CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu proqramın köməyilə özünüzə yeni dünya qura biləcəksiniz

© cgarchitect.com3D bina
3D bina - Sputnik Azərbaycan
Abunə olmaq
Proqramçılar ümid edir ki, "3D" redaktor təşəkkül taparaq istifadəçilərin bütün arzularını həyata keçirəcək

BAKI, 10 iyul — Sputnik. "Google" şirkəti istifadəçilərə üçölçülü "Google – Blocks" virtual reallıq redaktorunu təqdim edib.

AZƏRTAC xəbər verir ki, istifadəçilərə virtual dünya qurmağa imkan verəcək proqramın iş prinsipi "Rubik kubikc" oyununa bənzəyir.

Məlumata görə, ondan istifadə çox asandır. İstifadəçi ayrı-ayrı bloklar vasitəsilə virtual dünyasını yaradır və ya mövcud olanları redaktə edir. Həmçinin proqramın yüklənilməsi pulsuzdur. "Google – Blocks" proqramından istifadə etməklə obyektləri rəngləmək, onların formasını və ya yerlərini dəyişdirmək mümkün olacaq.

Proqramçılar ümid edir ki, "3D" redaktor təşəkkül taparaq istifadəçilərin bütün arzularını həyata keçirəcək.

Xəbər lenti
0