Google

"Google"-un mədəni senzurası, yoxsa yaxşı düşünülmüş pul oyunu?

260
(Yenilənib 19:33 30.11.2017)
Millət vəkili: "Vacib deyil ki, Sputnik İnformasiya Agentliyi məhz "Google"-dən istifadə etsin, digər saytlar, xidmətlər də var"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. "Alphabet Inc" holdinqinin ("Google"nin sahibidir) Direktorlar Şurasının sədri Erik Şmidt, RT (Russia Today) və Sputnik-in axtarış sistemində materiallarının tapılmasına mane olacaq xüsusi alqoritmlər yaratmaq niyyətini açıqlayıb.

Onun sözlərinə görə, "Google" bu saytların özünü tam qadağan etmək istəməsə də, bu resursların kontentinin yayılmasının qarşısını almaq istəyir. Şmidt qeyd edib ki, "senzuranı qəbul etməsə də", eyni zamanda saytların fəaliyyətinə mane olmağın vacibliyinə inanır.

Məsələ ilə əlaqədar millət vəkili Araz Əlizadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "Google" məngənə arasında qalan bir təşkilatdır: "Vacib deyil ki, "Russia Today" telekanalı və Sputnik İnformasiya Agentliyi məhz "Google"-dən istifadə etsin, digər saytlar, xidmətlər də var".

Millət vəkili bildirib ki, bunun başında ABŞ-ın xüsusi xidmət orqanları dayanır: "Bu, ümumiyyətlə, dünyada anti-inhisar qanununun pozulmasıdır. Ümumiyyətlə, bərabər rəqabət imkanlarını məhdudlaşdırmaq dünyada cinayət sayılır".

Media məsələləri üzrə ekspert Azər Həsrət də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ifadə azadlığının qarşısının alınması, hansısa formada əngəllənməsi, məhdudlaşdırılması işin ziyanına olacaq: "Amma görünür, onların da özlərinin arqumentləri var. Çünki bu xidmətlərin böyük əksəriyyəti pulsuz təklif edilir".

Onun sözlərinə görə, indi yəqin ki, gəlirlərini artırmaq üçün hansısa alternativ variant təklif edəcəklər: "O da təbii ki, pullu olacaq. Pullu olacağı təqdirdə ifadə azadlığı ciddi zədə almış olacaq. Çünki hər kəsin hazırda istifadə etdiyi o xidmətlərdən pullu, ödənişli şəkildə istifadə etməsi heç də mümkün görünmür".

260
Teqlər:
Erik Şmidtğ, "Alphabet Inc" holdinq, RT, "Russia Today", Sputnik Azərbaycan, "Google", Sputnik
Əlaqədar
Elcan Rəsulov Sputnik Azərbaycan-ın canlı efirində qonaq olub
Şahin Diniyev Sputnik Azərbaycanda canlı efirdə qonaq olub
Deputat Sputnik-i hədəfə alanlardan danışdı
NATO Baş katibi Sputnik-ə önəmli açıqlama verdi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə

"Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir" - Nazir

23
(Yenilənib 12:56 23.10.2020)
Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb.

BAKI, 23 oktyabr — Sputnik. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Vyetnamın birgə təşkilatçılığı ilə "ITU Virtual Digital World 2020" beynəlxalq tədbiri çərçivəsində nazirlər səviyyəsində "dəyirmi masa" keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, BTİ-yə üzv olan çoxsaylı ölkənin İKT üzrə rəsmilərinin qatıldığı videotədbir "COVID-19" pandemiyası zamanı və sonrakı dövrdə rəqəmsal texnologiyaların rolu mövzusunu ehtiva edib.

Tədbir BTİ-nin Baş katibi Houlin Zao, Vyetnamın İnformasiya və Kommunikasiya naziri Nquyen Man Hunq və BTİ-nin Radiorabitə Bürosunun direktoru Mario Manieviçin açılış nitqləri ilə başlayıb. "COVID-19" pandemiyasının qlobal və milli səviyyədə rəqəmli inkişafa təsirinə dair müzakirələrin aparıldığı "dəyirmi masa"da Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. Nazir çıxışında ölkəmizdə "COVID-19"la mübarizə və pandemiyanın təsirini minimuma endirmək üçün görülmüş işlər barədə müfəssəl məlumat verib.

Əlində telefon olan qız, arxiv şəkli
© Sputnik / Murad Orujov

Ramin Quluzadə bildirib ki, pandemiya zamanında da vətəndaşlar yüksək keyfiyyətli nəqliyyat, poçt və telekommunikasiya xidmətləri, o cümlədən internet və mobil rabitə xidmətləri ilə təmin edilib. Telekommunikasiya infrastrukturunun davamlılığı tələbata uyğun olaraq artırılıb. Nazir dövlət qurumları tərəfindən yeni informasiya sistemlərinin yaradıldığını, xüsusi veb-saytlarla yanaşı, vətəndaşlar üçün məlumat-bildiriş sistemi və yoluxmuş insanlar üçün izləmə sistemi olaraq istifadə olunan mobil tətbiqetmənin hazırlandığını diqqətə çatdırıb.

"Pandemiya dövründə təhsil üzrə "Connected schools" və qurumlar üçün videokonfrans xidmətlərinin təmin edilməsi məqsədilə "Connected Government" layihələrinin tətbiqinə başladıq", – deyə Ramin Quluzadə qeyd edib. Nazir Azərbaycanın hazırda iki cəbhədə mübarizə apardığını söyləyib: "Pandemiya ilə yanaşı, bütün regionda İKT-nin inkişafına əngəl törədən erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımlar atırıq".

Ramin Quluzadə əlavə edib ki, Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb. Son günlər bu təcavüz nəticəsində uşaqlar da daxil olmaqla, Azərbaycanın 63 dinc sakini həlak olub və 293 mülki şəxsi yaralanıb. Nazir çıxışının sonunda qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti inkişaf strategiyalarını genişləndirmək üçün səylərini davam etdirəcək.

23
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Baş Prokurorluq dinc əhaliyə dəyən zərərlərin statistikasını açıqladı
İşğal olunmuş ərazidə Qırmızı kitaba düşən 120-dək flora və fauna növündən məlumat yoxdur
Terror təhlükəsiylə bağlı yeni müraciət
Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"
Beynəlxalq təşkilatlar rayonlarımızın raket atəşinə tutulması barədə məlumatlandırılıb
Əlində telefon olan qız, arxiv şəkli

Qarabağ artıq əhatə dairəsində

86
(Yenilənib 11:59 23.10.2020)
"Azercell Telekom" MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıb və orada dördüncü nəsil LTE radio baza stansiyalarını quraşdırmaqdadır

BAKI, 23 oktyabr — Sputnik. Böyük sevinc hissi ilə bildirmək istəyirik ki, "Azercell Telekom" MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıb və orada dördüncü nəsil LTE radio baza stansiyalarını quraşdırmaqdadır.

Sputnik Azərbaycan-a Azercell şirkətindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qəhrəman ordumuzun bu zəfər yürüşünün möhtəşəm bir qələbə ilə başa çatacağına əmindir. Buna görə də operator ölkəmizin azad edilmiş bütün tarixi ərazilərini müasir mobil şəbəkə ilə əhatə etməyə, eləcə də tezliklə öz evlərinə qayıdacaq sakinlərini fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyə hazırdır. Azərbaycanda bağlantısız heç bir nöqtə qalmayacaq! Qarabağdan eşidilmək ümidilə #gəlirik! Qarabağ Azərbaycandır!

86
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

0
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

0