Facebook sosial şəbəkəsi

Facebookla Teslanın yaradıcıları kəllə-kəlləyə gəldi

828
Facebook-un yaradıcısı SpaceX və Tesla-nın rəhbərinə qarşı çıxdı

BAKI, 25 iyul — Sputnik. Facebook-un qurucusu Mark Zukerberq SpaceX və Tesla-nın rəhbəri İlon Maskın bəşəriyyət üçün ən böyük təhlükənin süni intellekt olması barədə fikrinə şərik olmadığını bildirib. Zukerberq bu barədə fikirlərini Facebook Live-in on-line yayımında deyib.

Sputnik Azərbaycan CNBC-yə istinadla xəbər verir ki, Zukerberq süni intellekti dünyanın sonunu gətirəcək amil kimi təqdim etməyi məsuliyyətsiz cəhd adlandırıb. Həmçinin qeyd edib ki, süni intellekt bəşəriyyətin gələcəyi üçün müsbət rol oynayır.

"Süni intellekt bizim gələcək həyatımızı yaxşıya doğru dəyişəcək. Amma dünyanın sonu barədə qabaqcadan danışmaq çox məsuliyyətsiz hərəkətdir" — deyə Zukerberq istifadəçilərdən birinin "SpaceX və Tesla-nın rəhbərinin süni intellektin bəşəriyyəti məhvə apardığı barədə fikirlərini necə şərh edərdiz" sualına cavab verərkən deyib.

Bir qədər əvvəl Mask bildirmişdi ki, süni intellekt gələcəkdə bəşəriyyət qarşısında başlıca təhlükə olacaq. Mask bu sahənin dövlət nəzarətinə alınmasına çağırış edib.

828
Əlaqədar
Facebook-dan ağlasığmaz addım
"Facebook"un sahibindən müsəlmanlara misilsiz jest
Sıra "Facebook" "layk"larına çatdı - cərimə
"Facebook" şərhinə görə 862 min manat məbləğində cərimələndi
Qadın telefonla maşında, arxiv şəkli

Telefon nömrələrinizi vacib hesablardan ayırın, səbəb ciddidir

43
(Yenilənib 22:35 21.11.2020)
Məsələn, bank tətbiqetmələri saytlarda, xüsusən də digər şəxsi məlumatlarla birlikdə buraxdığınız ümumi nömrəyə bağlanmamalıdır. Spam poçt və onlayn alış-verişlər üçün virtual nömrədən istifadə edin.

BAKI, 21 noyabr — Sputnik. İstənilən telefon nömrəsini internet vasitəsilə tapmaq mümkündür. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Rusiya Rəqəmsal Ekspertiza Mərkəzinin rəhbəri Anton Kukanovun sözlərinə görə, sosial şəbəkə istifadəçiləri özləri haqqında çox sayda fərdi məlumatlar paylaşırlar.

"Messenger, eləcə də sosial şəbəkələrdəki səhifələr bir istifadəçi haqqında məlumat tapmağa yardım edə bilər. Bu, telefon nömrəsi ilə edilən axtarış sayəsində mümkündür. Bu funksiyanı ləğv etsəniz də, mesajlaşma və sosial şəbəkələrdə eyni avatardan istifadə edirsinizsə, axtarış sistemində elementar şəkil axtarışı zamanı belə, şəbəkə təcavüzkarları ümumi bir səhifəyə aparacaq", - deyə o, bildirib.

Ekspert əlavə edib ki, sosial şəbəkələrdə məlumatlarınız hər kəsə açıqdırsa, hər kəs şəxsi məlumatlarınızı, yaşayış yerinizə, işlədiyiniz və ya təhsil aldığınız yerə, dostlarınızın kim olduğuna, nə ilə maraqlandığınıza və hətta gündəlik səyahətlərinizin marşrutuna qədər öyrənə bilər. Onun sözlərinə görə, bu dələduzlar tərəfindən qeyri-adi məqsədlər üçün istifadə edilə bilər.

Bu səbəbdən də, dələduzlara imkan yaratmamaq üçün vacib olan və olmayan hesablardan mobil nömrələrinizi ayırın.

Məsələn, bank tətbiqetmələri saytlarda, xüsusən də digər şəxsi məlumatlarla birlikdə buraxdığınız ümumi nömrəyə bağlanmamalıdır. Spam poçt və onlayn alış-verişlər üçün virtual nömrədən istifadə edin.

"Fotoşəklinizi və ani mesajlaşmalardakı şəxsi məlumatlarınızı ümumi baxışdan yığışdırın. Hətta yaxşı olardı ki, hesabınızı telefon nömrəsi ilə sosial şəbəkələrdə axtarma funksiyasını bağlayasınız. Həmişə iki faktorlu identifikasiya və mürəkkəb parollardan istifadə etməlisiniz", - deyə Kukanov bildirib.

43
Teqlər:
elektron poçt, e-poçt, spam, messenger, Rusiya
Co Bayden, arxiv şəkli

"Twitter" prezident hesabını Co Bayden üçün hazırlayır

11
"Twitter, 20 yanvar 2021-ci ildə Ağ Evin idarə hesablarının köçürülməsini dəstəkləməyə fəal hazırlaşır " - deyə Pasilio vurğulayıb.

BAKI, 21 noyabr — Sputnik. Twitter rəsmi prezident hesabını Co Baydenə təhvil verməyə hazırlaşır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sosial şəbəkənin sözçüsü Nik Pasilio bildirib ki, şəbəkə ABŞ prezidenti Co Baydenin andiçməsindən sonra rəsmi hesab üzərində nəzarəti ona təhvil verəcək.

Pasilionun sözlərinə görə, Donald Tramp öz məğlubiyyətini etiraf etməsə belə bu baş verəcək.

"Twitter, 20 yanvar 2021-ci ildə Ağ Evin idarə hesablarının köçürülməsini dəstəkləməyə fəal hazırlaşır " - deyə Pasilio vurğulayıb.

O dəyişikliklərin Amerika Birləşmiş Ştatları administarsiyasının onlarla digər rəsmi hesablarına da təsir edəcəyini deyib.

11
Teqlər:
Twitter, Donald Tramp, Co Bayden
Antoniu Quterreş, arxiv şəkli

Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb

0
(Yenilənib 22:55 23.11.2020)
Baş katib BMT-nin ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb: “Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcək”.

BAKI, 23 noyabr — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, Baş katib BMT-nin ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb:

“Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcəkdir” - deyə, o bildirib.

0
Teqlər:
humanitar, BMT, xarici işlər naziri ceyhun bayramov