İnstagram sosial şəbəkəsi

"Instagram"da bazarlıq edə biləcəksiniz - Yeni funksiya yaradılır

13
(Yenilənib 04:27 07.09.2018)
Sosial şəbəkədə 25 milyondan çox şirkətin hesabı mövcuddur

BAKI, 7 sentyabr — Sputnik. "Instagram" sosial şəbəkəsinin mütəxəssisləri alış-veriş üçün "IG Shopping" adlı tətbiq hazırlayacaq.

Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, yeni tətbiqin köməyi ilə istifadəçilər sosial şəbəkədə satınalmalar etmək və ödəmək imkanı əldə edəcək.

"Facebook"un əsas əməliyyat direktoru və "Instagram"ın sahibi Şeril Sendberqin sözlərinə görə, sosial şəbəkədə 25 milyondan çox şirkətin hesabı mövcuddur.

Məlumata görə, 5 istifadəçidən 4-ü ən azı bir brendi izləyir, buna görə ayrı bir mobil proqram pərakəndə ticarət üçün meydança yaratmağa və gəlirləri artırmağa kömək edəcək.

13
Teqlər:
funksiya, Instagram, sosial şəbəkə, şirkət