CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyəcan siqnalı: Gecə saat 3-də telefonunuza zəng gələcək və...

© Sputnik / Murad OrujovTelefon
Telefon - Sputnik Azərbaycan
Abunə olmaq
Gənclərin və uşaqların kabusuna çevrilən kompüter oyunu qadağan edilib

BAKI, 22 may — Sputnik. Dünyada uşaqları və gəncləri intihara sürükləyən "Mavi balina" oyunundan sonra yeni təhlükəli oyun — "Mariam" meydana çıxıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, gənclərin və uşaqların kabusuna çevrilən bu kompüter oyunu artıq Türkiyədə qadağan edilib.

Mənzil - Sputnik Azərbaycan
Qorxu filmi reallıq oldu: Ailə evdə ruh ilə birlikdə yaşayır

Məlumata görə, Səudiyyə Ərəbistanı vətəndaşı Salman Əl Harbinin yaratdığı oyun keçən yaydan etibarən yayılmağa başlayıb. Oyunda 9 yaşlı "Mariam" adlı qız itdiyini deyir və evə qayıtması üçün oyunçudan kömək istəyir.

Oyun başlamamışdan öncə oyunçunun ünvanı, adı, yaxın dostları, "Facebook" və "Whatshap" kimi şəbəkələrə daxil olma icazəsi istənilir. Oyunçu ona verilən sualları cavablandırmadan sonrakı səviyyəyə keçə bilmir.

Oyunda qorxu yaradacaq səs effektlərindən istifadə edilib. Oyunçu oyunu bitirdikdən 24 saat sonra gecə saat 03.00-da telefonuna zəng gəlir və robot qorxulu səslə "Səninlə yenidən görüşəcəyik" deyir.

Oyunun hər səviyyəsi dəhşət saçdığına görə, türkiyəli psixoloqlar bu oyunun uşaqların psixologiyasına zərbə vura biləcəyindən narahatdırlar. Bu səbəbdən Türkiyədə "Mariam" oyununa qadağa qoyulub.

Qeyd edək ki, oyun sosial şəbəkələr vasitəsi ilə yayılır.

Xəbər lenti
0