Whatsapp

WhatsApp istifadəçilərinə pis, çox pis xəbər

3673
(Yenilənib 00:44 01.06.2018)
Bu qərar mayın 25-dən qüvvəyə minib

BAKI, 1 iyun — Sputnik. Milyonlarla WhatsApp istifadəçisi bloklanacaq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Avropa Birliyi Məlumatların Qorunma İdarəsi WhatsApp-da mövcud olan yaş həddini dəyişmək məcburiyyətində qalıb. Buna görə də milyonlarla istifadəçi blok edilə bilər.

Hazırda 13 yaşı olmuş hər kəs WhatsApp xidmətindən istifadə edə bilir. Ancaq yeni qərara görə, 16 yaşına qədər istifadəçilər WhatsApp-dan istifadə edə bilməyəcək.

Bu qərar mayın 25-dən qüvvəyə minib və tezliklə həyata keçiriləcək.

3673
Teqlər:
WhatsApp, istifadəçi, Avropa Birliyi, qadağa