Tim Kuk

"Apple" şirkətinin rəhbəri öz işçilərindən az qazanır

36
(Yenilənib 11:15 29.12.2017)
2016-cı ildə şirkətdən 8 milyon 747 min dollar qazanan Tim Kukun 2017-ci ildəki gəliri 12 milyon 825 min dollara yüksəlib

BAKI, 29 dekabr — Sputnik. 2017-ci ildə "Apple" şirkətinin rəhbəri Tim Kukun gəliri ötən ilə nisbətən 50 faiz artıb. Ancaq Kukun illik gəliri şirkətdə çalışan bəzi işçilərin illik gəlirindən az olub.

Sputnik AzərbaycanNTV”yə istinadla xəbər verir ki, 2016-cı ildə şirkətdən 8 milyon 747 min dollar qazanan Kukun 2017-ci ildəki gəliri 12 milyon 825 min dollara yüksəlib.

Ancaq "Apple" şirkətinin digər yüksək vəzifəli şəxsləri qazancları ilə Kuku geridə qoyub.

Şirkətin pərakəndə satış üzrə sədr müavini Angela Ahrendts bu il 24 milyon 216 min dollar qazanıb. İkinci sırada isə şirkətin təchizat texnologiyaları üzrə sədri Johny Srouji gəlir. Şirkətə bu il qatılan Srouji 24 milyon 162 min dollar qazanıb.

Xatırladaq ki, “Apple”nin yaradıcısı Stiv Jobs 2011-ci xərçəng xəstəliyindən vəfat edib. Bundan sonra "Apple" şirkətinin başına Tim Kuk keçib.

36
Teqlər:
Stiv Jobs, "Apple" şirkəti, Tim Kuk, gəlir
Əlaqədar
Erməni qız "Apple" şirkətini "titrətdi" - Bir trilyon dollar
"Apple" telefonunda səhv tutdu, iki min dollar qazandı
"Apple"nin gəlirləri astronomik həddə çatıb
Apple zəngləri sizdən icazəsiz yazır
"Apple" şirkətinin prezidenti türkcə mesaj paylaşdı
Wi-Fi routeri, фото из архива

İnternetinizə oğru girib? Admini silin

299
(Yenilənib 22:40 14.08.2020)
İlk öncə routerin susmaya görə təyin edilən standart istifadəçi adı və parolunu dəyişin. Bu parollar modelə və istehsalçıya görə asanlıqla internetdən əldə oluna bilər.

BAKI, 14 avqust — Sputnik. Son günlər ölkəmizdə "Wi-Fi" təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artımın olması, əsasən istifadəçilərin şəbəkə qurğularının (router və modemlər) ələ keçirilərək "Wi-Fi" şəbəkə adlarının arzuolunmaz şəkildə dəyişdirildiyi halları müşahidə edilir.

Sputnik Azərbaycan xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən insidentlər araşdırılır.

Araşdırmalar nəticəsində hücumların baş verməsinin əsas səbəbinin şəbəkə qurğularının təhlükəsizliyi üçün sadə təhlükəsizlik tənzimləmələrinin tətbiq edilməməsinin olduğu müəyyən edilib. Belə ki, qurğular üçün standart və zəif parollardan (admin, password, 12345 və s.), şəbəkə adlarında müəyyənləşdirici məlumatlardan (ad, soyad, telefon nömrəsi, ünvan və s.) istifadə olunub, eləcə də proqram təminatı yeniləmələri aparılmayıb.

Bildiyimiz kimi, evimizdə olan bütün qurğular (telefon, kompüter, smart qurğular və s.) internetə router cihazı vasitəsilə qoşulur. Router düzgün konfiqurasiya olunmadığı, təhlükəsizliklə bağlı vacib sazlamalar aparılmadığı, eləcə də zəif və standart parollardan istifadə olunduğu zaman asanlıqla bədniyyətlilər tərəfindən ələ keçirilə bilər.

Router yoluxduqda, bədniyyətlilər tərəfindən istifadəçilərin trafiki izlənilməklə fərdi məlumatları ələ keçirilə, routeri sıradan çıxarıla, şəbəkələrində olan digər cihazlara hücumlar oluna bilər. Məhz bu səbəbdən routerin təhlükəsizliyinin təmin edilməsi kompüterin təhlükəsizliyinin təmin edilməsi qədər vacib hesab olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara vaxt itirmədən aşağıdakı sazlamaları aparmalarını tövsiyə edir:

Aşağıdakı sazlamaları etmək üçün kompüteriniz routerə qoşulu olduqda, veb-brauzerdə routerin IP ünvanını (adətən routerin arxa hissəsində göstərilir) daxil etməklə idarəetmə panelinə daxil olmalısınız. Bu zaman sizdən istifadəçi adı və parol istəniləcək. Bu məlumatlar routerin istifadə təlimatından və ya istehsalçı və modelə görə internetdə axtarış edilməklə əldə edilə bilər.

İlk öncə routerin susmaya görə təyin edilən standart istifadəçi adı və parolunu dəyişin. Bu parollar modelə və istehsalçıya görə asanlıqla internetdən əldə oluna bilər. Bu səbəbdən routeriniz üçün uzun və mürəkkəb parol (böyük və kiçik hərflər, rəqəm və simvolların kombinasiyasından ibarət 10-12 simvol uzunluğunda) seçin və onu başqa şəxslərlə paylaşmayın.

Routerin proqram təminatını (firmware) mütəmadi olaraq yeniləyin. Son nəsil routerlərdə proqram təminatı avtomatik yenilənir, köhnə cihazlar üçün yenilənmə vaxtaşırı manual olaraq yerinə yetirilməlidir. Yenilənmə qəbul etməyən qurğular dəyişdirilməlidir.

299
Əlaqədar
Pandemiya dövrünün təhlükəsi - Fırıldaqçılar "Zoom"dan istifadə ediblər
Donald Tramp bunu "TikTok"-dan heç gözləmirdi
Texnoloji inkişaf, nəsillərarası savaş və həqiqət haqqında...
Böyük hücum! İlon Mask, Bill Qeyts və digər məşhurların "Twitter" hesabları sındırılıb
İki ölkənin gizli ticarət sənədləri oğurlandı – səsi bir il sonra çıxdı
Əli Abbasov, arxiv şəkli

Keçmiş nazirimizin daha bir vəzifəsini əlindən aldılar

65
(Yenilənib 11:12 14.08.2020)
Əli Abbasovun xələfi parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

BAKI, 14 avqust — Sputnik. AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub. O bu vəzifədə Əli Abbasovu əvəz edib.

YTP-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, V.Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

65
Axşam yeməyi, arxiv şəkli

Axşamlar ət yeməyin, yoxsa...

0
Axşam yeməyi üçün ən yaxşı seçim bitki qidaları, quş əti, dəniz məhsulları, kəsmik və az yağlı pendir ola bilər.

BAKI, 15 avqust — Sputnik. Ət yeməklərinin həzm edilməsi üçün uzun zaman tələb olunduğuna və bədənin gecə normal istirahət etməsinə imkan vermədiyinə görə, axşam qida rasionundan çxarılmalıdır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə dietoloq Natalya Kruqlova danışıb.

Ekspertin sözlərinə görə, donuz, mal, qoyun əti 4-5 saata həzm edilir.

Dietoloq həmçinin bildirib ki, yatmamışdan əvvəl yüksək kalorili yeməklər, bişmiş şirniyyatlar yemək olmaz.

Artıq çəkili şəxslərə axşamlar bulqur şorbası, makaron və kartof yemək tövsiyə edilmir. Turşuya və duza qoyulmuş tərəvəzlər yemək üçün heç kimə faydalı deyil.

Axşam yeməyi üçün ən yaxşı seçim bitki qidaları, quş əti, dəniz məhsulları, kəsmik və az yağlı pendir ola bilər. Yatmazdan öncə aclıq hiss edirsinizsə, bir stəkan az yağlı kefir için.

0