Elektron ticarətlə məşğul olan qadın

Elektron ticarətdən istifadə edənlərin hesabına bonus yüklənsin - Təklif

12413
(Yenilənib 17:06 03.08.2018)
"Elektron ticarətin təşviq edilməsi üçün ofisi və ya satış məntəqəsi olmayan şəxslər üçün güzəştlər tətbiq edilə bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. "Elektron ticarətin inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Son dövrlər elektron ticarətin müqayisəli şəkildə inkişaf etməsinə baxmayaraq, bunun ümumi ticarətdə payının kifayət qədər az olduğunu müşahidə edirik. Söhbət, hətta birrəqəmli paydan gedir".

Vüqar Bayramov
Vüqar Bayramov

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanda elektron ticarətin mövcud vəziyyəti və perspektivindən danışarkən deyib. Onun sözlərinə görə, nağdlaşdırma ilə bağlı limitlərin tətbiq edilməsinə baxmayaraq, elektron ticarətin dövriyyəsində geniş artımlar yoxdur.

"Elektron ticarətin təşviq edilməsinə ehtiyac var və bunun zəif inkişaf etməsinin bir səbəbi də budur. Vətəndaşlar həm də biznes elektron ticarətin aparılmasında maraqlı olmalıdır. Amma hələlik biz təşviq siyasətini müşahidə etmirik" — ekspert bildirib.

Bayramov təklif edib ki, elektron ticarətin təşviq edilməsi üçün ofisi və ya satış məntəqəsi olmayan şəxslər üçün güzəştlər tətbiq edilsin: "Söhbət əlavə dəyər vergisindən azad olmaqdan gedir. ABŞ-da belə bir təcrübə var. ABŞ-da elektron ticarət ilə məşğul olanlar satış vergisindən azaddırlar və ona görə də bu, elektron ticarətlə məşğul olmağa stimul yardır, təşviq edir. Bizdə də oxşar təcrübənin tətbiq edilməsi daha məqsədəuyğun olar. Çünki bu, nəticədə iş adamlarının elektron ticarətə marağının artmasına gətirib çıxara bilər".

Həmsöhbətimiz vətəndaşların elektron ödənişlərdən istifadəsini stimullaşdırmaq üçün Türkiyədə və digər ölkələrdə tətbiq edilən bonus sisteminin Azərbaycanda da tətbiqini təklif edir: "Bu zaman plastik kartlardan istifadə edərək ödəniş edən vətəndaşlarımız nəticə etibarı ilə bonus ala bilərlər".

"Məsələn, rüb ərzində 1000 manatlıq ödəniş edibsə, təklif edirik ki, onun 5 faizi bonus şəklində vətəndaşın hesabına, plastik kartına yüklənsin. Bunun üstünlüyü odur ki, vətəndaş artıq plastik kartla ödəniş etməkdə maraqlı olacaq. Digər tərəfdən, bu, imkan verəcək ki, plastik kartların ödəniş dövriyyəsini genişləndirmək mümkün olsun" — deyə V.Bayramov qeyd edib.

İqtisadçının fikrincə, dövlət də 5 faiz bonus ödəməsinə baxmayaraq, vergidən yayınmanın qarşısını ala bilir: "Söhbət 18 faizlik əlavə dəyər vergisindən gedir. Bu vergidən yayınmanın qarşısını almaq 5 faizlik bonus fonunda dövlət üçün daha cəlbedicidir. O baxımdan bonus sisteminin tətbiq edilməsi vətəndaşların plastik kartlardan istifadəyə marağının artmasına və bütövlükdə plastik kartlardan istifadə ənənəsinin formalaşmasına gətirib çıxaracaq".

"Elektron xidmətin inkişaf etməsi birbaşa dövlətin təşviqedici fəaliyyətlərindən asılıdır. Təəssüf ki, hələlik bunlar tətbiq olunmur. Azərbaycanda yaxın dövr üçün elektron ticarətin inkişafı prioritetdirsə, o zaman dövlət həmin sektoru təşviq etməlidir" — deyə o, əlavə edib.

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hələlik Azərbaycanda elektron ticarətin inkişafı üçün uyğun konyunktura yoxdur: "Məsələn, elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı qərarın qəbul edilməsi doğru deyildi. Çünki dünyada bu istiqamətdə təşviqedici mexanizmlərdən istifadə olunur və əksər ölkələrdə elektron ticarət vergiyə cəlb edilmir".

Эксперт-экономист Рашад Гасанов
© Photo : SİA IA
Эксперт-экономист Рашад Гасанов

Elektron ticarətin istifadəçiləri məsələsinə gəlincə, ekspert bildirib ki, Azərbaycanda əhalinin əksəriyyəti bu imkanlardan istifadə etmək bacarıqlarına malik deyil: "Düzdür, bu, Azərbaycanda yeni təşəkkül tapan bir sistemdir. Amma buna baxmayaraq, insanlar daha çox nağd şəklində alış-verişə üstünlük verirlər".

"Hətta kredit kartlarının funksiyalarından belə, əksər hallarda məlumatsızdırlar, kredit kartları vasitəsilə onlayn qaydada necə alış-veriş edəcəklərini bilmirlər. Azərbaycanda istifadəçilərin 95 faizi kartı nağdlaşdırma məqsədilə istifadə edir" — deyə R.Həsənov vurğulayıb.

Ekspertin qənaətincə, onlayn qaydada alınan məhsulların keyfiyyəti məsələsi də problemlərdən biridir: "Bu, həm dünyada, həm də Azərbaycanda geniş müşahidə edilir. Dövlət bu məhsulların keyfiyyəti üzərində ciddi mexanizm formalaşdırmalıdır, nəinki əlavə gəlir mənbəyi yaradıb bu sektoru vergiyə cəlb etməli. Yəni dövlət burada maraqlı olmalıdır. Dünya dəyişir, elektronlaşır, rəqəmsal iqtisadiyyat bu gün dünyanın ən prioritet inkişaf istiqamətlərindən biridir".

12413
Teqlər:
elektron ticarət, Rəşad Həsənov, Sputnik Azərbaycan, biznes, inkişaf, ekspert, iqtisadçı, Vüqar Bayramov, vergi, Azərbaycan
Əlaqədar
"Elektron ticarət vergidən azad edilməlidir"
Əsədov: “Şagirdlərin elektron dərsliklərdən istifadəsi biabırçı vəziyyətdədir”
Daha bir nəqliyyat növü elektron gediş kartlarına keçir
Azərbaycanlı yazıçının əsəri Ukraynanın elektron kitabxanasına daxil edilib
Ekspert: “Şagirdlərin yazı işləri elektron formada şifrələnəcək”
Robot, arxiv şəkli

Robotlar da yatmalıdır

10
(Yenilənib 00:20 07.08.2020)
Araşdırma müəllifləri yuxunun bu bərpaedici dəyərinin müasir kompüter sistemlərinə də kömək edə biləcəyinə inanırlar

BAKI, 7 avqust — Sputnik. Yuxu təkcə insanlar üçün deyil, robotlar üçün də əhəmiyyətlidir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yuxu orqanizmin yenidən təşkil olunması və yeni biliklərin əldə edilməsi üçün lazımdır. Bu qərara Kaliforniya Universitetinin alimləri gəliblər.

Araşdırma universitetin saytında yer alıb.

Təcrübə zamanı elm adamları yuxu və ayıqlıq kimi beyin vəziyyətlərini təqlid edən modellərdən istifadə ediblər. Müəyyən edilib ki, yuxu orqanizmə özünü bərpa etməyə yardım edir.

"Biz yatdığımız zaman beyin gün ərzində öyrəndiklərimizi təkrar edir. Yuxu xatirələrin toplanmasına yardım edir. Bizim nəticələrimiz göstərir ki, xatirələr dinamikdir, statistikdir. Yuxu hər zaman onları yeniləyir", - deyə universitetin professoru, araşdırmanın müəlliflərindən biri Maksim Bajenov deyib. O qeyd edib ki, yuxu zamanı köhnə və yeni xatirələr canlanır. Bu, xatırlamaq bacarığını yüksəldir.

Araşdırma müəllifləri yuxunun bu bərpaedici dəyərinin müasir kompüter sistemlərinə də kömək edə biləcəyinə inanırlar.

Onların fikrincə, süni intellektin davamlı öyrənmə qabiliyyəti olmadığı üçün robotlar yeni məlumat aldıqları zaman köhnə biliklərini unudacaqlar.

10
Əlaqədar
Koronavirusu məhv edən robot yaratdılar
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb
İnsan günahını təyin edəcək texnologiya: istəsə ölüm hökmü verər, istəsə azad edər
Tullantıdan robotexnikaya - Kolumbiyalını Azərbaycana gətirən səbəb
Azərbaycanlı kiberpank yaradıb və orada Bakının gələcəyini nümayiş etdirib
Üç bacı dolması

Onlar daşla, biz aşla: Azərbaycanlı gənc ölkəmizi tanıtmaq üçün gözəl yol seçib

6745
(Yenilənib 11:53 05.08.2020)
24 yaşlı gənc xanım çox maraqlı və ölkəmiz üçün əhəmiyyətli bir missiyanı öz üzərinə götürüb. Belə ki, müsahibimiz milli mətbəximizin yeməklərini və şirniyyatını dünyada tanıdır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Torpaqlarımıza, mədəniyyətimizə sahiblənmək istəyən mənfur qonşularmızın milli mətbəximizi də öz adlarına çıxdıqları hər kəsə məlumdur. Bütün bunlar qəhrəmanımız Ləman Muxtarovanı da narahat edib.

Ləman Muxtarova Ucar rayonunda anadan olub. BDU-nun Beynəlxalq münasibətlər fakültəsini bitirib, daha sonra magistr təhsili alıb. 24 yaşlı gənc xanım çox maraqlı və ölkəmiz üçün əhəmiyyətli bir missiyanı öz üzərinə götürüb. Belə ki, o, milli mətbəximizin yeməklərini və şirniyyatlarını dünyada tanıdır.

© Photo : Lyaman Muhtarova
Kələm dolması

Gənc xanım atdığı nəcib addım barədə Sputnik Azərbaycan-a danışıb: "İxtisasca aşpaz deyiləm, amma uşaqlıqdan bu sahəyə marağım var. Uşaqlığımın ən böyük arzusu idi ki, milli mətbəximizi dünyada tanıdım. Dünyaca məşhur olan yemək səhifələrini izləyirdim. İstəyirdim ki, mən də belə bir addım atım. Ölkəmizin tanınmasında az da olsa xidmətim olarsa, nə xoş mənə".

Bir ildən artıqdır ki, bu işlə məşğul olan müsahibimizin videoları dünyanın əksər ölkələrində məşhur olan "Taste life" səhifəsində yayımlanır: "26 milyondan artıq izləyicisi olan "Taste life" səhifəsini çoxdan izləyirdim. Xarici ölkələrin mətbəxləri mənə maraqlı gəlirdi. İstədim mən də videoçarx hazırlayıb, milli mətbəximizin ləziz təamlarını dünyada tanıdım. Elektron poçtu ilə əlaqə saxladım. Kanalımı tövsiyə etdim. Nəhayət, uzun illər xəyalını qurduğum arzum reallaşdı. Səhifəyə şah plov, küftə-bozbaş, kələm, yarpaq, badımcan dolmasının videolarını hazırlayıb göndərdim. Şirniyyatlardan isə badamburanın videosu həmin səhifədə yayımlandı".

Ləman xanımı bu işə vadar edən başlıca səbəblərdən biri də ermənilərin həmin səhifədə milli mətbəximizin yeməklərini öz adlarına çıxmasıdır: "Bilirsiniz ki, bu gün müharibə təkcə döyüş bölgəsində getmir. Virtual aləmdə də ermənilərlə bizim aramızda "soyuq müharibə" gedir. Virtual aləmdə də aktiv olmaq lazımdır. İnternetdə ingilis dilində yemək və şirniyyatlarımızın adlarını yazanda qarşıma erməni reseptləri çıxırdı. Bu da məni narahat edirdi. Fikirləşdim ki, niyə bizdə ingilis dilində yemək reseptləri, tanıtım çarxları, mənbələr olmasın? Elə bunu nəzərə alaraq, başladım fəaliyyət göstərməyə. Məqsəd yalnız birdir – Azərbaycanın yeməklərini dünyada tanıtmaq. Qoy bütün dünya bilsin ki, dolma, lavaş bizə məxsusdur!"

  • Şah plov
    © Photo : Lyaman Muhtarova
  • Badambura
    © Photo : Lyaman Muhtarova
  • Piti
    © Photo : Lyaman Muhtarova
  • Bəhməz
    © Photo : Lyaman Muhtarova
1 / 4
© Photo : Lyaman Muhtarova
Şah plov

Bu işdən heç bir mənfəət güdməyən Muxtarovanın videoları səhifədə yayımlandığı andan ermənilərin sərt reaksiyaları ilə qarşılaşıb: "Ermənilər "Taste life"-da hər dəfə hazırladığım bir yeməyin videosunu görəndə etirazlarını bildirirdilər. "Taste life"-ı günahlandırırdılar ki, guya bu, onların yeməyidir. Təkcə dolma yox, digər yeməkləri də öz adlarına çıxmağa çalışırdılar. Bu da onların xislətindən irəli gəlir.

© Photo : Lyaman Muhtarova
Bozbaş

İnsanlarımız bu yolda mənə çox dəstək oldular. Mənim "Little Strawberry Kitchen" adlı kanalım da var. Kanalımda da Azərbaycan mətbəxini təbliğ edirəm. Orada da izləyicilərimin arasında xaricilər var".

Bundan başqa, qəhrəmanımızın hazırladığı videolar Fransanın "Demotivateur Food" və Türkiyənin "Mynet Yemek" səhifələrində paylaşılır: "Fransanın "Demotivateur Food" və Türkiyənin "Mynet Yemek" səhifələrində də milli mətbəximizin yeməkləri, şirniyyatları paylaşılır. O səhifələrdə də mənfur qonşularımız öz əməllərindən əl çəkmirlər. Hər dəfə videom paylaşıldıqca yazırlar ki, bu şirniyyat və ya yemək onlara məxsusdur".

© Photo : Lyaman Muhtarova
Yarpaq dolması

Həmsöhbətimizin sözlərinə görə, xarici ölkələrdən olan izləyicilərin reaksiyaları fərqli olur: "Elələri var ki, bəyənir, eləsi də var ki, onların ağız dadına, milli mətbəxlərinə yad olduğundan bəyənmirlər. Bu, normaldır, hər kəs bəyənə bilməz. Necə ki, biz hər ölkənin mətbəxini bəyənmirik. Bəziləri möhtəşəm olduğunu deyir, bəziləri isə yazırlar ki, yeməklərimiz çox kalorilidir".

Xarici izləyicilərin daha çox marağına səbəb olan yemək şah plovdur: "Dolmanın hər üç növü müəyyən qədər tanınır. Ölkəmizdə müxtəlif illərdə baş tutan Beynəlxalq Dolma festivalları bu yeməyin tanınmasına kömək edib. Onların ən çox marağına səbəb olan yemək isə şah plovdur. Hər kəs bu yeməyi maraqla qarşıladı".

Ləmanın bu işdə ən böyük yardımçısı onun ailəsidir: "Videoların hazırlanmasında anam kömək edir. Tərcümələrdə isə atam və nişanlım kömək edirlər. Videolarımı ingilis və türk dilinə özüm tərcümə edirəm, rus dilinə tərcümələrinə isə atam və nişanlım kömək edir".

6745
Əlaqədar
Qafqaz uzunömürlülüyünün sirri - Hər şey kababla bağlı imiş
Dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlı xanımlar unikal layihədə birləşiblər
Qışa tənək tədarükü: Dolmasız qış təsəvvür etmək mümkün deyil
Armudu stəkanla dünya səyahəti – Azərbaycanlı bloger simvolumuzu təbliğ edir
Ağ günlərin insanlarının çörək davası və ağır günlərin xilaskar çörəyi - VİDEO
 Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli

Rusiya Bakı ilə Yerevanın münasibətlərinin normallaşması üçün hər şeyi edir Zaxarova

0
(Yenilənib 21:21 08.08.2020)
Rusiya XİN-in nümayəndəsinin sözlərinə görə, həm vasitəçi, həm də Azərbaycan və Ermənistanla qan bağına malik bir ölkə kimi Rusiya münaqişənin közərən ocağına yağ tökülməsini minimallaşdırmağa cəhd edir

BAKI, 8 avqust — Sputnik. Yerevanla Bakı arasında münasibətlərin normallaşması üçün Moskva əlindən gələni edir.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Mənalar məkanı – 2020” Ümumrusiya təhsil forumunda çıxışı zamanı deyib. 

O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında baş verənlər, sözsüz ki, bu iki ölkənin öz işidir, amma həm ATƏT-in Minsk qrupunun üzvü, həm vasitəçi, həm də Azərbaycan və Ermənistanla, demək olar ki, qan bağına malik bir ölkə kimi Rusiya münaqişənin közərən ocağına kiminsə yağ tökməsini minimallaşdırmağa cəhd edir.

Zaxarovanın sözlərinə görə, RF “baş verənlərin ziyanının azaldılmasına çalışır və bunun yenidən başlanmaması üçün əlindən gələni edir”.

Qeyd edək ki, iyulun 12-si günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Azərbaycan-Ermənistan  dövlət sərhədində  atəşkəs rejimini kobud surətdə pozaraq Azərbaycan SQ-nin mövqelərini artilleriya qurğularından atəşə tutublar. Azərbaycan ordusunun mövqelərinin ələ keçirilməsi məqsədilə Ermənistanın hərbi hissələri hücuma keçməyə cəhd göstərib. Cavab tədbirləri onlar itki verərək geri oturdulublar.

Ermənilərin hücumunu dəf edərkən AR SQ-nin müddətdən artıq xidmət keçən hərbi qulluqçuları serjant Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olublar.

İyulun 13-nə keçən gecə sərhəddə vəziyyət yenidən gərginləşib. Ermənistanın silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 mm-lik minomyotlardan atəşə tutub. Azərbaycan ordusu artilleriya, minomyot və tankları hərəkətə gətirərək dəqiq atəşlə Ermənistan SQ-nin hərbi hissəsinin ərazisində yerləşən dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsini məhv edib.

Döyüşlər zamanı Azərbaycan ordusunun hərbçisi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

İyulun 14-ü səhər Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri yenidən atəşə tutulub. Hücumun dəf edilməsi zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, gizirlər  İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq xidmət keçən Elçin Mustafazadə şəhid olublar.

İyulun 16-da Ermənistan SQ Azərbaycan mövqelərinə yenidən hücum etməyə cəhd göstərib. Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndləri iriçaplı silahlardan və minomyotlardan atəşə tutulub.

Döyüşlər zamanı hərbçimiz, müddətdən artıq hərbi xidmət keçən əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

 

0
Əlaqədar
Tovuz istiqamətində döyüş gedir: hər iki tərəfdən itki var
Tovuzda vəziyyət yenidən gərginləşdi
Tovuzda kənd sakini evsiz qaldı - FOTOLAR
Tovuz atəş altında: yerli sakinlər öz evlərini tərk etmək fikrində deyillər
Tovuz hadisələri dünya nəhənginin rəhbərliyinin müzakirə masasında