Whatsapp

Bu telefonlarda "WhatsApp" işləməyəcək

1628
Artıq bəzi "Android", "IOS", "Windows", "BBOS" və "Symbian" platformalı telefonu olan istifadəçilər "WhatsApp"dan yararlana bilməyəcəklər

BAKI, 4 mart — Sputnik. İyun ayının 30-dan sonra bəzi telefonlarda "WhatsApp" işləməyəcək. Milli.Az "CNNTürk"ə istinadla bildirir ki, şəbəkənin rəsmi bloqundan verilən məlumata görə, artıq bəzi "Android", "IOS", "Windows", "BBOS" və "Symbian" platformalı telefonu olan istifadəçilər "WhatsApp"dan yararlana bilməyəcəklər.

İyun ayının 30-dan sonra "WhatsApp"ı işləməyəcək smartfonlar:

Nokia S40
Nokia Symbian S60
Android 2.1
Android 2.2
Windows Phone 7.+1
iPhone 3GS (iOS 6)
BlackBerry OS ve BlackBerry 10

Qeyd edək ki, bu telefonlar üçün yenilənmələrin tətbiqi 2016-cı ilin sonunda bitsə də, şirkət istifadəçilərə 2017-ci ilin iyun ayına kimi vaxt verib.

1628
Teqlər:
istifadəçi, "WhatsApp", telefon, proqram, smartfon
Əlaqədar
Səhv telefon zəngi ucbatından qana düşdülər
Sevimli telefonunuz geri qayıdır
Anaların adi telefon danışığı uşağın ölümü ilə nəticələnir
Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırıldı
Qeyri-adi imkanlara malik mobil telefon hazırlandı
Intel şirkətinin loqosu, arxiv şəkli

Bir, iki, üç... məxfi məlumatlar getdi "Intel"in laqeydliyi ona baha başa gəlib

91
(Yenilənib 11:42 10.08.2020)
Anonim haker təxminən 20 GB məxfi məlumatı internetə sızdırıb. Məlumatlar kompüter istehsalçısı "Intel"in serverlərindən götürülüb. Maraqlıdır ki, qovluqların kilidlənməsi üçün istifadə olunan şifrə çox sadə imiş - "Intel123"

BAKI, 10 avqust — Sputnik. "Intel" şirkətinin təhlükəsizlik sistemində "dəlik" var imiş və anonim haker bundan istifadə edərək şirkətin 20 giqabayt məlumatını sızdıra bilib.

Sputnik radiosu xəbər verir ki, bu barədə məlumatı isveçli İT məsləhətçisi Tilli Kottmann yayıb.

Kottmann bu faylları anonim mənbədən aldığını izah edib. O, ən yaxın gələcəkdə daha çox qapalı məlumatları dərc edəcəyini vəd edib.

Sızan məlumatlar arasında "Intel CEFDK" yükləyicilərinin mənbə kodları, eləcə də Amerika şirkətinin müxtəlif platformalar üçün yaratdığı prosessorların proqram təminatının mənbə kodları var.

Korporasiyanın proqram təminatında səhvlərinin axtarışı üçün istifadə etdiyi bir neçə daxili proqramı da sızdırılıb.

Qeyd edək ki, Kottmann sızdırılmış arxivi araşdırıb və orada şifrə ilə qorunan zip arxivlər tapıb. O, arxivlərin "Intel123" və ya "intel123" şifrələri ilə açıldığını müəyyən edib. Lakin bu şifrə bütün arxivləri açmır.

Kottmann müəyyən edib ki, "Intel"də məlumatları qorumaq üçün məhz bu cür şifrələrdən istifadə edilir.

"ZDNet" nəşrinin mütəxəssisləri sızıntını təhlil ediblər və orada həqiqətən də "Intel"in əqli mülkiyyətinə dair məlumatların, sənədlərin və mənbə kodlarının olduğunu təsdiq ediblər. Arxivdəki faylların bir hissəsi bu ilin mayına aiddir.

"Intel" artıq sızıntını araşdırır. Amma çox gec deyil?

91
Əlaqədar
Kibercinayətkarlar "Zoom"-a hücumlar edirlər
Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
İki ölkənin gizli ticarət sənədləri oğurlandı – səsi bir il sonra çıxdı
"İnstagram" parolu və "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər
Böyük hücum! İlon Mask, Bill Qeyts və digər məşhurların "Twitter" hesabları sındırılıb
Robot, arxiv şəkli

Robotlar da yatmalıdır

14
(Yenilənib 00:20 07.08.2020)
Araşdırma müəllifləri yuxunun bu bərpaedici dəyərinin müasir kompüter sistemlərinə də kömək edə biləcəyinə inanırlar

BAKI, 7 avqust — Sputnik. Yuxu təkcə insanlar üçün deyil, robotlar üçün də əhəmiyyətlidir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yuxu orqanizmin yenidən təşkil olunması və yeni biliklərin əldə edilməsi üçün lazımdır. Bu qərara Kaliforniya Universitetinin alimləri gəliblər.

Araşdırma universitetin saytında yer alıb.

Təcrübə zamanı elm adamları yuxu və ayıqlıq kimi beyin vəziyyətlərini təqlid edən modellərdən istifadə ediblər. Müəyyən edilib ki, yuxu orqanizmə özünü bərpa etməyə yardım edir.

"Biz yatdığımız zaman beyin gün ərzində öyrəndiklərimizi təkrar edir. Yuxu xatirələrin toplanmasına yardım edir. Bizim nəticələrimiz göstərir ki, xatirələr dinamikdir, statistikdir. Yuxu hər zaman onları yeniləyir", - deyə universitetin professoru, araşdırmanın müəlliflərindən biri Maksim Bajenov deyib. O qeyd edib ki, yuxu zamanı köhnə və yeni xatirələr canlanır. Bu, xatırlamaq bacarığını yüksəldir.

Araşdırma müəllifləri yuxunun bu bərpaedici dəyərinin müasir kompüter sistemlərinə də kömək edə biləcəyinə inanırlar.

Onların fikrincə, süni intellektin davamlı öyrənmə qabiliyyəti olmadığı üçün robotlar yeni məlumat aldıqları zaman köhnə biliklərini unudacaqlar.

14
Əlaqədar
Koronavirusu məhv edən robot yaratdılar
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb
İnsan günahını təyin edəcək texnologiya: istəsə ölüm hökmü verər, istəsə azad edər
Tullantıdan robotexnikaya - Kolumbiyalını Azərbaycana gətirən səbəb
Azərbaycanlı kiberpank yaradıb və orada Bakının gələcəyini nümayiş etdirib
Snayper, arxiv şəkli

Ermənistan ordusu mövqelərimizi snayperlərlə atəşə tutub

0
(Yenilənib 10:03 12.08.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub

BAKI, 12 avqust — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

0