Samsung

Smartfon həvəskarları üçün: Samsung S9 belə olacaq

349
(Yenilənib 10:13 29.01.2018)
Smartfonların təqdimatı fevralın 25-nə nəzərdə tutulub, satış isə martın 16-da başlayacaq

BAKI, 28 yanvar — Sputnik. İnternetdə Samsung Galaxy S9 və S9+ smartfonlarının şəkili yayılıb. Sputnik Azərbaycan "Venture Beat"a istinadən xəbər verir ki, hər iki modelin bu il çıxacağı gözlənilir.

5,8 düyməlik S9 və 6,2 düyməlik S9+ əvvəlki modellərdən az fərqlənəcəklər. Birinci model 4 qiqabayt operativ və 64 qiqabayt əlavə edilmiş yaddaşa malik olacaq. İkinci modeldə bu göstəricilər müvafiq olaraq 6 və 128-dir.

Yeni modellərin əsas üstünlüyü foto və videonun işlənilməsi üçün proqram və aparat yenilənməsinin təmin edilməsidir. 12 meqapiksellik kamera super slow-motion effekti (gecikdirilmiş çəkiliş) verəcək, yəni, saniyədə 480 kadr çəkmək mümkün olacaq. Ön kamera 8 meqapiksel olacaq.

Hər iki modeldə üz cizgilərinin tanınması sistemi təkmilləşdirilib, barmaq izləri skaneri isə kameranın yanında deyil, aşağıda yerləşdirilib.

Smartfonların təqdimatı fevralın 25-nə nəzərdə tutulub, satış isə martın 16-da başlayacaq.

349
Teqlər:
"Samsung", foto, təqdimat, smartfon
Əlaqədar
“Huawei”ə şok, “Apple” və “Samsung”a isə xoş xəbər!
"Nokia" və "Samsung"lar gömrükdən buraxılmadı
"Samsung"u ağır cəza gözləyir
Samsung Galaxy Note 5 və Galaxy S6 edge+ təqdim edildi

Təhlükəsizlik xəbərdarlığı: VPN tətbiqindən casusluq üçün istifadə olunur

64
(Yenilənib 20:09 20.10.2020)
Mərkəz bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən tətbiqlərin təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı tövsiyə edir.

BAKI, 20 oktyabr - Sputnik. Mövcud vəziyyətlə bağlı sosial şəbəkələrin istifadəsinə gətirilən məhdudlaşdırmalar təhlükəsizlik xəbərdarlıqlarına baxmayaraq, vətəndaşların VPN xidmətlərdən intensiv istifadəsi ilə müşahidə olunur. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı mübarizə mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, SkyVPN adlanan tətbiqə sadəcə şəbəkə sazlamalarına icazənin lazım olduğu təqdirdə, şəxsin kamerasına, əlaqə vasitələrinə, telefon, təqvim, lokasiya və yaddaş kartından istifadəyə icazələrin əldə etməsi bu tətbiqin sadəcə VPN tətbiqi olmadığı və casusluq üçün də istifadə olunduğunu bir daha isbat edir.

Mərkəz bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən tətbiqlərin təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı tövsiyə edir.

64
Əlaqədar
VPN istifadə edənlər cərimə ediləcəklərmi?
Smartfonda sosial şəbəkə tətbiqlərinin loqosu, arxiv şəkli

Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərə yardım adı altında pul toplayır

28
(Yenilənib 14:32 20.10.2020)
Ermənistan tərəfi vəziyyətdən sui-istifadə edərək, "Telegram" və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında vəsait toplayır

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışırlar. Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, "Telegram" və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında vəsait toplayır. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, indiki vaxtda maksimum diqqətli olsunlar və yalnız rəsmi məlumatlara istinad etsinlər.

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb. Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllülük əsasında fonda vəsait köçürə bilirlər.

28
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
"Qərarlarınızı heçə sayan Ermənistanı mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!"
İgidlərimizi tanıyın: onlar torpağımızı işğalçılardan təmizləyirlər - FOTO
Nazirlikdən növbəti xəbərdarlıq: Ermənistan bu dəfə ASAN xidməti "işə salıb"
İş adamı Türkiyədən ordumuza tonlarla dərman yolladı
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0