Facebook istifadəçiləri

"Facebook" iki önəmli məlumat açıqladı

98
(Yenilənib 12:07 26.04.2018)
Sosial şəbəkənin aylıq aktiv istifadəçi sayı 13,4 faiz artaraq orta hesabla 2,2 milyard nəfərə çatıb

BAKI, 26 aprel — Sputnik. "Facebook"un 2018-ci ilin I rübündə xalis mənfəəti və gəliri artıb. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, şirkətin bu ilin ilk rübündəki xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən, 63 faiz artaraq 4,99 milyard dollara çatıb. Ötən ilin ilk rübündə bu rəqəm 3,06 milyard dollar olub.

"Facebook"un 2018-ci ilin I rübündə gəliri keçən ilin eyni dövrünə görə, 49 faiz artaraq 11,97 milyard dollara çatıb. Ötən il isə bu rəqəm 8,03 milyard dollar olub. Həmin dövrdə şirkətin reklamdan əldə etdiyi gəlir 50 faiz artaraq 11,79 milyard dollara çatıb.

Bu ilin ilk rübündə "Facebook"un aktiv istifadəçilərinin sayı da artıb. Şirkətin gündəlik aktiv istifadəçi sayı bu ilin ilk rübündə orta hesabla 1,45 milyard nəfər olub. Bu da əvvəlki ilin eyni dövrünə görə 13,3 faiz çoxdur. Aylıq aktiv istifadəçi sayı isə bu ilin ilk üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq orta hesabla 2,2 milyard nəfərə çatıb.

98
Teqlər:
mənfəət, rüb, istifadəçi, "Facebook", gəlir
Əlaqədar
"Facebook" və "Google" istifadəçilərin şəxsi həyatına müdaxilə edir
"Facebook "xoxol" sözünə görə mənim hesabımı bağladı"
"Google" və "Facebook" məlumatlarla manipulyasiya edir: Avropalılar bu fikirdədir
Facebook"dan istifadə stressə səbəb olub
"Facebook"dan möhtəşəm yenilik
"Facebook" etiraf etdi…
Fiber-optik xətlərin çəklişi

Azərbaycan kəndlərində internetin sürəti artacaq?

150
Artıq şəbəkənin tikintisi üçün Qadaşoba kəndində 10 km-dən çox, Zərdab rayonunun sözügedən kəndlərində isə 3 km-dən çox uzunluqda fiber-optik xəttin tikintisi başa çatdırılıb.

BAKI, 17 may — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC tərəfindən əhatə dairəsinin genişləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə layihələr çərçivəsində kəndlərdə ilk dəfə olaraq GPON (Gigabyte Passive Optical Network ) şəbəkəsi qurulur.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Xaçmaz rayonunun Qadaşoba kəndində və Zərdab rayonunun Şəftəhal, Aşağı Seyidlər və Mehdililər kəndində telekommunikasiya infrastrukturu müasirləşdirilir, optik xətlər çəkilir, GPON texnologiyası tətbiq edilir.

Artıq şəbəkənin tikintisi üçün Qadaşoba kəndində 10 km-dən çox, Zərdab rayonunun sözügedən kəndlərində isə 3 km-dən çox uzunluqda fiber-optik xəttin tikintisi başa çatdırılıb.

Layihə nəticəsində Qadaşobada 1000-dən artıq, Zərdabın adı çəkilən kəndlərində isə 500 ailəyə müasir telekommunikasiya xidmətlərindən istifadə etmək imkanı yaradılacaq. Eyni zamanda texniki imkanlar gələcəkdə bu kəndlərdə yeni yaşayış ərazilərinin salınması, genişləndirilməsi və yeni abunəçilərin say artımı nəzərə alınmaqla qurulur ki, bu da öz növbəsində abunəçilərə daha geniş çeşiddə xidmətlərdən istifadə imkanı yaradacaq, rəqəmsal bərabərlik təmin olunacaq.

Digər bölgələrdə də vətəndaşların keyfiyyətli genişzolaqlı xidmətlərlə təmin edilməsi üçün şəbəkənin ən müasir texnologiya olan GPON texnologiyası əsasında yenidən qurulması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, informasiya-kommunikasiya texnologiyaları sektoru ölkə iqtisadiyyatının dinamik inkişaf edən aparıcı sahələrindən biridir. Bu sahənin inkişafına, rəqəmsal bərabərsizliyin aradan qaldırılmasına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Bu məqsədlə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi istiqamətində regionlarda bir sıra mühüm işlər aparılır. Rayon, qəsəbə və kəndlərdə vətəndaşların informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır, layihələr həyata keçirilir.

Eləcə də oxuyun:

* İdris Bozkurt: "Fitrənin internetlə ödənməsi caizdir"

* Pentaqon milyonlarla IP ünvanına nəzarəti tanınmamış şirkətə verib

* Azərbaycanlılar daha çox "Whatsapp"da zaman keçirirlər - Araşdırma

 

150
Teqlər:
Azərbaycan, kənd, internet
Telefonda WhatsApp loqosu, arxiv şəkli

"Whatsapp"da təhlükə: ehtiyatlı olun, sizə "xoşbəxtlik məktubu" gələ bilər

28
"Whatsapp"ın yeni addımından sonra messencer istifadəçiləri, xüsusən də pensiyaçılar mayın 15-dən etibarən "Whatsapp"ın pullu olacağı barədə xəbərdarlıq məktubları almağa başlayıblar.

BAKI, 16 may — Sputnik. Fırıldaqçılar "Whatsapp"ın konfidensiallıq siyasətinin dəyişməsindən istifadə edərək şəbəkə istifadəçilərinə "xoşbəxtlik məktubları" göndərməyə başlayıblar. Həmin məktublarda bildirilir ki, onların şərtlərinə əməl edən istifadəçilər üçün dəyişiklikdən sonra da messencer xidməti pulsuz olacaq. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.

Qeyd edək ki, mayın 15-dən etibarən "Whatsapp"da yeni konfidensiallıq qaydaları qüvvəyə minib. Belə ki, istifadəçilərin hesab-qeydiyyat, tranzaksiya məlumatları, istifadə olunan mobil cihazlar, IP ünvanlar haqqında bütün informasiya əsas şirkət olan "Facebook"a ötürüləcək.

Yeni istifadəçi müqaviləsini qəbul etməyənlərin hesab dərhal silinməsə də, onlar yalnız daxil olan zəngləri qəbuil edə və bildiriş ala biləcəklər. Mesajları oxumaq və göndərmək isə mümkün olmayacaq.

"Whatsapp"ın bu addımından sonra messencer istifadəçiləri, xüsusən də pensiyaçılar mayın 15-dən etibarən "Whatsapp"ın pullu olacağı barədə xəbərdarlıq məktubları almağa başlayıblar. Xəbərdarlıqda bildirilir ki, bunun baş verməməsi üçün onlara göndərilmiş "xoşbəxtlik məktubu"nu kontaktdakı 10 nəfərə yollamaq tələb olunur. Bir SMS-in qiyməti isə 0,01 avrodur.

"Beləliklə, biz sizin aktiv istifadəçi olduğunuzu görəcəyik və loqotipiniz göy rəng alacaq, xidmət isə pulsuz qalacaq. Əks halda, "Whatsapp" hesabınızı deaktiv edəcək", – deyə məlumatda bildirilir.

"Buna "xoşbəxtlik məktubları" deyilir – bir növ beyin tələsidir. Fırıldaqçıların məqsədi bu və ya digər məlumatları insanlar arasında kütləvi şəkildə yaymaqdır. Bunlar təhlükəli məzmunlu məlumatlar, hətta viruslar da ola bilər", – deyə Rusiyanın "SafeNet" mühəndislik mərkəzinin mütəxəssisi İqor Bederov RİA Novosti-yə müsahibəsində bildirib.

Mütəxəssis istifadəçiləri bu cür məktublara ciddi yanaşmamağa və reaksiya verməməyə çağırıb.

Eləcə də oxuyun: 

"Whatsapp"a tamam, yoxsa davam - sosial şəbəkəyə hansı məlumatlarımız lazımdır?

"WhatsApp"-da dəyişikliklər: sms-lərlə bağlı yeniliklər

Azərbaycanlılar daha çox "Whatsapp"da zaman keçirirlər - Araşdırma

28
Teqlər:
fırıldaq, təhlükə, məktub, WhatsApp
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski

Jirinovski: "Onların üzünə tüpürüb, daşa basacaqlar"

0
Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz!

BAKI, 18 may — Sputnik. Rusiya liberal-demokrat partiyasının (RLDP) sədri rəhbərlik etdiyi təşkilatın "siyasi səhnədə bakirə" olduğunu bəyan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, partiya sədri RLDP-nin hələ heç bir partiya ilə siyasi ittifaqa girmədiyini dilə gətirib.

""Yedinaya Rossiya" vətəndaşların qarşısına nə ilə çıxacaq? Onlardan soruşacaqlar: niyə siz heç bir şey etməmisiniz? Axı 20 ildir ki, hökumət partiyasısınız. Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz! Onların heç birinin təklif edəcəyi bir şey yoxdur. Seçicilər onların hamısına yalançı və fırıldaqçı kimi nifrət edirlər", - partiya lideri qeyd edib.

Jirinovski bildirib ki, RLDP isə təmizdir: "Əgər məişət dilində müqayisə aparsaq, RLDP siyasi səhnədə bakirədir. Biz heç kimlə nikaha, siyasi ittifaqa daxil olmamışıq. Bunların hamısı isə elə qurcuxurlar", - deyə Jirinovski bildirib.

Eləcə də oxuyun: 

* Jirinovski Rusiya prezidenti vəzifəsinin adının dəyişdirilməsini təklif edir

* Jirinovskidən xaricdə yaşayan ruslara RF pasportlarının verilməsini sadələşdirmək təklifi

* Köklərə məhdudiyyət qoyun, arıqlar yaşaya bilmirlər

 

0
Teqlər:
partiya, Rusiya, Vladimir Jirinovski