CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

«Facebook» bu şəbəkə ilə bacara bilmir

© Flickr / Master OSM 2011While sending a web link over Facebook Chat, a group of app developers noticed a curious amount of activity.
While sending a web link over Facebook Chat, a group of app developers noticed a curious amount of activity. - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq bir neçə ildir ki, Mark Zukerberq və komandası müxtəlif üsullarla bu şəbəkənin populyarlığını üstələmək istəsələr də hələlik buna nail ola bilməyiblər.

BAKI, 16 mar — Sputnik. Fins.az-ın məlumatına görə, «Facebook» şəbəkəsi gözlənilməz rəqiblə üzləşib. Söhbət «Snapchat»dan gedir. Artıq bir neçə ildir ki, Mark Zukerberq və komandası müxtəlif üsullarla bu şəbəkənin populyarlığını üstələmək istəsələr də hələlik buna nail ola bilməyiblər. Əksinə, FB-çilərin yaratdıbı rəqib layihələr özünü doğrulda bilməyərək bir-birinin ardınca bağlanır.

Ötən həftənin əvvəlində «Facebook» şəbəkəsinin belarusların «MSQRD» tətbiqini alması məlum oldu. «MSQRD» animasiyon filtrlər vasitəsilə foto çəkmək tətbiqidir, ən maraqlı funksiyası da iki nəfərin sifətlərini dəyişməkdir. Mütəxəssislər «Facebook»un bu addımını «Snapchat»la mübarizədə növbəti cəhd sayırlar.

Belə ki, «Facebook» artıq neçənci dəfədir ki, meqapopulyar mesajlaşma proqramı olan «Spanchat»la «qaçdı-tutdu» oynayır. İndiyədək edilən cəhdlər bir nəticə verməyib və indi İKT bazarı budəfəki  addımın nəticəsini gözləyir. 

«Snapchat» messenceri milyonların ürəklərini 2011-ci ilin sonundan etibarən fəth etməyə başlayıb. Onun əsas xüsusiyyəti ötürülən məlumatların sonradan silinməsidir. Məsələn, istifadəçi digərinə mətn, şəkil  və ya video göndərdikdə, həmin məlumatın nə qədər vaxt görünməsini özü seçir. Vaxt başa çatdıqdan sonra məlumat qəbul edən tərəfin telefonundan silinir. İlk baxışdan qəribə görünən bu funksiya istifadəçilərin diqqətini dərhal cəlb etdi. Və «Snapchat» sürətlə populyarlaşmağa başladı.

Elə həmin vaxtdan «Facebook» bu tətbiqi yamsılamağa başlayıb, amma hər dəfə də uğursuzluqla üzləşib. 2012-ci ildə şirkət «Snapchat»a oxşar «Poke» tətbiqini buraxdı, bu tətbiq vasitəsilə istifadəçilərin göndərdikləri foto və videolar bir neçə vaxt sonra yox çıxır. Amma yenilik yerini tuta bilmədi — şirkət bu layihəni bir il yarımdan sonra dayandırdı.

2014-cü ildə «Facebook» rəqəbinə qarşı daha bir addım atdı – adı ona çox  oxşayan «Slingshot» tətbiqi buraxıldı. Şaiyələrə əsasən, layihəyə Mark Zukerberq şəxsən rəhbərlik edirdi. Bu tətbiq də uğurlu alınmadı və həmin ilin dekabrında layihə dayandırıldı. Bundan sonra «Facebook» iki dəfə «Snapchat»ı hətta pula almaq istəyib. Lakin «Snapchat»in icraçı direktoru Evan Şpigel hər dəfə imtina edib.

Zukerberqin şirkətində deyirlər ki, o, «MSQRD»ni müstəqil tətbiq kimi saxlamağı, paralel olaraq, öz məhsullarına «Snapchat» effektlərinə oxşar effektlər əlavə etməyi planlaşdırır. Bu planların nə vaxt və necə reallaşacağı məlum deyil, lakin çox güman ki, «MSQRD»nin əsas xüsusiyyətlərindən «Facebook»un video məhsulunda istifadə olunacaq.

Bu gün «Snapchat»da videolara gündəlik baxış sayı «Facebook» videolarının baxışları ilə təqribən eynidir, baxmayaraq ki, «Snapchat»ın istifadəçilərinin sayı «Facebook»dan xeyli azdır. Üstəlik, «Snapchat»da videoya baxmaq üçün xüsusi düyməyə basmaq lazımdır, halbuki, «Facebook»da bu avtomatik baş verir.

Hazırda «Snapchat» gündəlik 8 milyard video baxış sayı ilə öyünə bilər. Qeyd edək ki, bu baxışlar ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə daha çoxdur. Ötən ildən bu yana  «Facebook»un video baxışlarında da böyük artım olub. Və yalnız son vaxtlar sosial şəbəkə özünün canlı video yayım xidməti olan «Facebook Live»ə  daha çox diqqət ayırmağa başlayıb. «Snapchat»in analitikası üzrə ixtisaslaşan «Delmondo» şirkətinin icraçı direktoru Nik Siseronun sözlərinə görə, yanvar ayında «Facebook» nümayəndələri «Snapchat»ın ən məşhur istifadəçiləri və auditoriyasına dair məlumat almaq üçün onlara müraciət ediblər. Lakin şirkətlər iş əlaqələrinə girməyiblər. Deyilənə görə «Facebook» həmçinin «Snapchat»dan istifadə edən məşhurlara müraciət edərək, onları «Facebook Live»dən istifadəyə cəlb etmək istəyib. Baxmayaraq ki, «Snapchat» özünün «Discover» və «Live» məhsullarının monetizasiyasının ilkin mərhələsindədir, o, potensial reklamçılara daha cəlbedici gəlir.

«Snapchat» artıq «Facebook»un reklam müdirlərindən biri olan, «Audience Network» şirkətinin həmtəsisçisi Şriram Krişnanı cəlb edə bilib. «Audience Network» «Facebook»a aid olmamaqla bərabər, onun tətbiqlərinə və mobil saytlarına reklam yerləşdirməklə məşğuldur. «Facebook»un «Snapchat»a keçən digər iki məşhur meneceri burada çox qala bilmədilər. Bunlar «HR Cape»in rəhbəri Sperlinq və həmin şirkətin marketinq üzrə vitse-prezidenti Mayk Rendelldir. Lakin «LinkedIn» axtarışları göstərir ki, «Facebook»dan «Snapchat»a keçən azı 20 nəfər hələ də orada işləyir. «Facebook»un siravi işçilərindən birinin «Business Insider»ə söylədiklərinə əsasən, «Snapchat» hazırda «Facebook»a əvvəlki vaxtlarla müqayisədə daha real təhlükə kimi görünür. 

Xəbər lenti
0