Kompyuter oyunu oynayan qız

Kompüter oyunlarının ziyanları faydaları

33
(Yenilənib 15:16 02.07.2017)
Kompüter oyunları beyinin qocalması ilə bağlı olan Alsgeymer və s. bu kimi xəstəliklərin profilaktikasında kömək edə bilər

BAKI, 2 iyul — Sputnik. Araşdırmalar göstərir ki, kompüter oyunları ciddi asılılıq yaradır. "Geymer"lər saatlarla durmadan kompüterin qarşısında vaxt keçirir.

Bu isə artıq çəkinin yığılması, görmə problemləri, dayaq-hərəkət sistemində pozulmalar və s. kimi problemlərin inkişafına təkan verir.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, son elmi araşdırmalar kompüter oyunlarının bəzi faydalı tərəflərini də aşkar edib. Bu oyunlar stress və əsəbiliyi azaldır, depressiya ilə mübarizə edir.

Kataloniya Universiteti (İspaniya) alimləri 122 elmi araşdırmanın nəticəsini təhlil etdikdən sonra belə qərara gəliblər ki, kompüter oyunları diqqəti və yaddaşı yaxşılaşdırır. Böyük oyun stajı olan "geymer"lərin beynində yaddaşa cavabdeh olan hipokamp hissəsi bu oyunları oynamayan insanlarla müqayisədə daha böyükdür.

Alimlərin fikrinə görə, kompüter oyunları beyinin qocalması ilə bağlı olan Alsgeymer və s. bu kimi xəstəliklərin profilaktikasında kömək edə bilər.

33