CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hazırlaşın, Marsa gedirik

© Photo : NASAMars planeti
Mars planeti - Sputnik Azərbaycan
Abunə olmaq
İlon Mask: "Hazırda Marsa yollamağı planlaşdırdığımız planetlərarası kosmik gəminin inşası ilə məşğuluq"

BAKI, 12 mart — Sputnik. Kosmik vasitələr və raket istehsalçısı olan "SpaceX" şirkətinin təsisçisi İlon Mask (Elon Musk) insanları həyəcanlandıran açıqlama verib. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, o, gələn ildən etibarən Mars planetinə ilk ekskursiyaların başlayacağını söyləyib.

"Hazırda Marsa yollamağı planlaşdırdığımız planetlərarası kosmik gəminin inşası ilə məşğuluq. Öncə qısa səyahətlər olacaq. Test uçuşları gələn ilin əvvəlində başlayacaq", — şirkət rəhbəri bildirib.

Bununla belə, Mask qeyd edib ki, ilk səfərlərdə insanlar yer almayacaq. "SpaceX" təsisçisi Marsa əvvəlcə nələrin göndəriləcəyi haqda isə heç nə deməyib.

Xəbər lenti
0