CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Vikipediyada Azərbaycan əleyhinə yazan mütəşəkkil qruplar var"

Abunə olmaq
İradə Ələkbərova: "Azərbaycanda rəsmi şəkildə Vikipediya ilə məşğul olan yoxdur. Ümumiyyətlə isə Vikipediya ilə dövlət məşğul olmamalıdır".

BAKI, 11 mart – Sputnik. Milli Məclisdə Vikipediya internet ensiklopediyasına nəzarətlə bağlı məsələ qaldırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva bildirib ki, Vikipediyada Azərbaycanın tanınmış şəxsiyyətləri, coğrafi yer adları, bölgələri və sair məsələlərlə bağlı təhrif olunmuş məlumatlar yayılır. Tarix sanki qəsdən saxtalaşdırılır: “Bunun qarşısı alınmalı, bu məsələ hüquqi yollarla tənzimlənməlidir”.

Paşayeva, domenlərlə bağlı ortaya çıxan problemlərdən narahatlığını da bildirib. O qeyd edib ki, Azərbaycanı istəməyən qüvvələr, dairələr bundan ölkəmizə qarşı yararlanmağa, öz çirkin məqsədlərini bu yolla da gerçəkləşdirməyə çalışır. 

Siyavuş Novruzov - Sputnik Azərbaycan
Millət vəkilindən ilginc təklif

Millət vəkili Məlahət İbrahimqızı da Vikipediya internet resursunda Azərbaycanla bağlı məlumatların təhrif edidiyini qeyd edərək, bu sahəyə nəzarətin vacib olduğunu vurğulayıb: “Azərbaycan əraziləri, şəxsiyyətləri ilə bağlı məlumatlar təhrif edilir. Məsələn, Gəncə şəhəri ermənilərin şəhəri kimi göstərilmişdi. Bunlara nəzarət olunmalıdır”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov da deyilən fikirləri təsdiqləyərək, bildirib ki, bu məsələləri qanun çərçivəsində həll etmək çətindir. Millət vəkili hesab edir ki, ictimaiyyət bu işdə fəal olmalıdır.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə çıxışı zamanı qeyd edib ki, son dövrlərdə Vikipediyaya mötəbər mənbə kimi istinad edilməsi ləğv edilib: “Vikipediyada o qədər təhriflərə yol verilir ki, bunların düzgünlüyünü sübut etmək çətinləşir. Vikipediya istifadəçi tərəfindən yaradılan mənbələrdir və onlar həmin mənbənin özünün qaydaları ilə tənzimlənir. Yəni hər hansı bir milli səviyyədə qanun qəbul edilməsi ilə o məlumatların tənzimlənməsi bir o qədər də real deyil. Vikipediyada Azərbaycan haqqında doğru məlumatların sayını çoxaltmalıyıq ki, axtarış zamanı Azərbaycanın həqiqətlərinə uyğun məlumatlar çıxsın. Eyni zamanda, həqiqətə uyğun olmayan məlumatlara qarşı mübarizəmizi aparmalıyıq. Onların təhrif olunmasının qarşısını almalıyıq”. 

Мужчина за компьютером, фото из архива - Sputnik Azərbaycan
İnternetdəki fəaliyyətə görə cəzalar sərtləşir

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Azərbaycanda rəsmi şəkildə Vikipediya ilə məşğul olan yoxdur. Ümumiyyətlə isə Vikipediya ilə dövlət məşğul olmamalıdır: “Vikipediya könüllülər tərəfindən yaradılmış ensiklopediyadır. Dövlət buna maraq göstərsə, nəzarət etsə, Vikipediyanı bağlaya bilərlər. Bu ABŞ-ın layihəsidir. Vikipediya layihəsinin prinsipi elədir ki, “heç kim yazdığına görə cavabdeh deyil”. Yəni nə istəyirsən yazırsan və heç kim də cavabdeh deyil. Bu layihə cəmiyyətin fikrini öyrənmək üçün bir layihədir. Vikipediya Azərbaycan dili də daxil olmaqla 295 dildə fəaliyyət göstərir”. 

Ələkbərova qeyd edir ki, Vikipediyada kim fəaldırsa, kim daha aktivdirsə, kim daha çox Vikipediyada işləyrisə, onların ideyası qəbul edilir. Dövlət bunu idarə etməsə də, dövlətin də bunda marağı var. Məsələn, QHT-lər yaradılır və onlara maliyyə dəstəyi göstərilir ki, Vikipediayada fəaliyyət göstərsinlər: “Aydındır ki, könüllü adam, ayllarla, günlərlə, saatlarla Vikipediyada oturmaz. Elə adamlar çox az halda olur, amma adətən Vikipediya yazarlarının arxasında kimlərsə dayanır. Maraqlı şəxslər var. Məsələn, Azərbaycan haqqında məqalələri yaradanlar arasında ermənilər, erməni diasporu tərəfindən maliyyələşən insanlar var. Məsələn rus, ingilis dilində Vikipediyaya nəzər salsanız görərsiniz ki, orada Azərbaycan əleyhinə yazan mütəşəkkil qruplar var. Onlar günün 10-15 saatını Vikipediayada keçirirlər. Bunların marağı nədir? Bu barədə araşdırma aparanda məlum olur ki, onların maliyyə mənbəyi var. Bunların maliyyə dəstəyi Vikipediyadan gəlir”. 

Председатель Совета печати АР Афлатун Амашов, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
İnternetin tənzimlənməsinə dair deputatlardan daha bir təklif

Sektor müdirinin sözlərinə görə, bu sahədə az olsa da Azərbaycan könüllüləri də var. Tələbələr, uşaqlar var ki, Azərbaycan haqqında məlumatları daxil etmək üçün çalışırlar. Burada təkcə vətənpərvərlik hissi rol oynamır. Burada bilik, hansısa elm sahəsini bilmək lazımdır: “Bu sahədə bizim alimlərimizin rolu olmalıdır. Buna görə də İnformasiya Texnologiyaları İnstitutunda “Viki Mərkəz” yaradılıb. “Viki Mərkəz” təkcə Vikipediayada məqalə yaratmaqla məşğul deyil, Vikimərkəzin əsas işi bir neçə istiqamətdən ibarətdir. Birincisi, elmi tədqiqat işləridir, biz Vikipediyanı və digər layihələri araşdırır, oradakı problemlərlə tanış olur, layihələrin inkişafını araşdırrıq”.

Büqtün bunlarla yanaşı "Viki Mərkəz" Vikipediyanın, yəni Vikitexnologiyaların tədrisi ilə məşğul olur. Burada ildə iki dəfə yaz-payız aylarında dərslər keçirilir. Dərslərə əsasən akademiyanın isntitutlarından gəlirlər. Dərslərdə alimlərə öz profillərinə və ixtisaslarına uyğun məqalələr yaratmaq öyrədilir. “Viki Mərkəz”in digər funksiyası isə təbliğat-təşviqat işləridir: “Məsələn, televiziyada, digər mətbuat orqanlarında çıxış edirik. Eyni zamanda, biz monitorinqlər aparırıq. Monitorinqlərdə Azərbaycan haqqındakı məqalələrdəki vəziyyət, hansı dillərdə məqalələr nə qədərdir, Azərbaycana qarşı nə qədər məqalələ var, bunları araşdırırıq. Digər işlərimiz isə təşkilatlara, şəxslərə məsləhətlərin verilməsidir. Yəni, kim Vikipediyada işləyib müəyyən çətinliklərlə qarşılaşırsa, onunla görüşür və ya müəyyən online məsləhətlər veririk”.

Xəbər lenti
0