin partnyorları sırasındadır.

Həftənin ən maraqlı hadisələrindən biri dünyanın ən inkişaf etmiş süni intellekti, insanabənzər Sofiya robotu ilə görüş olacaq. Sofiya bu günə qədər dünyanın 40 ölkəsində olub və növbəti dayanacağı Azərbaycan olacaq.

Ağıllı robot insana xas olan 60 emosiya və vəziyyəti ifadə etmək (gülmək, yatmaq, bədbin olmaq, kədər ifadə etmək, xoşbəxt olmaq, qorxmaq, təəccüblənmək və s.) qabiliyyətinə malikdir. O, ingilis və rus dillərində sərbəst danışır, ona ünvanlanan suallara məntiqi cavab verir. Sofiyanın özünün kredit kartı da var. Sofiyanı ölkəmizə səfər çərçivəsində Heydər Əliyev Mərkəzində Azərbaycan milli geyimində görmək mümkün olacaq.

95
Teqlər:
robot, Sofiya, layihə, Heydər Əliyev Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq İnnovasiya Həftəsi