Hidroponik üsulla torpaqsız əkinçilik

Yer altında, torpaqsız şəraitdə tərəvəz məhsulları yetişdirilir

486
(Yenilənib 10:58 09.10.2017)
Britaniyalı sahibkarlar möcüzə gerçəkləşdiriblər

BAKI, 5 oktyabr — Sputnik. Londonda İkinci Dünya Müharibəsindən qalma, 8 min nəfərlik yeraltı sığınacaq təsərrüfata çevrilib. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, burada hidroponik (torpaqsız əkinçilik, torpaqdan istifadə etmədən, su içində mineral maddələrdən istifadə edərək bitki yetişdirmə üsulu) üsulla torpaqsız əkinçilik aparılır. Bitkilərin böyüməsi üçün lazım olan işıq təmin edilir.

İlham Əliyev Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub.
© Official website of President of Azerbaijan Republic

Sahibkarlar Stiven Dring və Riçard Ballard yer altında brokkoli, pomidor, bibər və ispanaq kimi bir çox tərəvəz məhsulları yetişdirib böyük supermarket şəbəkələrinə satırlar. Stiven Dring deyib ki, normal fermerlərdən fərqli olaraq, bu məhsulların yetişdirilməsini daha çox nəzarət altında saxlaya bilirlər.

"Rütubətə və istiliyə nəzarət edə bilirik. Əslində, yeganə çətinlik Londonda yer altında torpaqsız əkinçilik aparmaq fikri olub. Ondan başqa, böyük bir çətinlik yoxdur" — deyən sahibkar, hazırladıqları bu yeraltı təsərrüfatda işığı da bərpa olunan enerji mənbələrindən əldə etdiklərini söyləyib.

486
Teqlər:
məhsul, sahibkar, London, əkinçilik, İkinci Dünya Müharibəsi, təsərrüfat, tərəvəz, yeraltı sığınacaq
Əlaqədar
Azərbaycanda ərzaq məhsulları bahalaşdı
Qəbizliyi yox edən beş məhsul
Azərbaycan bu məhsulların idxalından imtina etməyə hazırlaşır
Tütün məhsulları ilə bağlı növbəti qadağa və cərimələr gəlir
Əllərində smartfon olan insanlar, arxiv şəkli

Köhnə Android smartfonları Google-dan ayıracaqlar

27
(Yenilənib 22:53 02.08.2021)
Köhnə Android versiyaları ilə işləyən smartfonlar sentyabrın 27-dən Google-da qeydiyyatdan keçə, profillərinə, bəzi servislərə daxil ola bilməyəcəklər.

BAKI, 2 avqust — Sputnik. Google korporasiyası köhnə Anrdoid versiyalarında işləyən smartfon və planşetlərdəki akkauntlara girişi bağlamaq qərarına gəlib. Bu barədə RİA Novosti məlumat verir.

Köhnə Android versiyaları ilə işləyən smartfonlar sentyabrın 27-dən Google-da qeydiyyatdan keçə, profillərinə, bəzi servislərə daxil ola bilməyəcəklər. Məhdudiyyətlər Gmail, YouTube və Maps kimi tətbiqlərə aiddir.

Qərar Android 1.0, 1.1, 1.5 Cupcake, 1.6 Donut, 2.0 Eclair, 2.2 Froyo və 2.3 Gingerbread-la işləyən qurğulara aiddir. Sonuncunun ən müasir versiyası (2.3.7) 2011-ci il sentyabrında buraxılıb.

Google-da qeyd ediblər ki, bu addım istifadəçilərin təhlükəsizliyinin təmin olunması naminə atılır. Məhdudiyyətlərdən yan keçmək mümkün olmayacaq – köhnə qurğuların istifadəçilərinə daha aktual tətbiqlərə yenilənməyi məsləhət görürlər.

Google şirkəti

Google dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən transmilli şirkətidir. Gəlirinin böyük hissəsini AdWords proqramı ilə reklamlardan əldə edir. Şirkət Larri Peyc və Sergey Brin tərəfindən, Stanford Universitetində doktorantura tələbəsi olduqları vaxt 4 sentyabr 1998-ci ildə qurulub

Android əməliyyat sistemi

Android smartfonlar, planşetlər, elektron kitablar, rəqəmsal pleyerlər, rəqəmsal qol saatları, fintes qolbaqlar, oyun konsolları, noutbuklar, netbuklar, smartbuklar, Google Glass eynəkləri, televizorlar, proyektorlar, avtomobil əyləncə sistemləri, məişət robotları üçün əməliyyat sistemidir.

Əməliyyat sistemi əvvəlcə Android, Inc. şirkəti tərəfindən hazırlanıb. Sonradan bu şirkəti Google alıb.

27
Xaker, arxiv şəkli

Milyonlarla Clubhouse istifadəçisinin məlumatları şəbəkəyə sızıb

1343
(Yenilənib 22:09 25.07.2021)
Ekspertin fikrincə, internet şəbəkəsində olanlar yalnız Clubhouse-da qeydiyyatda olanların deyil, həm də onların telefonlarında olan şəxslərin nömrələridir.

BAKI, 25 iyul - Sputnik. Hakerlər internet platformalarından birində Clubhouse sosial şəbəkəsinin istifadəçilərinin təxminən 4 milyard telefon nömrəsinin satılması barədə status yerləşdiriblər. Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Mark Ryuf özünün tvitter-akkauntunda məlumat verib.

Forumdakı paylaşımlarındakı cinayətkarlar bəyan ediblər ki, sentyabrın 4-dək olan bütün məlumatları satmaq fikrindədirlər və "bir ciddi alıcı axtarırlar". Dediklərini təsdiqləmək üçün onlar 83 milyon nömrəni dərc ediblər.

Ryufun fikrincə, şəbəkədə olanlar yalnız Clubhouse-da qeydiyyatda olanların deyil, həm də onların telefonlarında olan şəxslərin nömrələridir. "Çox yəqin ki, Clubhouse da olmasanız da, sizin nömrəniz də oradadır", - o qeyd edib.

Daha öncə kibertəhlükəsizlik sahəsindəki ekspertlər məlumatlarınızın sızması halında parolları dəyişməyi, ikifaktorlu təsdiqləmədən istifadə etməyi, həmçinin şəxsi məlumatı ümumi bazadan pozmağı tələb etməyi məsləhət görüblər.

Həmçinin oxuyun:

Hakerlərin qurbanı olan məşhur azərbaycanlılar: Virtual hücumlardan necə yaxa qurtarmalı

"Politico": "Rusiyalı hakerlər" ABŞ dövlət departamentinin minlərlə məktubunu oğurlayıb

1343

Ermənistan Azərbaycanın dövlət sərhəddi istiqamətində atəşkəsi pozub

5910
(Yenilənib 18:27 04.08.2021)
Ermənistan SQ Basarkeçər rayonunun Əzizli kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

BAKI, 2 avqust — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saat 14:50-də Basarkeçər rayonunun Əzizli kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

02.08.2021

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17.00-dək Vedi rayonunun Arazdəyən və Basarkeçər rayonunun Zərkənd kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf  susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

10:13

Naxçıvan yenə atəşə tutulub, düşmən cavab atəşi ilə susdurulub

Avqustun 2-si saat 03:27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. 

Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Cavab atəşi ilə qarşı tərəf  susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

--------------

01.08.2021

09:26

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Naxçıvan daha əvvəl də atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz iyulun 19-da da atəşə tutulub, bir hərbi qulluqçumuz yaralanıb.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Həmin gün Sədərək istiqamətində yerləşən döyüş mövqelərimiz də atəşə tutulub. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub.
Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Həmçinin oxuyun:

Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub, hərbçimiz yaralanıb - MN

* MN: Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır

* MN: Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması ilə bağlı yayılan məlumat yalandır

 

5910