Whatsapp

"Whatsapp"da möhtəşəm funksiya işə düşdü

1556
(Yenilənib 14:18 17.04.2018)
Səsli mesajlar, giflər, şəkillər və bir neçə ay ərzində silinmiş mesajlar bərpa ediləcək

BAKI, 17 aprel — Sputnik. Android proqramlı telefonlarda "Whatsapp" istifadəçiləri artıq silinmiş mesajları bərpa edə bilərlər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, səsli mesajlar, giflər, şəkillər və bir neçə ay ərzində silinmiş mesajlar bərpa edilə biləcək.

Məlumata görə, "Whatsapp"ın 2.18.113 versiyasının istifadəçiləri bundan yararlana biləcək. Bu funksiya 3 ay əvvələdək silinmiş mesajlara şamil ediləcək.

Silinmiş mesajın bərpası o zaman mümkün ola bilər ki, "Whatsapp" istifadəçisi mesaja birləşdirilmiş faylı yaddaşda saxlamış olsun. Əks halda onu bərpa etmək mümkün olmayacaq.

Qeyd edək ki, əvvəllər mesajlar "Whatsapp" serverində 30 gün müddətində saxlanılırdı. Bundan sonra isə birdəfəlik itirdi.

1556
Teqlər:
"Whatsapp", istifadəçi, şəkil, mesaj, telefon, Android
Əlaqədar
“WhatsApp”ın qurucusundan "Facebook"a qarşı cəsarətli çağırış
"WhatsApp"-dan sevindirici dəyişiklik
Bunun da yolunu tapdılar: "WhatsApp"da yazışmanızı oxuya bilərlər
"WhatsApp” istifadəçilərinə müjdə
"WhatsApp" bu telefonlarda işləməyəcək
Nyu-Yorkda Google şirkətinin ofisi, arxiv şəkli

Kaliforniya Google əleyhinə araşdırmalara başlayıb

4
(Yenilənib 23:19 10.07.2020)
Araşdırmanın mahiyyəti açıqlanmasa da, bildirilir ki, o, 48 Amerika ştatının, Puerto-Riko və Kolumbiya dairəsinin baş prokurorluqlarının apardığı reklam bazarının və internet axtarış sistemlərinin inhisarlaşdırılması işi ilə bağlı deyil.

BAKI, 11 iyul — Sputnik. Kaliforniya hakimiyyəti antiinhisar qanunvericiliyi çərçivəsində Google şirkətinə qarşı araşdırmalara başlayıb. Bu barədə Politico nəşri Dövlət Baş Prokurorluğundakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, araşdırma 48 Amerika ştatının, Puerto-Riko və Kolumbiya dairəsinin baş prokurorluqlarının apardığı reklam bazarının və internet axtarış sistemlərinin inhisarlaşdırılması işi ilə bağlı deyil. Beləliklə, şirkətin fəaliyyətini araşdırmayan yeganə ştat Alabamadır.

Hələlik dövlət hakimiyyətinin diqqətini Google-un fəaliyyətinin hansı aspektinin cəlb etdiyi məlum deyil. Kaliforniya Baş prokurorunun nümayəndəsi Ksavye Beserra şərh verməkdən imtina edib. Öz növbəsində, qurumun mətbuat katibi Sara Lovenhaym bildirib ki, prokurorluq istintaqın başlanmasını təsdiq və ya inkar etməyəcək.

Böyük həcmli antiinhisar araşdırmalarla tanınan Kaliforniyanın böyük şirkətlərin fəaliyyətini tənzimləyən öz qanunları var. Xüsusilə, Kartrayt Qanunu və ABŞ-ın Federal Antiinhisar Qanununa nisbətən daha geniş şəkildə şərh edilə bilən Vicdansız rəqabət Qanunu.

Bundan əlavə, önümüzdəki aylarda ABŞ Ədliyyə Nazirliyinin Google şirkətini məhkəməyə verməsi və rəqəmsal texnologiya bazarının inhisara məruz qalması barədə ittiham irəli sürülməsi gözlənilir.

2010-cu illərin əvvəllərində rəqəmsal nəhənglə bağlı araşdırma aparılıb. Sonra ABŞ Federal Ticarət Komissiyası şirkəti Google axtarış mühərriki vasitəsilə öz mallarının satışını təşviq etməkdə günahlandırıb, lakin sonra ittihamlar rədd edilib və cinayət işi bağlanıb.

Daha əvvəl Telegram messencerinin qurucusu Pavel Durov Apple və Google şirkətlərini üçüncü tərəfin inkişafına təzyiq göstərməkdə və bazarı inhisarda saxlamaqda günahlandırıb.

4
Data mərkəzin əməkdaşı, arxiv şəkli

Tısbağa yerişi ilə yürüşdən qurtulacaqlar: 4 regionu sevindirmək istəyirlər

22
(Yenilənib 23:07 09.07.2020)
Layihə çərçivəsində telekommunikasiya qovşaqlarında müasir avadanlıqlar quraşdırılır, əlavə magistral fiber-optik xətlər çəkilir.

BAKI, 9 iyul — Sputnik. Azərbaycanın dövlət rabitə operatoru "Aztelekom" MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat daxil olub.

Bildirilib ki, layihə çərçivəsində telekommunikasiya qovşaqlarında müasir avadanlıqlar quraşdırılır, əlavə magistral fiber-optik xətlər çəkilir. Eyni zamanda regionlara ötürülən trafikin həcmi dəfələrlə artırılıb. Xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və çeşidlərin artırılması ilə bağlı hazırlanan layihələr əsasında hazırda 4 regionda şəbəkənin yenidənqurma işləri aparılır. Növbəti mərhələdə 6 regionda müvafiq işlərin görülməsi planlaşdırılır. "Aztelekom"un xidməti ərazilərində kabelləşdirilməsi çətin olan, dağlıq relyefdə yerləşən yaşayış məskənləri mövcuddur. Bu ərazilərdə xidmətlərə əlçatanlığı təmin etmək üçün 4G texnologiyalarından istifadə etməklə şəbəkə qurulur.

22
Pulemyot atəşi, arxiv şəkli

Cəbhədə bu gecə gərginlik davam edib

0
(Yenilənib 09:39 11.07.2020)
Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

BAKI, 11 iyul – Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.
Müdafiə Nazirlıiyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

0