Elektron ticarət

"Elektron ticarət vergidən azad edilməlidir"

269
(Yenilənib 22:40 05.01.2018)
Osman Gündüz: "İşgüzar dairələr elektron ticarət bazarında sabit mövqe qazanmamış, bu perspektivli bazarları tərk etməyə məcbur olur"

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. İnternet ictimaiyyəti Vergilər Nazirliyinin yeni rəhbərliyi qarşısında elektron ticarətin vergidən azad edilməsi barədə məsələ qaldırmağa hazırdır. Bunu Sputnik Azərbaycan-a Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib. O, vergi imtiyazının tətbiqi yolu ilə elektron ticarətin stimullaşdırılmasına ehtiyac olduğunu vurğulayıb.

Президент Интернет-форума Азербайджана Осман Гюндуз
© Photo : Bizplus
Президент Интернет-форума Азербайджана Осман Гюндуз

Azərbaycan prezidenti İlham Əliyevin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamları ilə Fazil Əsəd oğlu Məmmədov vergilər naziri postundan azad edilib və onun yerinə Mikayıl Cabbarov təyin olunub.

O.Gündüzün sözlərinə görə, qanunvericilik səviyyəsində ən azı üç il müddətinə elektron ticarətin vergilərdən azad edilməsi barədə imtiyaz verilməlidir, yaxud elektron ticarətin həcminə dair statistikanın tətbiqi üçün vergini maksimum 1% səviyyəsində təyin etmək lazımdır.

"Müvafiq qərar qəbul olunana qədər, vergi orqanları vergiləri tələb etməyə məcbur olur və dəxli yoxdur, siz öz biznesinizi yerin üstündə, yerin altında, havada, yaxud virtual məkanda həyata keçirirsiniz. Öz növbəsində bu, ona gətirib çıxarır ki, işgüzar dairələr elektron ticarət bazarında sabit mövqe qazanmamış, bu perspektivli bazarları tərk etməyə məcbur olur" — deyə Osman Gündüz bildirib.

AİF prezidentinin fikrincə, sahibkarın öz ayaqları üzərində möhkəm dayanmasına şərait yaratmaq lazımdır ki, sonra da o, müntəzəm olaraq dövlətə vergi ödəmək imkanına malik olsun: "Təəccüblü deyil ki, nəticədə elektron ticarətə maraq azalır. Gənc mütəxəssislərin bu sahəyə dair demək olar ki, heç bir maraqlı layihəsi yoxdur. Biz maraqlıyıq ki, şəbəkə istifadəçiləri internet portalları və ya sosial şəbəkələr yaratmaq yolu ilə internetdə öz fəal ticarətlərini qura bilsinlər".

Ekspertin sözlərinə görə, bununla əlaqədar olaraq, bu il elektron ticarət sahəsində startap layihələr də demək olar ki, mövcud olmayıb: "Halbuki, zamanında "Facebook", "Skype" və bu gün virtual məkanda məşhur olan digər mövcud şirkətlər də startap layihələr idi".

1 yanvar 2017-ci ildən etibarən qüvvəyə minən vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, elektron ticarətlə (e-ticarət) məşğul olan bütün şirkətlər ƏDV (18%) ödəməyə başlayıb. Həmin andan etibarən ƏDV elektron xidmət şəbəkəsinə — elektron kitab, musiqi, audio-video materiallar, qrafik təsvirlər, virtual oyunlar, proqram təminatı, reklamların yerləşdirilməsi və s. tətbiq edilir.

269
Teqlər:
AİF, elektron, ƏDV, Osman Gündüz, ticarət, vergi, internet, Azərbaycan, prezident
Əlaqədar
Əsədov: “Şagirdlərin elektron dərsliklərdən istifadəsi biabırçı vəziyyətdədir”
Daha bir nəqliyyat növü elektron gediş kartlarına keçir
Elektron siqaretlərlə bağlı qorxulu fakt ortaya çıxdı
Azərbaycanlı yazıçının əsəri Ukraynanın elektron kitabxanasına daxil edilib
Azərbaycanda elektron vizaların verilməsi proseduru sadələşdirilir