ELM

Bakı küçələrində və Qarabağ müharibəsində bizi robotlar əvəz edəcək?

© AFP 2023 / Fabrice COFFRINIRobot Sofiya
Robot Sofiya - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər hesab edirlər ki, robotların köməyindən qaçmaq mümkün deyil və onlardan terrorizmə qarşı da istifadə etmək mümkündür

BAKI, 29 noyabr — Sputnik. Robot Sofiya ətrafında ajiotaj səngimir. O, müsahibə verir, bir sıra ölkələrin hökumətlərinin nümayəndələri ilə əlaqə saxlayır, dilləri öyrənir və vətəndaşlıq alır. Bütün bunlarla yanaşı, robotlar əvəzsiz olan insanı əvəz etməyə qadirdirmi? Sputnik Azərbaycan bununla bağlı informasiya texnologiyaları və multimedia sahəsindəki ekspertlərlə söhbətləşib.

Robot insan deyil

İnformasiya texnologiyaları (İT) üzrə ekspert Vahid Qasımovun fkrincə, insan böyük hesabla hər yerdə dəyişilməz olaraq qalır, robot isə sadəcə insanın idarə edəcəyi proqramlaşdırılmış maşındır. Əgər o, süni intellektə çevrilsə belə, bu, uzağı artıq baş verənlər barədə informasiya toplayır, lakin baş vermiş hadisələrdən nəticə çıxarmır.

"Azərbaycanda bu sahənin inkişafı istiqamətdə yəqin ki, startaplar var. Zamanında sabiq Qafqaz Universitetinin (hazırkı Bakı Mühəndislik Universiteti) tələbələri robot texnikası sahəsində ilk addımları atmışdılar və hazırda bu sahə bir qədər genişlənməyə başlayıb" — deyə o bildirib. 

Робот, фото из архива - Sputnik Azərbaycan
Robot nə hoqqalardan çıxdı - VİDEO

"Hazırda ölkənin bir sıra yerlərində, universitetlərdə, kurslarda uşaqlar robotların proqramlaşdırılması üzrə təhsil alırlar. Buna süni intellekt demək olmaz, bu, uzağı robotların əvvəlcədən proqramlaşdırılmasıdır. Robot texnikası süni intellektdən xeyli uzaqdır" — deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirir.

Məhz süni intellektə gəlincə, ekspert qeyd edib ki, bu çox zəif şəkildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda işlənir. Ola bilsin nəsə var, amma bu struktur əldə etdiyi nəticələri xüsusi olaraq açıqlamır.

Robotlar Bakı küçələrində

"Əgər ondan danışsaq ki, Azərbaycanda kimləri robotlarla əvəz eləmək olar, bizdə belələrinin sayı çoxdur. Ən azı şəhərin küçələrini süpürən xadimələri robotlarlaəvəz etmək tamamilə mümkündür" — deyə o, bildirib.

Qasımovanın sözlərinə görə, ölkədə bu gün insanlar böyük miqdarda qeyri-ixtisas işlərini yerinə yetirirlər. Bütün bu ixtisaslaşmamış işləri avtomatlaşdırmaq və ya robota həvalə etmək olar.

"Lakin burada bir nüans var. Bütün bunlar — proqramlaşdırma, robotlaşdırma — insan əməyini yüngülləşdirməyə, yeknəsək işləri avtomatlaşdırmağa yönəlib. Amma burada bir sual meydana çıxır ki, biz ölkə siyasəti nöqteyi-nəzərindən bunu necə avtomatlaşdırmaq istəyirik və öz şəxsi mövqeyimiz nədən ibarətdir?" — Qasımov bildirir. 

Робот-патрульный в китайской провинции Хэнань - Sputnik Azərbaycan
ELM
Dünyanın ilk "robot vəkili" məsləhət xidmətinə başladı

Sputnik Azərbaycanın həmsöhbətinin fikrincə, o da var ki, əgər bu iş sahələri avtomatlaşdırılsa və insanları robotlar əvəz etsə, onda orada çalışan insanlar üçün məşğuliyyət sahəsi olmayacaq. Bu gün bir çoxları üçün həmin yeknəsək əmək daimi işdir. Onlar düşünmürlər ki, birdən onların robotlar tərəfindən əvəz edilməsi baş versə, onlar heç bir işlə məşğul ola bilməyəcəklər.

İşsizlər nə işlə məşğul olsun

"Dövlətin qarşısında belə bir sual durur — işsizlər nə işlə məşğul olsunlar? Qadının əlinə süpürgəni verəndə o gedib süpürür və bunun qarşılığında pul alır. Əgər bunu robot eləsə, həmin vəsait robotun dəstəklənməsinə gedəcək, qadın isə heç nə qazanmayacaq" — mütəxəssis deyir.

Ekspertin sözlərinə görə, yenə də sual yaranır ki, bu robotlara xidmət etmək zərurəti yaranarkən, kifayət qədər ixtisaslı olmayan insanlar nə edəcəklər? Bəs vəzifəsi robotlar tərəfindən yerinə yetirilən insanlarla nə etməli?

Qasımovun sözlərinə görə, robotlaşdırma ilk növbədə əhalinin ixtisas səviyyəsinin artırılmasından başlamağı zəruri edən bir prosesdir. Azərbaycanda isə bu sahədə işlər çox pis gedir. Çünki hətta ali məktəblərdə təhsil almış şəxslər belə bitirdikləri istiqamət üzrə ixtisaslaşmış kadra çevrilə bilmirlər, nəinki, ümumiyyətlə heç bir ali təhsili olmayan şəxslər. Ona görə də mütəxəssis hesab edir ki, yaxın 25 il ərzində Azərbaycanı robotlaşdırma təhlükəsi gözləmir. 

Robot Sao Nan - Sputnik Azərbaycan
Robot-jurnalist ilk məqaləsini yazdı

Müharibə kimi müharibə

"Azərbaycanın silahlı münaqişə vəziyyətində olduğunu nəzərə alaraq, regional müharibələrdə robotların potensialından istifadə etmək olarmı?" sualına cavabında Sputnik-in həmsöhbəti bildirib ki, bu yaxınlarda Facebook-da arı böyüklüyündə çox kiçik dronların təqdimatından bəhs edən video yayılmışdı. Məhz bu dronlardan hərbi məqsədlər üçün istifadə etmək olar.

O, bir nəfər tərəfindən yönəldilir, alına çırpılır, kiçik partlayış baş verir və vəssalam. Bunlar birdəfəlik kamikadze dronlardır. Onlardan milyonlarla istihsal etmək mümkündür.

Ekspertin sözlərinə görə, belə olan təqdirdə canlı əsgərlər dövlətə baha başa gəlir. Canlı əsgərə aylarla təlim keçmək, onu yedirib-içirmək, silah-sursat və geyimlə təchiz etmək lazımdır. Dronun isə konkret qiyməti var. O, çox da uzağa uçmur, amma çox ağıllıdır və cəmi bir əməliyyat yerinə yetirir. Qiyməti də baha deyil, 100-150 dollardan çox olmaz. Lakin bu vəsaitlə bir əsgəri saxlaya bilməzsən.

"Hollivud filmlərində haqqında bəhs edilən bütün robotları, eləcə də başqalarını tətbiq etmək mümkündür, amma mən onların effektiv olacağını düşünmürəm. Məncə hansısa kiçik həcmli və konkret hədəfi olan robotlarla daha çox şey əldə etmək olar. Amma universal robotların heç bir mənası yoxdur. Bu gün konsepsiya dəyişib" — Qasımov bildirib. 

Dubayda robot-polis nümayiş etdirilib - Sputnik Azərbaycan
Bu ölkə robot-polis sisteminə keçir

Robotlar qaçılmazdır

Ali İqtisad Məktəbinin kommunikasiya, media və dizayn fakültəsinin dekan müavini, mediajurnalistika təhsil sisteminin meneceri Dmitri Şeluxin isə öz növbəsində bildirib ki, Sofiya tipli robotların jurnalistikada, siyasətdə, menecmentdə, eləcə də çoxdan təyinatı müəyyənləşdirilmiş fəaliyyətlərdə tətbiri qaçılmazdır.

Ekspert qeyd edib ki, artıq texnogen inkişaf yolu insanlar tərəfindən seçilib. İnsan özünü, öz bədənini robotların simulyasiyasında təqdim etmək yolunu tutub. O, artıq özünü robota köçürməyə başlayıb. Əlbəttə insan deyir ki, bütün bunlar yeni səviyyə, yeni texniki imkanlar, məlumatların tamamılə fərqli işlənməsi olacaq, lakin məqsəd elə eyni qalacaq.

"İnsan özünü simulyasiya edir. Hazırda o yalnız şəbəkə insan, misal üçün android şəklindədir. Buna görə də bütün sahələrdə insanın robot tərəfindən əvəz edilməsi qaçılmazdır" — deyə mütəxəssis bildirir.

Amma Şeluxinin fikrincə, burada sual başqa şeylə bağlıdır — dünya ictimaiyyətini idarə edənlər, siyasətçilər buna nə dərəcədə hazırdır və onlar əhalinin məşğulluq probleminin həllini necə görürlər?

Ekspert hesab edir ki, heç nə ilə məşğul olmayan beş-yeddi milyard insan problemdir. Robotlaşdırma o demək deyil ki, insanlar heç bir işlə məşğul olmayacaqlar, pul almayacaqlar və işsiz qalacaqlar. Sadəcə onların işlədiklərinə baxmayaraq çoxlu boş vaxtı olacaq. Bu isə çox təhlükəlidir.

Bununla yanaşı ekspert deyir ki, insan maşınlarla rəqabət apara bilmir. Və sonra olacaqları tənzimləmək lazım gələcək.

"Bütün bu məsələlər qanuni şəkildə tənzimlənməlidir ki, maşınlar harada işləyə bilər, harada yox. Fiziki və texniki işləri robotlar hər yerdə görə bilərlər. Amma burada da qaydalarla idarəetmə məsələsi üzə çıxır" — deyə o, bildirib. 

Microsoft şirkəti - Sputnik Azərbaycan
“Word” proqramına süni intellekt tətbiq edildi

Bəs klonlaşdırılma?

Robotların konkret hansı sahəyə daha tez gələcəyi barədə suala cavabında Sputnik-in həmsöhbəti deyib ki, belə bir fikir ümumiyyətlə mövcud deyil. Bununla bağlı ekspert 1996-cı ildə klonlaşdırılmış qoyun Dollini xatırladıb.

"Bu 21 il əvvəl olmuşdu. Bu illər ərzində klonlaşdırma inkişaf edibmi? Bunu biz bilmirik. Bizim aramızda nə qədər klon yaşayır, biz bilmirik? Biz robotları müzakirə edirik, amma 20 il əvvəl tamamilə başqa səviyyədə texnologiya canlı orqanizmi klonlaşdırıb" — deyə Şeluxin vurğulayıb.

Şeluxin qeyd edir ki, onda klonlaşdırma etikası ciddi şəkildə müzakirə olundu və hər şey batdı. Çünki gələcəkdə belə prosesləri etik baxımdan məhdudlaşdırmaq lazım gələcək. Biomaterialların istehsalı sahəsindən çıxmaq və insanları klonlaşdırmamaq elə də sadə məsələ deyil.

Sənayenin hansı sahələrinin robotlaşdırılıb robotlaşdırılmamasını yalnız cəmiyyətin hakim dairələri həll edəcək.

Robotlar döyüşçü deyillər

Regional müharibələrdə robotların potensialından istifadəyə gəlincə, Sputnik Azərbaycan-ın həmsöhbəti deyir ki, bu gün döyüş robotları kollektiv bir konsepsiya halına gəlib.

Bu sahədə robotları sistemlər adlandırırlar. Həmin sistemlər məsafədən idarə olunur, həmçinin, sensor idarəetmə sistemi, intellektual və yarıintellekltual sistemlər mövcuddur.

Hazırda bütün sahələrdə, eləcə də hərbi sənayedə robotlar üzərində iş gedir. Elə bir ölkə varmı ki, onun ordusunda bu məsələ ilə maraqlanmasınlar. Şeluxinin fikrincə, robotların tətbiqi mövzusu bir neçə kontekstdə dövr edir: insanlığın daha yüksək səviyyəyə çıxarılması, insan itkilərinin aradan qaldırılması və qərarqəbuletmənin sürətləndirilməsi. 

Mars planeti - Sputnik Azərbaycan
ELM
Yaponiya Marsda gələcək bazanın tikintisi üçün robotlar hazırlayacaq

Ekspertin fikrincə, əgər söhbət robotlardan bu və ya digər hərbi əməliyyatlarda istifadədən və bu fəaliyyətlərin miqyasından gedirsə, perspektivdə bu, terrorçuluqla mübarizədə robotlardan istifadə şəklində reallaşa bilər.

"Təsəvvür edin ki, ultra-kiçik cihazlar vasitəsilə terrorçuların öhdəsindən gəlirlər. Məsələn, onların yerlərini nəzərə çarpdırmadan təsbit edirək onları məhv edirlər. Bu kiçik cihazlar bir qədər perspektiv istiqamətdir" — deyə mütəxəssis bildirir.

Şeluxin qeyd edib ki, burada medalın o biri üzü də var: "Belə kiçik cihazlar terrorçuların da əlinə düşə bilər və onlar daha böyük problemlər yaratmağa başlayarlar. Lakin istənilən halda böyük büdcəsi olan böyük ordular üçün regional münaqişələr bu qəbildən olan müxtəlif sistemlərin kifayət qədər təhlükəsiz formada inkişaf etdirilməsi üçün yaxşı poliqondur".

Xəbər lenti
0