Smartfon

Smartfon həvəskarlarına çox pis xəbər...

340
(Yenilənib 10:11 15.01.2018)
Bütün bunlar smartfonların qiymətinin sürətlə artmasına səbəb ola bilər

BAKI, 15 yanvar — Sputnik. Smartfon, elektromobil və kompüterlərin kütləvi istehsalı təhlükədədir. Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, buna akkumulyatorların istehsalı zamanı istifadə edilən kobaltın qiymətinin kəskin artması səbəb ola bilər.

Ötən il bu metalın qiyməti 1 ton üçün 33,2 min dollardan 75 minə kimi qalxıb.

Bir smartfonun istehsalı zamanı 5-10 qram, noutbuk üçün 30 qram, elektromobilin batareyası üçün isə 5-20 kiloqram kobalt istifadə olunur.

Hazırda dünyada 6 milyon ton bəlli kobalt ehtiyatı var. Konqo Demokratik Respublikasında bu ehtiyatın yarıdan çoxu — 3,4 milyon tonu cəmləşib. Bundan əlavə, Avstraliyada 1 milyon ton, Kubada 500 min ton, Filippində 290 min ton, Kanada və Zambiyanın hər birində 270 min ton, Rusiyada 250 min ton kobalt mövcuddur. Ekspertlər bildirilər ki, hazırda dünyada mövcud olan bütün benzin avtomobilləri elektrik avtomobillərinə dəyişilsə, 14 milyon ton kobalt lazım olar. Bu isə dünyadakı kobalt ehtiyatından 2 dəfə çoxdur.

Konqoda iqtisadi və siyasi vəziyyətin qeyri-stabil olması vəziyyəti bir qədər də pisləşdirir.

Bütün bunlar smartfonların qiymətinin sürətlə artmasına səbəb ola bilər. Ekspertlər vəziyyətdən çıxış yolunu akkumulyatorlardakı kobaltı başqa metalla əvəz etməkdə görürlər.

340
Teqlər:
kobalt, elektromobil, bahalaşma, kompüter, smartfon, qiymət
Əlaqədar
Tələbələr smartfon asılılığından əziyyət çəkir
Qaranlıqda kompüter və smartfondan istifadə etməyin
Smartfon sahiblərinə xəbərdarlıq: təhlükəli virus...
Yayın ən güclü smartfonları bəlli oldu
Smartfonlar üçün dünyanın ən böyük yaddaşa malik çipləri istehsal olunub
Əldə smartfon, arxiv şəkli

Təhlükəsizlik xəbərdarlığı: VPN tətbiqindən casusluq üçün istifadə olunur

90
(Yenilənib 10:10 21.10.2020)
Mərkəz bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən tətbiqlərin təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı tövsiyə edir.

BAKI, 20 oktyabr - Sputnik. Mövcud vəziyyətlə bağlı sosial şəbəkələrin istifadəsinə gətirilən məhdudlaşdırmalar təhlükəsizlik xəbərdarlıqlarına baxmayaraq, vətəndaşların VPN xidmətlərdən intensiv istifadəsi ilə müşahidə olunur. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı mübarizə mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, SkyVPN adlanan tətbiqə sadəcə şəbəkə sazlamalarına icazənin lazım olduğu təqdirdə, şəxsin kamerasına, əlaqə vasitələrinə, telefon, təqvim, lokasiya və yaddaş kartından istifadəyə icazələrin əldə etməsi bu tətbiqin sadəcə VPN tətbiqi olmadığı və casusluq üçün də istifadə olunduğunu bir daha isbat edir.

Mərkəz bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən tətbiqlərin təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı tövsiyə edir.

90
Əlaqədar
VPN istifadə edənlər cərimə ediləcəklərmi?
Smartfonda sosial şəbəkə tətbiqlərinin loqosu, arxiv şəkli

Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərə yardım adı altında pul toplayır

28
(Yenilənib 14:32 20.10.2020)
Ermənistan tərəfi vəziyyətdən sui-istifadə edərək, "Telegram" və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında vəsait toplayır

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışırlar. Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, "Telegram" və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında vəsait toplayır. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, indiki vaxtda maksimum diqqətli olsunlar və yalnız rəsmi məlumatlara istinad etsinlər.

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb. Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllülük əsasında fonda vəsait köçürə bilirlər.

28
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
"Qərarlarınızı heçə sayan Ermənistanı mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!"
İgidlərimizi tanıyın: onlar torpağımızı işğalçılardan təmizləyirlər - FOTO
Nazirlikdən növbəti xəbərdarlıq: Ermənistan bu dəfə ASAN xidməti "işə salıb"
İş adamı Türkiyədən ordumuza tonlarla dərman yolladı
Moskvada tibb işçiləri, arxiv şəkli

Qonşu ölkədə bir gündə 300-dən çox şəxs öldü

0
(Yenilənib 12:46 21.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 21 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15700 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 317 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1096560-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40,7 milyonu keçib, 1,2 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0