Ağac əkən pilotsuz uçan aparat yaradılıb

Saatda 800 ağac əkən pilotsuz uçan aparat icad edilib

375
Xəritə əsasında işləyən yeni qurğu floranın yaradılması sahəsində insandan dəfələrlə cəld işləyir.

BAKI, 6 sent-Sputnik. Dünyada bir çox ərazilər var ki, orada insan yaşaya bilməz. Amma həmin ərazilərdə ağac əkmək mümkündür. Əsas problem belə ərazilərə getməyin çətinliyi ilə bağlıdır. Belə ki, həmin yerlərə işçilər göndərmək böyük xərc tələb edir. Bu problemi həll etmək üçün ağac əkə bilən pilotsuz uçan aparat yaradılıb.

Sputnik-in məlumatına görə, bu barədə "fainaidea" saytı məlumat yayıb.

Xəbər verilir ki, ərazinin "3D" formatında olan xəritəsi ilə işləyən "DroneSeed" şirkətinin istehsalı olan pilotsuz uçan aparat ağac əkmək üçün müvafiq yeri müəyyənləşdirir.

Ağac əkməzdən əvvəl dron torpağı emal edir. Bundan sonra "DroneSeed" adlı pilotsuz uçan aparat sıxılmış havanın köməyi ilə saatda 384 kilometr sürətlə torpağa şitil və ya toxum tullayır.

Şirkətin məlumatına görə, bu üsulla saatda 800-dək ağac toxumu əkmək olar. Müqayisə üçün bildirək ki, insan gün ərzində yalnız 800 ağac toxumu əkə bilər.

1 akr meşəni əkmək üçün sözügedən drona sadəcə 1,5 saatlıq batareya enerjisi kifayətdir.

Hələlik bu dronlar geniş istifadə üçün nəzərdə tutulmayıb, sadəcə test edilib. Çünki onlar torpağın münbitləşdirilməsi zamanı herbisidlərdən istifadə edirlər. Herbisidlərin təhlükəsizliyi isə hələlik sübuta yetirilməyib.

375
Teqlər:
DroneSeed, pilotsuz uçan aparat
Əlaqədar
“Sony” korporativ müştərilər üçün pilotsuz uçan aparatlar düzəldəcək
Qan nümunələri pilotsuz uçan aparatlarla daşınacaq
ABŞ-da pilotsuz uçan aparatlar qeydiyyatdan keçiriləcək
Intel şirkətinin loqosu, arxiv şəkli

Bir, iki, üç... məxfi məlumatlar getdi "Intel"in laqeydliyi ona baha başa gəlib

91
(Yenilənib 11:42 10.08.2020)
Anonim haker təxminən 20 GB məxfi məlumatı internetə sızdırıb. Məlumatlar kompüter istehsalçısı "Intel"in serverlərindən götürülüb. Maraqlıdır ki, qovluqların kilidlənməsi üçün istifadə olunan şifrə çox sadə imiş - "Intel123"

BAKI, 10 avqust — Sputnik. "Intel" şirkətinin təhlükəsizlik sistemində "dəlik" var imiş və anonim haker bundan istifadə edərək şirkətin 20 giqabayt məlumatını sızdıra bilib.

Sputnik radiosu xəbər verir ki, bu barədə məlumatı isveçli İT məsləhətçisi Tilli Kottmann yayıb.

Kottmann bu faylları anonim mənbədən aldığını izah edib. O, ən yaxın gələcəkdə daha çox qapalı məlumatları dərc edəcəyini vəd edib.

Sızan məlumatlar arasında "Intel CEFDK" yükləyicilərinin mənbə kodları, eləcə də Amerika şirkətinin müxtəlif platformalar üçün yaratdığı prosessorların proqram təminatının mənbə kodları var.

Korporasiyanın proqram təminatında səhvlərinin axtarışı üçün istifadə etdiyi bir neçə daxili proqramı da sızdırılıb.

Qeyd edək ki, Kottmann sızdırılmış arxivi araşdırıb və orada şifrə ilə qorunan zip arxivlər tapıb. O, arxivlərin "Intel123" və ya "intel123" şifrələri ilə açıldığını müəyyən edib. Lakin bu şifrə bütün arxivləri açmır.

Kottmann müəyyən edib ki, "Intel"də məlumatları qorumaq üçün məhz bu cür şifrələrdən istifadə edilir.

"ZDNet" nəşrinin mütəxəssisləri sızıntını təhlil ediblər və orada həqiqətən də "Intel"in əqli mülkiyyətinə dair məlumatların, sənədlərin və mənbə kodlarının olduğunu təsdiq ediblər. Arxivdəki faylların bir hissəsi bu ilin mayına aiddir.

"Intel" artıq sızıntını araşdırır. Amma çox gec deyil?

91
Əlaqədar
Kibercinayətkarlar "Zoom"-a hücumlar edirlər
Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
İki ölkənin gizli ticarət sənədləri oğurlandı – səsi bir il sonra çıxdı
"İnstagram" parolu və "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər
Böyük hücum! İlon Mask, Bill Qeyts və digər məşhurların "Twitter" hesabları sındırılıb
Robot, arxiv şəkli

Robotlar da yatmalıdır

14
(Yenilənib 00:20 07.08.2020)
Araşdırma müəllifləri yuxunun bu bərpaedici dəyərinin müasir kompüter sistemlərinə də kömək edə biləcəyinə inanırlar

BAKI, 7 avqust — Sputnik. Yuxu təkcə insanlar üçün deyil, robotlar üçün də əhəmiyyətlidir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yuxu orqanizmin yenidən təşkil olunması və yeni biliklərin əldə edilməsi üçün lazımdır. Bu qərara Kaliforniya Universitetinin alimləri gəliblər.

Araşdırma universitetin saytında yer alıb.

Təcrübə zamanı elm adamları yuxu və ayıqlıq kimi beyin vəziyyətlərini təqlid edən modellərdən istifadə ediblər. Müəyyən edilib ki, yuxu orqanizmə özünü bərpa etməyə yardım edir.

"Biz yatdığımız zaman beyin gün ərzində öyrəndiklərimizi təkrar edir. Yuxu xatirələrin toplanmasına yardım edir. Bizim nəticələrimiz göstərir ki, xatirələr dinamikdir, statistikdir. Yuxu hər zaman onları yeniləyir", - deyə universitetin professoru, araşdırmanın müəlliflərindən biri Maksim Bajenov deyib. O qeyd edib ki, yuxu zamanı köhnə və yeni xatirələr canlanır. Bu, xatırlamaq bacarığını yüksəldir.

Araşdırma müəllifləri yuxunun bu bərpaedici dəyərinin müasir kompüter sistemlərinə də kömək edə biləcəyinə inanırlar.

Onların fikrincə, süni intellektin davamlı öyrənmə qabiliyyəti olmadığı üçün robotlar yeni məlumat aldıqları zaman köhnə biliklərini unudacaqlar.

14
Əlaqədar
Koronavirusu məhv edən robot yaratdılar
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb
İnsan günahını təyin edəcək texnologiya: istəsə ölüm hökmü verər, istəsə azad edər
Tullantıdan robotexnikaya - Kolumbiyalını Azərbaycana gətirən səbəb
Azərbaycanlı kiberpank yaradıb və orada Bakının gələcəyini nümayiş etdirib
Şuşa, arxiv şəkli

Qarabağın adıyla halal pul qazanmaq olar - gərək başı da, ürəyi işlədəsən

0
(Yenilənib 10:55 12.08.2020)
Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.

BAKI, 12 avqust — Sputnik. Qarabağ həqiqətlərinin beynəlxalq arenada səslənməsində kinematoqrafın oynaya biləcəyi müsbət rolu nəzərə alaraq, o cümlədən kinematoqrafiyamızda Qarabağ müharibəsinin yaşatdığı insan faciələrinin tam dolğunluğu ilə, realistik əksinin vacibliyini qeyd edərək, Azərbaycan Kinematoqrafçılar İttifaqı "Qarabağ. İnsan. Qələbə" tammetrajlı bədii film ssenarisi müsabiqəsi elan edir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, müsabiqənin şərtləri belədir:

- Müsabiqəyə təqdim edilən ssenarinin janrından asılı olmayaraq, Qarabağ müharibəsinin insan taleyi, onun draması və faciəsi prizmasından ifadəsi, həm yerli, həm də xarici tamaşaçıya maraqlı olması arzuolunandır.

- Müsabiqədə iştirak üçün tammetrajlı bədii filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Ssenari 22 noyabr 2020-ci il tarixinə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir. Ünvan: Bakı şəhəri, Həsən Seyidbyli 18.

- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.

- Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

- Baş mükafat 5000 AZN.

- Həvəsləndirici mükafat (2 ssenari) 2500 AZN.

Qalib ssenari istehsalı məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə təqdim ediləcəkdir.

Əlavə məlumat üçün əlaqə: (012)5059533, mail: info@aki.az

0
Əlaqədar
Qarabağlılar Kann Festivalının təşkilatçılarına etiraz edirlər
Amerikada Azərbaycan həqiqətləri: Qarabağa aid film mükafat aldı - VİDEO
Qarabağın qapısını açmaq istəyənlərin "Açar"ı: hər azərbaycanlının qəlbi sızlayacaq
Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
Onun ürəyi Qarabağın "Fəryad"ına dözmədi