Linkedin və Microsoftun loqotipləri

"Microsoft" şirkəti məşhur sosial şəbəkəni aldı

28
(Yenilənib 19:11 14.06.2016)
Ceff Vayner şirkətin baş direktoru vəzifəsində qalacaq və görülən iş barədə "Microsoft" rəhbərinə hesabat verəcək.

BAKI, 14 iyun-Sputnik. "Microsoft" şirkəti "Linkedln" sosial şəbəkəsini satın aldığını elan edib.

Şirkət bəyan edib ki, sözügedən sosial şəbəkənin brendini, korporativ mədəniyyətini və müstəqilliyini qoruyub saxlayacaq.

Ceff Vayner şirkətin baş direktoru vəzifəsində qalacaq və görülən iş barədə "Microsoft" rəhbərinə hesabat verəcək.

Razılaşmaya görə, sövdələşmə bu ilin sonunda tamamlanmalıdır.

"Microsoft" "Linkedln"in hər bir səhminə 196 dollar ödəyəcək.

Alış haqqında elanının fonunda "Linkedln"in bir səhminin qiymətinin 48 faiz artdığı bildirilir. "Microsoft"un səhmi isə dəyərdən 3 faiz enib.

Şirkətin məlumatına görə, "Linkedln"inin hazırda 433 milyon istifadəçisi var.

28
Teqlər:
Jeff Liner, Ceff Vayner, Linkedln, Microsoft, sosial şəbəkə
Əlaqədar
​“Google”un baş direktoru: “Smartfon erası sona yaxınlaşır”
Dünyanın ən varlılarının adları açıqlandı
Dünya bu vadidən idarə olunur
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp Çin şirkətindən “dolya” istəyir

9
(Yenilənib 02:36 04.08.2020)
Prezident vurğulayıb ki, sosial şəbəkəni məhz “böyük, təhlükəsiz və olduqca amerikan şirkəti” almalıdır və Microsoft bu şərtlərə tam cavab verir

BAKI, 4 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun dövləti Çinin TikTok sosial şəbəkəsinin satışına görə ByteDance şirkətindən pay almalıdır, çünki bu razılaşmanın gerçəkləşməsini məhz o mümkün edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Mediate yazıb.

“Payın böyük hissəsi Birləşmiş Ştatların Xəzinəsinə daxil olmalıdır, çünki biz bu razılaşmanın ümumiyyətlə baş tutmasına imkan yaradırıq”, - Tramp deyib.

O qeyd edib ki, tətbiqin qismən deyil, tamamən satın alınmasında təkid edir. Trampın fikrincə, əks halda Çinin amerikan vətəndaşlarını izləmək imkanı qalacaq.

Prezident vurğulayıb ki, sosial şəbəkəni məhz “böyük, təhlükəsiz və olduqca amerikan şirkəti” almalıdır və Microsoft bu şərtlərə tam cavab verir.

Bundan öncə Dövlət katibi Mayk Pompeo bildirmişdi ki, ABŞ Çinin TikTok və  WeChat sosial şəbəkələrini onların istifadəçilərin şəxsi məlumatlarını ÇXR-ə ötürməsi şübhəsinə görə qadağan edilməsi məsələsini gözdən keçirir.

Sonra Prezident Donald Tramp da hökumətin bu tətbiqləri ÇXR rəhbərliyindən qaynaqlanan milli təhlükəsizliyə təhdid səbəbindən qadağan etmək niyyətini təsdiqləmişdi.

Microsoft şirkəti isə öz növbəsində TikTok-un pay sahibi olmaq niyyətini açıqlayıb.

 

9
Avtomobil tıxacı, arxiv şəkli

Bakı tıxaclarına necə dərman olardı yeniliyi məmurlara təqdim elədilər - VİDEO

41
Mütəxəssislərin fikrincə, sosial məsafənin qorunması tələb olunan bir zamanda uçan taksinin adi taksilərdən üstünlüyü şübhəsizdir

BAKI, 3 avqust — Sputnik. Airbus ötən həftə ilk dəfə CityAirbus (uçan taksi) kimi tanınan eVTOL təyyarəsini Bavariyada dövlət işçiləri və jurnalistlərə təqdim edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Travel and Leisure yazıb.

“Uçan taksi” dörd sərnişini  100 km məsafəyə 120 km/saat sürətlə daşıya bilir. eVTOL məsafədən idarə olunur və elektrik enerjisi ilə işləyir.

​Onun yaradıcıları ümid edirlər ki, gələcəkdə böyük şəhərlərdə tıxaclardan qurtulmaqda bu taksilərin rolu böyük olacaq. Hər nəqliyyat vasitəsinin dörd propelleri var. Uçan taksiyə sürücü gərək deyil. Mütəxəssislərin fikrincə, sosial məsafənin qorunması tələb olunan bir zamanda uçan taksinin adi taksilərdən üstünlüyü şübhəsizdir. Əlavə olaraq, uçan taksi, demək olar ki, səssizdir.

Uçan taksini ilk dəfə elə Almaniyada, ötən ilin dekabrında test ediblər. Onun nə vaxt kütəvi istifadəyə veriləcəyi isə hələ bilinmir.

 

41
Azərbaycan Respublikası Milli Məclisinin binası

Milli Məclis toplanır - Büdcəyə dəyişiklik ediləcək

0
(Yenilənib 10:29 05.08.2020)
Parlamentin növbədənkənar sessiyasında 6 məsələyə baxılacaq, bunların sırasında büdcə, işsizlik və məşğulluq da var

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Bu gün Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, saat 11-ə planlaşdırılan iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

2. "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3. "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

0