Кабинет министров Азербайджанской Республики

İnternet istifadəçilərinə müjdə: Hökumət qaydaları dəyişdi

1358
(Yenilənib 01:31 02.05.2018)
Azərbaycanda internet operatorların və provayderlərin uçotunun aparılması qaydası dəyişib

BAKI, 2 may — Sputnik. Nazirlər Kabineti “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası"nda dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, internet telekommunikasiya xidməti göstərən provayder dedikdə, internet provayder və host provayder nəzərdə tutulur. 

Qüvvədə olan Qaydaya əsasən operatorların və provayderlərin uçotu operatorların və provayderlərin və ya onların səlahiyyətli nümayəndələrinin müraciəti əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bu Qayda əsasında aparılır. Operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində nazirlikdə uçota durmalıdırlar. Operatorlar və provayderlər uçota alınmaları üçün “Elektron hökumət” portalına daxil olaraq müvafiq autentifikasiya prosesini keçməklə, ərizəni elektron qaydada doldururlar. Ərizəyə vergi ödəyicisi kimi uçota alınmasını təsdiq edən şəhadətnamənin surəti, habelə olduğu halda hüquqi şəxsin nizamnaməsinin surəti,  “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanının IV hissəsinə əsasən müəyyənləşdirilmiş və təqdim olunmuş texniki-təşkilati şərtlər və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommunikasiya şəbəkələrindən (idarə və müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanətin surəti və xidmət göstərməyə başladığı ilk abunəçi (abunəçilər) ilə bağlanılmış müqavilənin (müqavilələrin) təsdiq olunmuş surəti (surətləri) (bu Qayda qüvvəyə mindiyi tarixədək internet telekommunikasiya xidməti göstərməyə başlamış operatorlar və provayderlər istisna olmaqla) əlavə edilir. Uçota alınma üçün təqdim edilmiş ərizə tam şəkildə doldurulmadıqda və ya ərizəyə qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatların daxil edildiyi müəyyən olunduqda, təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə operatorun və provayderin uçota alınmasından imtina edilir. İndiyə qədər  göstərilən xidmətlərin texniki-təşkilati imkanları "Telekommunikasiya haqqında” qanuna uyğun olmadıqda da operatorun və provayderin uçota alınmasından imtina edilib. Dəyişikliyə əsasən bundan sonra göstərilən xidmətlərin texniki-təşkilati imkanları bu Qaydada nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (ərizədə göstərilən xidmətlərin texniki-təşkilati imkanlarına nazirlik tərəfindən aidiyyəti qurumların iştirakı ilə baxış keçirilir)  operatorun və provayderin uçota alınmasından imtina ediləcək.

Qüvvədə olan Qaydaya əsasən bu hallar olmadıqda, operator və provayder uçota alınır. Dəyişikliyə əsasən isə bu halda operator və provayderin uçota alınması üçün konkret müddət müəyyən edilib. Başqa sözlə, imtina üçün əsaslar olmadıqda, 7 iş günü müddətində operator və provayder uçota alınacaq. 

İndiyə qədər operatorlar və provayderlər uçota alınma üçün təqdim etdikləri məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verdiyi gündən 10 gün müddətində təsdiqedici sənədləri müraciətinə əlavə etməklə nazirliyə məlumat veriblər. Dəyişikliyə əsasən bundan sonra uçota alınması üçün təqdim edilmiş məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, operatorlar və provayderlər və ya onların səlahiyyətli nümayəndələri dəyişiklik baş verdiyi gündən 10 gün müddətində “Elektron hökumət” portalı vasitəsilə təsdiqedici sənədləri müraciətlərinə əlavə etməklə nazirliyə məlumat verəcəklər. Operatorların və provayderlərin uçot məlumatlarında dəyişiklik edilməsi və ya uçotunun ləğv olunması ilə əlaqədar müraciət zamanı verilən məlumatların qəbul edilməsi barədə müraciət edən şəxsə elektron təsdiqetmə bildirişi göndəriləcək. Həmin müraciətə nazirlik tərəfindən 3 iş günü müddətində baxılacaq və uçot məlumatlarında dəyişiklik ediləcək.

İndiyə qədər operatorlar və provayderlər tərəfindən rabitə şəbəkələrinin əlavə (xüsusi) texniki vasitələrlə təchiz edilməsi əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin telekommunikasiya operatorları və provayderləri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi qaydaları ilə tənzimlənib. Uçota alınmış operatorlar və provayderlər fərdi məlumatlar sahəsində qanunvericiliyə uyğun tədbirlər görməli və onun tələblərinə əməl etməli idilər. Dəyişikliyə əsasən bu müddəalar ləğv edilib.

1358
Əlaqədar
NETTY 2018 İnternet Mükafatı iştirakçılara müraciət etdi
Görün internet səfilin həyatını necə dəyişdi
Artıq internet provayderlər də cərimələnəcək
Məmmədli: “Dövlət orqanlarının internet resursu aktiv olmalıdır”
Cəmi 10 ilə bütün dünyanı fəth edən internet telefon
Smartfonun ekranında Whatsapp tətbiqinin loqosu, arxiv şəkli

"WhatsApp" istifadəçilərə yeni fırıldaqçılıqla bağlı xəbərdarlıq edib

19
(Yenilənib 09:25 02.06.2020)
Yeni cihazda hesabı daxil etmək üçün "WhatsApp" istifadəçiləri SMS vasitəsilə onlara gələn xüsusi kodu daxil etməlidirlər. Fırıldaqçılar məhz bundan yararlanırlar.

BAKI, 2 iyun - Sputnik. "WhatsApp" messencer istifadəçilərinə fırıldaqçıların hesablarına daxil ola biləcəkləri yeni sxem barədə xəbərdarlıq edib.

Bu barədə "Report" xəbər verir.

Bildirilir ki, profillərin oğurlanması telefon nömrəsi ilə bağlanılma və messencerin SMS vasitəsilə təsdiqlənməsi sistemindən istifadə etməsi səbəbindən mümkün olub.

Qeyd olunur ki, yeni cihazda hesabı daxil etmək üçün "WhatsApp" istifadəçiləri SMS vasitəsilə onlara gələn xüsusi kodu daxil etməlidirlər. Fırıldaqçılar məhz bundan yararlanırlar.

Potensial zərərçəkənin tanışlarından kiminsə "WhatsApp" və ya "Facebook"a daxil olmasından sonra aşağıdakı mesaj göndərilir: “SMS göndərə bilmirəm, ona görə də "WhatsApp"dan kod ala bilmirəm. Nömrənizə bir şifrə göndərməyimi xahiş etdim. Xahiş edirəm onu mənə yönləndirin".

19
Twitter loqosu

Donald Tramp "Twitter"in bağlanılmasını istisna etməyib

27
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətinin izlənilməsinə dair sərəncama imza atıb.

BAKI, 29 may — Sputnik. ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə məlumat verib.

“Bu gün söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzaladım. “Twitter” kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. Ancaq bu, belə deyil. İcra olunan sərəncam kommunikasiya etikasına dair qanunun 230-cu hissəsinə əsaslanaraq yeni qaydaların yaradılması məqsədini daşıyır. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu böyük bir qərardır”, - Tramp belə deyib.

Prezidentin sözlərinə görə, belə bir sərəncamdan əvvəl sosial şəbəkələr “istədiklərini edə bilirdilər”. Amerikalı lider həmin saytlar tərəfindən hər hansı “aldadıcı və ya zərərli ticarət fəaliyyəti”nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb.

Tramp, həmçinin jurnalistlərin suallarını cavablandırarkən, “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

27
Zaqatalaya mənzərə, arxiv şəkli

Cənubi Qafqazda ilk olaraq Azərbaycanda...

0
Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda "Zaqatala–Balakən biosfer rezervatının yaradılması" layihəsinə start verilir. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O, qeyd edib ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət çığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

ETSN rəsmisi biosfer qoruğunun yaxın qonşularımız Türkiyə, Rusiya, Belarusiyada da mövcud olduğunu, lakin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacağını vurğulayıb.

O qeyd edib ki, bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatda müasir tələblərə cavab verən infrastruktur qurulacaq, alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaradılacaq.

"Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və bir sıra ölkələrə ixrac olunan zaman gömrük rüsumundan azad olunacaq. Həmçinin, layihə çərçivəsində ətraf ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə kiçik həcmli qrantların verilməsi də planlaşdırılır".

A.Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

0