Smartfon

​“Google”un baş direktoru: “Smartfon erası sona yaxınlaşır”

58
Şirkət hazırda müxtəlif növ süni intellekt üstünlüklərini özündə birləşdirən layihə üzərində işləyir.

BAKI, 25 apr — Sputnik. “Smartfon erası sona yaxınlaşır. Yaxın vaxtlarda ən tanınmış gadcetlər öz yerini süni intelektə verəcək”. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu “Google”un baş direktoru Sundar Piçai deyib.

Onun sözlərinə görə, artıq yeni dövrdə prioritetlərin dəyişməsi baş verir: “Mobilliyin birinci yerdə durduğu dünyada məhz smartfonlar və planşetlər ilkin tələbat əşyaları hesab edilir. Lakin tezliklə bu vəziyyət dəyişəcək. Elektron qurğular istifadədən çıxarılmasalar da, onlardan artıq başqa cür istifadə ediləcək. “Google” süni intellektin hazırlanması istiqamətində artıq bir çox işlər həyata keçirib”.

“Eyni zamanda, intellekt assistenti hansı qurğudan istifadə etməyinizdən asılı olmayaraq, sizi izləmək imkanına malik olacaq. Bu yanaşma "Microsoft" sisteminin öz proqram əlavəsi olan “Cortana”dan faydalanmaq prosesinə çox bənzəyir. Məhz “Google” texnologiyalar bazarında bu yenilik inqilabına imza atacaq, çünki bu şirkət axtarış sistemi barədə digər firmalardan daha çox məlumata malikdir”, — deyə baş direktor bildirib.

Qeyd edək ki, “Google” hazırda müxtəlif növ süni intellekt üstünlüklərini özündə birləşdirən layihə üzərində işləyir. 

58
İnternetsiz telefon, arxiv şəkli

Azərbaycanda internetin verilməsində məhdudiyyətlər tətbiq olunur

1826
(Yenilənib 10:39 27.09.2020)
"Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik" - NRYTN

BAKI, 27 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

"Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik" deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, səhər saatlarından etibarən Azərbaycan ərazisində sosial şəbəkələrin işində problem yaranıb.

1826
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənistan cəbhə boyu təxribat törədib, ölənlər və yaralananlar var
Prezidentin köməkçisi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb
MN: Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələri susdurulur
Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
Ermənistan ordusunun mərmi atəşi nəticəsində Ağdamda mülki şəxs yaralanıb
Google şirkətinin loqosu, arxiv şəkli

Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar

45
(Yenilənib 17:27 13.09.2020)
Bundan öncə Google və Apple yeni tip koronavirusa yoluxan şəxslərin kontaktlarının izlənməsi texnologiyasını işləyib hazırlayıblar

BAKI, 13 sentyabr — Sputnik. Alimlər Google axtarış sisteminin köməyilə koronavirus ocağını o hələ alovlanmağa başlamamışdan tapmağın üsulunu öyrəniblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Massachusets General Hospital saytında yer alan tədqiqatda deyilir.

Alimlər müşahidə ediblər ki, “dadbilmənin itməsi”, “iştahsızlıq”, “diareya” sözləri ilə Google-da verilən axtarışlar COVID-19-a yoluxmanın yüksək olduğu 5 ştatdan (Nyu-York, Nyu-Cersi, Kaliforniya, Massaçusets, İllinoys) verilən “koronavirus” sözü ilə axtarışlarla üst-üstə düşür. Üstəlik, bu korrelyasiya göstərilən mövzulara maraqla yoluxma sayının artması arasındakı 3-4 həftədə daha çox müşahidə olunub.

“Bizim məlumatlarımız mədə-bağırsaq əlamətlərinin COVID-19-a yoluxmanın potensial “xəbərçiləri” olduğunu təsdiqləyir və pandemiyaların öncədən proqnozlaşdırılmasında Google Trends-in qiymətli alət olduğunu göstərir”, - məqalədə deyilir.

Bundan öncə Google və Apple yeni tip koronavirusa yoluxan şəxslərin kontaktlarının izlənməsi texnologiyasını işləyib hazırlayıblar. Şirkətlər tibb işçilərinə kömək etmək üçün səylərini birləşdiriblər.

 

45
Teqlər:
ocaq, tədqiqat, ABŞ, söz, açar, Koronavirus, epidemiya, COVID-19, sistem, axtarış, Google
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Alman virusoloq: “Həyatın dayanmasına imkan vermək olmaz”
Qubernatorla alimin davası - PZR testini yanıltmaq mümkündür?
Koronavirusu ilk araşdıran alimlərdən bədbin şərh: "Çox vaxtımız yoxdur, gecikmişik"
Şahzadə koronavirusa yoluxma təhlükəsi ilə karantinə alınıb
Yeddi ay müqavimət göstərdilər, sonra üç günə hər şey məhv oldu

İlham Əliyev: "Bu dəfə biz onlara növbəti dərs verəcəyik"

0
Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub

BAKI, 29 sentyabr — Sputnik. "Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi. Mən Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu, baş verdi".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən bildirib.

Azərbaycan Prezidenti bildirib: "Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi. Mən Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu, baş verdi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır. Bu ana kimi Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək".

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Çavuşoğlu: "Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik"
Müdafiə Nazirliyi: "Madagizdəki erməni əsgərlər döyüşə girməkdən imtina edirlər"
XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam riayət edir
Hikmət Hacıyev dünyanın aparıcı KİV-lərini Qarabağ döyüşləri barədə məlumatlandırdı
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub