Telefon

Telefonlar sahiblərinə casusluq edəcəklər

196
(Yenilənib 10:05 04.12.2017)
"Google" şirkəti qeyri-adi proqram hazırlayıb: Telefonlar ona yaxın duran şəxslər barədə sahiblərinə xəbər verəcəklər

BAKI, 4 dekabr — Sputnik. "Google" şirkətinin tədqiqatçıları istifadəçini onun çiyni üzərindən telefon ekranına baxan şəxslər haqqında xəbərdar edən proqram hazırlayıblar.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, şirkətin məlumatına görə, kompüter təlimindən istifadə edən proqram təminatı qurğu sahibi olmayan və ekrana baxan şəxsin sifətinin müəyyənləşdirilməsi üçün smartfonun ön kamerasını tətbiq edir. Proqram real vaxt rejimində istifadəçini smartfon ekranında yad şəxsin mətn oxuması və ya internet səhifəsini izləməsi barədə xəbərdar edir.

Tədqiqatçıların dərc etdiyi videoda "Google Hangouts" messencerində aparılan yazışmanın smartfonun ön kamerası tərəfindən ekrana baxan tanış olmayan insanlar aşkarlanan zaman dəfələrlə dayandırılmasını görmək mümkündür. Yad insanın üzü qırmızı çərçivəyə alınır, sifətin aşağı hissəsində isə istifadəçinin xəbərdarlığı dəqiq görməsi üçün rəngli zolaq əmələ gəlir. Bundan başqa, ekranda "A STRANGER IS LOOKING ALERT!!!" bildirişi görünür.

Məlumata görə, hazırda funksiyanın işinin texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilməsə də, əminliklə demək olar ki, proqram təminatı qurğu sahibi olmayan insanların sifətini tanıya və gözlərinin vəziyyətini izləyə bilir.

"Neuro Information Processing Systems" (NIPS) konfransında təqdim ediləcək texnologiya hazırda tam funksiyadan daha çox elmi layihə şəklindədir.

196
Teqlər:
Neuro Information Processing Systems, messencer, Google Hangouts, smartfon, Google şirkəti
Əlaqədar
Sahibini üzdən tanıyan telefonlar gəlir
Dərs vaxtı telefonlar avtomatik səssiz rejimə keçəcək
Eyyub Hüseynov: Dərmanların 70 faizi saxta olur, mobil telefonlar nöqsanlı çıxır
Azərpoçtun binası, arxiv şəkli

Kartdan pullarınızı oğurlamağın təzə üsulunu tapıblar, diqqətli olun

23
(Yenilənib 13:22 19.01.2021)
Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti son zamanlar vətəndaşlardan daxil olan müraciətlərin çoxluğunu və əksər vətəndaşların məlumatlı olmadıqları üçün kiberdələduzların qurbanına çevrildiyini nəzərə alaraq əhalini "Azərpoçt" MMC adına açılan saxta saytlar barədə bir daha xəbərdar edir.

NRYTN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, belə ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə "Azərpoçt" MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta "WhatsApp" nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan "Azərpoçt" MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyir. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir. Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir.

© AR Ministry of Transport, Communications and High Technologies
Azərpoçt"un rəsmi saytına oxşar saxta səhifənin skrinşotu

Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin qurumun rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır. Qeyd edək ki, real alıcı ödəniş etmək üçün heç bir halda satıcını hər hansı sayta yönləndirmir, CVV/CVC (kartın arxasındakı üçrəqəmli kod) və kartın etibarlılıq müddəti kimi məlumatları tələb etmir. Alıcının ödəniş etməsi üçün satıcının, sadəcə, kart hesab nömrəsini və ya cari hesab nömrəsini təqdim etməsi kifayət edir. Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdır. "Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur", - nazirlikdən bildirilib.

23
Teqlər:
pul, kart, kibercinayət, dələduz
Twitter tətbiqinin loqosu, arxiv şəkli

Türkiyədə Twitter-də reklam vermək qadağan olundu

10
(Yenilənib 11:23 19.01.2021)
Facebook və Instagram Türkiyə rəhbərliyinin tələbinə əməl edəcək: onlar yeni qanunvericiliyə uyğun olaraq Türkiyədə nümayəndəlik açır.

BAKI, 19 yanvar — Sputnik. Türkiyə rəhbərliyi yerli şirkətlərə Twitter-də reklam verməyi qadağa edib. Sputnik Azərbaycan Resmi Gazete-ye istinadən xəbər verir ki, buna səbəb Twitter-in sosial şəbəkələrin tənzimlənməsi haqqında yeni qərara əsasən Türkiyəyə öz nümayəndəsini təyin etməməsidir.

Qərara əsasən, Türkiyədə Twitter, Periscope, Pinterest-də reklam verən şirkətləri böyük cərimələr gözləyir.

Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayyan bazar ertəsi qeyd edib ki, Facebook və Instagram Türkiyə rəhbərliyinin tələbinə əməl edəcək: onlar yeni qanunvericiliyə uyğun olaraq Türkiyədə nümayəndəlik açır.

10
Teqlər:
reklam, Türkiyə, Twitter
Aleksey Navalnıy, arxiv şəkli

Navalnı Putinin sarayını axtarır

0
(Yenilənib 18:18 20.01.2021)
"Bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, o kadrları da bütün dünya görüb"

BAKI, 20 yanvar - Sputnik. Bloger və müxalifətçi Aleksey Navalnının Rusiya Prezidenti Vladimir Putinin Gəlincikdə sarayını araşdırması barədə xəbərləri Kremldə “cəfəngiyyat” və “kompilyasiya” kimi dəyərləndiriblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yaxınlarda Navalnının komandası prezidentin Qara dəniz sahilində 100 milyard dollara saray tikdirdiyi barədə material yayıb.

“Bilirsiniz ki, bu mövzu üç-dörd il əvvəl ortaya atılmışdı. İndi də bu konkret halda həmin insinuasiyadan istifadə etməklə boş-boş danışırlar. Özü də heç özlərinə azacıq əziyyət verib nəyisə sübut etməyə, heç olmasa, şəklini göstərməyə də cəhd göstərmirlər”, - Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun fikrincə, bu işdə “yeganə yenilik” “monatj hekayələri”ndən istifadə olunmasıdır.

“Hansısa bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, hansı ki, o kadrları da bütün dünya görüb”, - Kremlin nümayəndəsi bildirib.

Peskov vurğulayıb ki, prezidentin administrasiyasının “bununla maraqlanmaq üçün azacıq da olsa həvəsi yoxdur”.  

“Dövlət başçısına qarşı hazırlanmış və hazırlanmaqda olan informasiya hücumlarından çoxdan xəbərimiz var. Təəssüf ki, onlar olub və olacaq. İndi prezidentə onun olmayan bir şeyi şamil etmək istəyirlər. Prezidentin bütün mülkiyyəti hər il özü tərəfindən bəyan edilir, deklarasyada göstərilir”, - Peskov deyib.

0
Teqlər:
Dmitri Peskov, Kreml, Qara dəniz, saray, Vladimir Putin, Aleksey Navalni