Galaxy Note 7

2017-ci ilin ən yaxşı telefonu budur

4569
(Yenilənib 22:03 06.03.2017)
Sərgidə LG, Samsung, Sony və Nokia kimi nəhəng şirkətlər ən yeni smartfonlarını istehlakçılarına təqdim edib

BAKI, 6 mart – Sputnik. İspaniyanın Barselona şəhərində 2017-ci ilin ən yaxşı telefonu sərgisi keçirilib. Sputnik Azərbaycan Türkiyə NTV-nə istinadən xəbər verir ki, sərgidə bir neçə yeni smartfon təqdim olunub. Sərgini təşkil edən GSMA şirkəti, ilin ən yaxşı telefonunu elan edib. 

Sərgidə LG, Samsung, Sony və Nokia kimi nəhəng şirkətlər ən yeni smartfonlarını istehlakçılarına təqdim edib. Sərginin ən yaxşısı isə Sony Xperia XZ Premium seçilib. Dünyanın ilk 4K HDR ekranına sahib olan bu telefon, olduqca böyük marağa səbəb olmuşdu. Ekran xüsusiyyətlərindən başqa Snapdragon 835 prosessoru və Motion Eye texnologyalı kamerası ilə də diqqətləri cəlb edən telefon olduqca iddialıdır. Yeni kamera 960 fps slow motion videolar da çəkə bilir.

Dizayn cəhətdən böyük bir yenilik gətirməyən Xperia XZ premium, əvvəlki model olan Z5 Premium kimi parlaq görüntü ilə gəlir. Suya və toza davamlı olan cihazda, güc düyməsinə inteqrasiya edilmiş barmaq izi oxuyucusu istifadə olunacaq.

Sony Xperia XZ premium texniki xüsusiyyətləri:

Ölçülər: 156 x 77 x 7.9 mm — 195 qram

Ekran: 5.5 inç 4K HDR

Ram: 4 GB

Kamera: 19 MP, OIS arxa kamera, 13 MP ön kamera

Yaddaş: 64 GB

Əməliyyat sistemi: Android 7.1 Nougat

Batareya: 3230 mAh

4569
Intel şirkətinin loqosu, arxiv şəkli

Bir, iki, üç... məxfi məlumatlar getdi "Intel"in laqeydliyi ona baha başa gəlib

91
(Yenilənib 11:42 10.08.2020)
Anonim haker təxminən 20 GB məxfi məlumatı internetə sızdırıb. Məlumatlar kompüter istehsalçısı "Intel"in serverlərindən götürülüb. Maraqlıdır ki, qovluqların kilidlənməsi üçün istifadə olunan şifrə çox sadə imiş - "Intel123"

BAKI, 10 avqust — Sputnik. "Intel" şirkətinin təhlükəsizlik sistemində "dəlik" var imiş və anonim haker bundan istifadə edərək şirkətin 20 giqabayt məlumatını sızdıra bilib.

Sputnik radiosu xəbər verir ki, bu barədə məlumatı isveçli İT məsləhətçisi Tilli Kottmann yayıb.

Kottmann bu faylları anonim mənbədən aldığını izah edib. O, ən yaxın gələcəkdə daha çox qapalı məlumatları dərc edəcəyini vəd edib.

Sızan məlumatlar arasında "Intel CEFDK" yükləyicilərinin mənbə kodları, eləcə də Amerika şirkətinin müxtəlif platformalar üçün yaratdığı prosessorların proqram təminatının mənbə kodları var.

Korporasiyanın proqram təminatında səhvlərinin axtarışı üçün istifadə etdiyi bir neçə daxili proqramı da sızdırılıb.

Qeyd edək ki, Kottmann sızdırılmış arxivi araşdırıb və orada şifrə ilə qorunan zip arxivlər tapıb. O, arxivlərin "Intel123" və ya "intel123" şifrələri ilə açıldığını müəyyən edib. Lakin bu şifrə bütün arxivləri açmır.

Kottmann müəyyən edib ki, "Intel"də məlumatları qorumaq üçün məhz bu cür şifrələrdən istifadə edilir.

"ZDNet" nəşrinin mütəxəssisləri sızıntını təhlil ediblər və orada həqiqətən də "Intel"in əqli mülkiyyətinə dair məlumatların, sənədlərin və mənbə kodlarının olduğunu təsdiq ediblər. Arxivdəki faylların bir hissəsi bu ilin mayına aiddir.

"Intel" artıq sızıntını araşdırır. Amma çox gec deyil?

91
Əlaqədar
Kibercinayətkarlar "Zoom"-a hücumlar edirlər
Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
İki ölkənin gizli ticarət sənədləri oğurlandı – səsi bir il sonra çıxdı
"İnstagram" parolu və "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər
Böyük hücum! İlon Mask, Bill Qeyts və digər məşhurların "Twitter" hesabları sındırılıb
Robot, arxiv şəkli

Robotlar da yatmalıdır

14
(Yenilənib 00:20 07.08.2020)
Araşdırma müəllifləri yuxunun bu bərpaedici dəyərinin müasir kompüter sistemlərinə də kömək edə biləcəyinə inanırlar

BAKI, 7 avqust — Sputnik. Yuxu təkcə insanlar üçün deyil, robotlar üçün də əhəmiyyətlidir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yuxu orqanizmin yenidən təşkil olunması və yeni biliklərin əldə edilməsi üçün lazımdır. Bu qərara Kaliforniya Universitetinin alimləri gəliblər.

Araşdırma universitetin saytında yer alıb.

Təcrübə zamanı elm adamları yuxu və ayıqlıq kimi beyin vəziyyətlərini təqlid edən modellərdən istifadə ediblər. Müəyyən edilib ki, yuxu orqanizmə özünü bərpa etməyə yardım edir.

"Biz yatdığımız zaman beyin gün ərzində öyrəndiklərimizi təkrar edir. Yuxu xatirələrin toplanmasına yardım edir. Bizim nəticələrimiz göstərir ki, xatirələr dinamikdir, statistikdir. Yuxu hər zaman onları yeniləyir", - deyə universitetin professoru, araşdırmanın müəlliflərindən biri Maksim Bajenov deyib. O qeyd edib ki, yuxu zamanı köhnə və yeni xatirələr canlanır. Bu, xatırlamaq bacarığını yüksəldir.

Araşdırma müəllifləri yuxunun bu bərpaedici dəyərinin müasir kompüter sistemlərinə də kömək edə biləcəyinə inanırlar.

Onların fikrincə, süni intellektin davamlı öyrənmə qabiliyyəti olmadığı üçün robotlar yeni məlumat aldıqları zaman köhnə biliklərini unudacaqlar.

14
Əlaqədar
Koronavirusu məhv edən robot yaratdılar
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb
İnsan günahını təyin edəcək texnologiya: istəsə ölüm hökmü verər, istəsə azad edər
Tullantıdan robotexnikaya - Kolumbiyalını Azərbaycana gətirən səbəb
Azərbaycanlı kiberpank yaradıb və orada Bakının gələcəyini nümayiş etdirib

Ekspert: "Dövlət şirkətlərinə qoyulan investisiyaların səmərəliliyi suallar yaradır"

0
(Yenilənib 09:47 12.08.2020)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, şəffaflığın təmin edilməsi gələcəkdə lazımsız və arzuolunmaz xərclərdən azad olmağa şərait yaradacaq
Fuad İbrahimov: “İnvestisya Holdinqi şəffaflığı təmin edəcək”

Dövlət şirkətləri, elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bunu Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bəzi dövlət şirkətlərinin fəaliyyətində şəffaflıq müşahidə olunmur və illərdir qoyulan investisiyaların səmərəliliyi suallar yaradır:

“Ümidvaram ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə belə şirkətlərdə şəffaflığın təmin olunması mümkün olacaq. Maliyyə dövriyyəsində şəffaflığın təmin edilməsi gələcəkdə lazımsız və arzuolunmaz xərclərdən azad olmağa şərait yaradacaq. İndiki şəraitdə belə bir holdinqin yaradılması məqsədəuyğundur”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0