Dünyada USB texnologiyası ilə enerji toplayan ilk sərt disk hazırlanıb

Dünyada "USB" texnologiyası ilə enerji toplayan ilk sərt disk hazırlanıb

22
(Yenilənib 23:19 01.04.2016)
"Seagate Technology" şirkəti 8 TB tutumunda masaüstü "Seagate Innov8" diskinin buraxılışını elan edib.

BAKI, 1 aprel-Sputnik. "Seagate Technology" şirkəti 8 TB tutumunda masaüstü "Seagate Innov8" diskinin buraxılışını elan edib.

İstehsalçının məlumatına görə, bu, dünyada "USB" texnologiyası ilə enerji toplayan ilk sərt diskdir.

Sputnik Azərtac-a istinadla xəbər verir ki, sərt disk "USB Type-C" simmetrik portu ilə təchiz edilib və alüminium korpusda təqdim olunub. Ağırlığı 1.5 kiloqram olan sərt diskin ölçüsü 208×123.6× 36 millimetrdir. "Seagate Dashboard" proqram təminatı informasiyanın ehtiyat köçürülməsinə cavabdehdir.

Sərt disk apreldən satışa çıxarılacaq və dəyəri 349 ABŞ dolları təşkil edəcək.

22
Teqlər:
USB, Seagate Dashboard, USB Type-C, Seagate Innov8, Seagate Technology
Qadın telefonla maşında, arxiv şəkli

Telefon nömrələrinizi vacib hesablardan ayırın, səbəb ciddidir

43
(Yenilənib 22:35 21.11.2020)
Məsələn, bank tətbiqetmələri saytlarda, xüsusən də digər şəxsi məlumatlarla birlikdə buraxdığınız ümumi nömrəyə bağlanmamalıdır. Spam poçt və onlayn alış-verişlər üçün virtual nömrədən istifadə edin.

BAKI, 21 noyabr — Sputnik. İstənilən telefon nömrəsini internet vasitəsilə tapmaq mümkündür. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Rusiya Rəqəmsal Ekspertiza Mərkəzinin rəhbəri Anton Kukanovun sözlərinə görə, sosial şəbəkə istifadəçiləri özləri haqqında çox sayda fərdi məlumatlar paylaşırlar.

"Messenger, eləcə də sosial şəbəkələrdəki səhifələr bir istifadəçi haqqında məlumat tapmağa yardım edə bilər. Bu, telefon nömrəsi ilə edilən axtarış sayəsində mümkündür. Bu funksiyanı ləğv etsəniz də, mesajlaşma və sosial şəbəkələrdə eyni avatardan istifadə edirsinizsə, axtarış sistemində elementar şəkil axtarışı zamanı belə, şəbəkə təcavüzkarları ümumi bir səhifəyə aparacaq", - deyə o, bildirib.

Ekspert əlavə edib ki, sosial şəbəkələrdə məlumatlarınız hər kəsə açıqdırsa, hər kəs şəxsi məlumatlarınızı, yaşayış yerinizə, işlədiyiniz və ya təhsil aldığınız yerə, dostlarınızın kim olduğuna, nə ilə maraqlandığınıza və hətta gündəlik səyahətlərinizin marşrutuna qədər öyrənə bilər. Onun sözlərinə görə, bu dələduzlar tərəfindən qeyri-adi məqsədlər üçün istifadə edilə bilər.

Bu səbəbdən də, dələduzlara imkan yaratmamaq üçün vacib olan və olmayan hesablardan mobil nömrələrinizi ayırın.

Məsələn, bank tətbiqetmələri saytlarda, xüsusən də digər şəxsi məlumatlarla birlikdə buraxdığınız ümumi nömrəyə bağlanmamalıdır. Spam poçt və onlayn alış-verişlər üçün virtual nömrədən istifadə edin.

"Fotoşəklinizi və ani mesajlaşmalardakı şəxsi məlumatlarınızı ümumi baxışdan yığışdırın. Hətta yaxşı olardı ki, hesabınızı telefon nömrəsi ilə sosial şəbəkələrdə axtarma funksiyasını bağlayasınız. Həmişə iki faktorlu identifikasiya və mürəkkəb parollardan istifadə etməlisiniz", - deyə Kukanov bildirib.

43
Teqlər:
elektron poçt, e-poçt, spam, messenger, Rusiya
Co Bayden, arxiv şəkli

"Twitter" prezident hesabını Co Bayden üçün hazırlayır

11
"Twitter, 20 yanvar 2021-ci ildə Ağ Evin idarə hesablarının köçürülməsini dəstəkləməyə fəal hazırlaşır " - deyə Pasilio vurğulayıb.

BAKI, 21 noyabr — Sputnik. Twitter rəsmi prezident hesabını Co Baydenə təhvil verməyə hazırlaşır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sosial şəbəkənin sözçüsü Nik Pasilio bildirib ki, şəbəkə ABŞ prezidenti Co Baydenin andiçməsindən sonra rəsmi hesab üzərində nəzarəti ona təhvil verəcək.

Pasilionun sözlərinə görə, Donald Tramp öz məğlubiyyətini etiraf etməsə belə bu baş verəcək.

"Twitter, 20 yanvar 2021-ci ildə Ağ Evin idarə hesablarının köçürülməsini dəstəkləməyə fəal hazırlaşır " - deyə Pasilio vurğulayıb.

O dəyişikliklərin Amerika Birləşmiş Ştatları administarsiyasının onlarla digər rəsmi hesablarına da təsir edəcəyini deyib.

11
Teqlər:
Twitter, Donald Tramp, Co Bayden
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

14
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

14
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması