CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mobil telefonu hava vasitəsilə yükləməyin yeni üsulu tapılıb

CC0 / Free-Photos / Cell PhoneMobil telefon, arxiv şəkli
Mobil telefon, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ alimləri mobil cihazları hava vasitəsilə yükləməyin yeni üsulunu tapıblar

BAKI, 21 fevral — Sputnik. ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun mühəndisləri atmosferdən elektrik enerjisi alan qurğu hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, yeni qurğu hava temperaturunun gündəlik dəyişkənliyinə əsasən fəaliyyət göstərir. Qurğu grafen təbəqə ilə örtülmüş və xüsusi mum ilə doldurulmuş mis və nikeldən ibarət metal köpükdən hazırlanıb. Cihazın bir tərəfi istilik yayır, digər tərəfi isə istiliyi özündə saxlayır. Belə temperatur dəyişkənliyi elektrik enerjisi istehsal etməyə imkan verir.

Alimlərin sözlərinə görə, bu termal rezonator ən yüksək istilik ətalətinə malikdir. Yaxın gələcəkdə alimlər mobil cihaz və smartfonları enerji ilə təmin etmək məqsədilə qurğunun gücünü artırmaq niyyətindədirlər.

Xəbər lenti
0