Google şirkəti

Bu proqram reklamların qarşısını alacaq

72
(Yenilənib 23:04 03.06.2017)
"Google" internet brauzer proqramı "Chrome" gələn il satışa çıxarılacaq yeni versiyasının internetdəki reklamları əngəlləyəcəyini bildirib

BAKI, 3 iyun — Sputnik. Texnologiya nəhəngi "Google" internet brauzer proqramı "Chrome" gələn il satışa çıxarılacaq yeni versiyasının internetdəki reklamları əngəlləyəcəyini bildirib.

Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, "Google"dən verilən açıqlamada "Chrome" yeni versiyası sayəsində istifadəçilərin ziyarət etdikləri internet səhifələrində qarşılarına çıxan reklamlarla avtomatik oynamağa başlayan musiqi və görüntüləri əngəlləyə biləcəyi bildirilib.

72
Azərpoçtun binası, arxiv şəkli

Kartdan pullarınızı oğurlamağın təzə üsulunu tapıblar, diqqətli olun

23
(Yenilənib 13:22 19.01.2021)
Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti son zamanlar vətəndaşlardan daxil olan müraciətlərin çoxluğunu və əksər vətəndaşların məlumatlı olmadıqları üçün kiberdələduzların qurbanına çevrildiyini nəzərə alaraq əhalini "Azərpoçt" MMC adına açılan saxta saytlar barədə bir daha xəbərdar edir.

NRYTN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, belə ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə "Azərpoçt" MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta "WhatsApp" nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan "Azərpoçt" MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyir. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir. Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir.

© AR Ministry of Transport, Communications and High Technologies
Azərpoçt"un rəsmi saytına oxşar saxta səhifənin skrinşotu

Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin qurumun rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır. Qeyd edək ki, real alıcı ödəniş etmək üçün heç bir halda satıcını hər hansı sayta yönləndirmir, CVV/CVC (kartın arxasındakı üçrəqəmli kod) və kartın etibarlılıq müddəti kimi məlumatları tələb etmir. Alıcının ödəniş etməsi üçün satıcının, sadəcə, kart hesab nömrəsini və ya cari hesab nömrəsini təqdim etməsi kifayət edir. Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdır. "Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur", - nazirlikdən bildirilib.

23
Teqlər:
pul, kart, kibercinayət, dələduz
Twitter tətbiqinin loqosu, arxiv şəkli

Türkiyədə Twitter-də reklam vermək qadağan olundu

10
(Yenilənib 11:23 19.01.2021)
Facebook və Instagram Türkiyə rəhbərliyinin tələbinə əməl edəcək: onlar yeni qanunvericiliyə uyğun olaraq Türkiyədə nümayəndəlik açır.

BAKI, 19 yanvar — Sputnik. Türkiyə rəhbərliyi yerli şirkətlərə Twitter-də reklam verməyi qadağa edib. Sputnik Azərbaycan Resmi Gazete-ye istinadən xəbər verir ki, buna səbəb Twitter-in sosial şəbəkələrin tənzimlənməsi haqqında yeni qərara əsasən Türkiyəyə öz nümayəndəsini təyin etməməsidir.

Qərara əsasən, Türkiyədə Twitter, Periscope, Pinterest-də reklam verən şirkətləri böyük cərimələr gözləyir.

Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayyan bazar ertəsi qeyd edib ki, Facebook və Instagram Türkiyə rəhbərliyinin tələbinə əməl edəcək: onlar yeni qanunvericiliyə uyğun olaraq Türkiyədə nümayəndəlik açır.

10
Teqlər:
reklam, Türkiyə, Twitter

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

16
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

16