iPhone istifadəçisi, arxiv şəkli

Apple zəngləri sizdən icazəsiz yazır

1071
Texnologiya nəhəngi Apple-ın iPhone-larda edilən zənglərin qeydlərini avtomatik olaraq (icazəyə ehtiyac duymadan) iCloud-da ehtiyat nüsxə çıxardığı iddia edildi

BAKI, 20 noy — Sputnik. Texnologiya nəhəngi Apple-ın iPhone-larda edilən zənglərin qeydlərini avtomatik olaraq (icazəyə ehtiyac duymadan) iCloud-da ehtiyat nüsxə çıxardığı iddia edildi.

Sputnik NTV-yə istinadla xəbər verir ki, Rus “Elcomsoft” firması iCloud-un ehtiyat nüsxə çıxardığı ilə bağlı maraqlı bir iddia ortaya atdı.

“Elcomsoft”un rəhbəri Vladimir Katalov bu sistemi bağlamanın hər hansı bir yolu olmadığını ifadə edib, icazə verilməsə belə telefonun zəngləri iCloud-a anlıq olaraq göndərdiyini açıqladı.

Bu vəziyyətdən xilas olmanın tək yolunun iCloud-u təsirsiz hala gətirmək olduğunu söyləyən Katalov bunun da praktikada telefonu haradasa istifadə edilməz hala gətirdiyini söylədi.

Mövzuya bağlı bir mütəxəssis Jon athan Zdziarski "Mövzunun daha çox mühəndislik mərhələsində olduğundan şübhələnirəm. Apple bütün məlumatlarını ABŞ-dakı mərkəzlərində saxlayır" deyib.

1071
Qadın rəsm əsərinə baxır, arxiv şəkli

Süni intellekt itirilmiş şedevrləri bərpa etməyi öyrənib - VİDEO

18
(Yenilənib 01:06 21.04.2021)
Hələ 2018-ci ildə qalereyanın ekspertləri rentgen vasitəsilə müəyyən ediblər ki, Pikassonun fırçasının 1902-ci ilə aid izləri altında onun müasiri, kataloniyalı digər rəssam Santyaqo Rusinolyinin Barselonanın Labirint Ort parkının təsvir olunduğu peyzaj əsəri gizlənib.

BAKI, 21 aprel — Sputnik. London Universitetinin nəzdindəki kolleclərdən birinin alimləri Entoni Buraçed və Corc Kann süni intellekt və 3D printer vasitəsilə itirilmiş incəsənət əsərlərinin tam rəngli surətini yaratmağa müvəffəq olublar. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, mütəxəssislər yeniliyi Pablo Pikassonun Kanadanın Toronto şəhərindəki Ontario incəsənət qalereyasında saxlanılan "Çöməlib oturmuş yoxsul qadın" (1902) əsəri üzərində yoxlayıblar.

Hələ 2018-ci ildə qalereyanın ekspertləri rentgen vasitəsilə müəyyən ediblər ki, Pikassonun fırçasının 1902-ci ilə aid izləri altında onun müasiri, kataloniyalı digər rəssam Santyaqo Rusinolyinin Barselonanın Labirint Ort parkının təsvir olunduğu peyzaj əsəri gizlənib. Məsələ bundadır ki, sənətə təzə başlayan Pikasso yeni kətan parça almağa pulu olmadığı üçün "Çöməlib oturmuş yoxsul qadın" əsərini artıq çəkilmiş digər şəkil üzərində həkk edib.

Texnologiya bu faktı aşkara çıxarsa da, Pikassonun müdaxiləsindən əvvəl həmin şəklin görünüşünün necə olduğunu tam təsəvvür etmək mümkün olmayıb.

İndi isə Buraçed və Kann öz yeniliklərini tətbiq edərək kataloniyalı rəssamın itirilmiş əsərinin 100-dən artıq üçölçülü surətini yaradıblar. Onlar printeri elə proqramlaşdırıblar ki, cihaz Rusinolyinin fırçasının izlərini dəqiqliklə təsvir edərək lazımi rəngləri bir-birinə qarışdırıb.

"Bunu əvvəllər heç kim edə bilməyib. Kətan üzərinə bu üsulla boya və mürəkkəbin çəkilməsi üçölçülü çap işində irəliyə doğru atılmış böyük bir addımdır", - deyə Buraçed bildirib.

Hazırda Pablo Pikassonun müasirinin bərpa edilmiş əsərlərinin hər birinin qiyməti 11 min dollardır və hər bir lövhəyə dələduzlardan qorunmaq üçün xüsusi işarə və unikal kod həkk olunur.

 

18

"İtən əşyalara zəng etmək" gerçək olur - FOTO

25
(Yenilənib 22:05 20.04.2021)
Şirkətdən söz veriblər ki, qurğu məxfilik prinsiplərinə uyğun düzəldilib və onun vasitəsilə insanları izləmək mümkün deyil.

BAKI, 20 aprel - Sputnik. Əşyalarını tez-tez itirən insanlara dediyimiz "zəng elə, tapılsın" zarafatı gerçək olur.

Apple şirkəti  özünün ilk ağıllı AirTags nişanını təqdim edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, onun vasitəsilə müxtəlif əşyaları - qulaqcıqdan tutmuş avtomobilədək tapmaq mümkündür. Amma onun da bir əmması var, AirTags Lokator əlavəsi ilə işləyir, bu isə Apple qacetlərinə quraşdırılır. Nişan itmiş əşyaların yerini xəritədə qeyd edir. 

Şirkətdən söz veriblər ki, qurğu məxfilik prinsiplərinə uyğun düzəldilib və onun vasitəsilə insanları izləmək mümkün deyil.

AirTags-ə 29 dollar qiymət qoyulub. ABŞ-da aprelin 23-dən satılmağa başlanacaq. Sonra isə digər ölkələrdə satışı gerçəkləşdiriləcək.

25
Teqlər:
xəritə, əşya, Apple
Baloğlan Əşrəfov, arxiv şəkli

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub

0
(Yenilənib 14:22 22.04.2021)
Qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

 

BAKI, 22 aprel — Sputnik. Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub. Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı müğənni hazırda özünü yaxşı hiss etmədiyini bildirib: "On üç gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Özümü yaxşı hiss etmirəm. Təngnəfəs oluram. Çox danışa bilmirəm".

Qeyd edək ki, qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra ona Türkiyədə qaraciyər köçürülmüşdü.

0