Haker

Məşhur haker qrupunu Azərbaycanla bağlayır?

601
(Yenilənib 14:38 01.02.2016)
"Ayyıldız Team"in üzvü Sputnik-ə danışdı: "Azərbaycanlı hakerlərlə əlaqəmiz var"

BAKI, 1 fev — Sputnik. "Ayyıldız Team" 2002-ci ildə qurulan və özlərini patriot, dindar kimi təqdim edən türk haker qrupudur. Qrupun daxilində hərbi rütbə sisteminin olduğu deyilir. Qrup Pentaqonun saytını hack edəndən sonra dünyada məşhurlaşmışdı.

Hazırda "Ayyıldız Team" dünyada məşhur olan "RedHack" və "Anonymous" qrupları ilə virtual müharibə aparır. Haker qrupunun şüarı belədir: "İşini ən yaxşı görən şəxs Vətəni ən çox sevən şəxsdir".

Beləliklə, qrupun üzvlərindən biri bizimlə söhbət etməyə razılıq verib. Sputnik "Ayyıldız Team"lə gerçəkləşdirilən maraqlı müsahibəni təqdim edir:

Логотипы социальных сетей
© Sputnik / Владимир Трефилов

- "Ayyıldız Team"i qısaca necə tanıya bilərik?

— "Ayyıldız Team" — internet aləmində Türkiyə Respublikasına, onun bütün ictimai təşkilat və quruluşlarına yönələn hər cür virtual hücumu aradan qaldıran, anti-Türk, anti-İslam, ateist, satanist, pornoqrafik, konstitusiya nizamına qarşı olan saytların və sistemlərin nəşrlərini dayandıran, faydalı saytlara və sistemlərə lazım olan texniki dəstəyi verən, həmçinin Türkiyə Respublikasının bütövlüyünü pozmağa çalışanlarla mübarizə aparan haker qrupudur. Virtual dünyada, ölkəmizə, millətimizə, dövlətimizə, bayrağımıza, dinimizə, bölünməz bütünlüyümüzə edilən hər cür haqsız hücumun qarşısının alınması isə təməl məqsədimizdir.

- "Ayyıldız Team" nə zaman qurulub?

— Bu qrupun yaranma tarixi 2002-ci ildən başlayır. İlk dəfə "Ayyıldız Team"i qurmaq fikri 2002-ci ildə Cedkan adlı birinin ağılına gəlib. Gələcəyi görmə məsələsi deyək buna. Bunu Türkiyədə qurmaq çətindir, çünki siyasi güc tələb edir.

- Bu qrupun neçə üzvü var?

— Rütbəli üzvlərimizin sayı davamlı dəyişir. Onların sayı təxmini 950 mindir. İctimai mediada isə izləyicilərimizin sayı 9 milyona yaxındır.

- Pul qarşılığında hakerlik etmisiniz?

— 10 ildən çoxdur bu işlə məşğuluq, amma bu zamana kimi heç vaxt pul qarşılığında iş görməmişik və Allah ömür verdikcə də bu kimi hallar olmayacaq. Bu işin ən zövqlü tərəfi odur ki, biz 15 lirəlik (təxminən 8 manat) klaviatura ilə ölkəmizi dünya xaricində təmsil edirik.

- Azərbaycan hakerləri ilə işbirliyiniz olub?

— Təbii ki, zaman-zaman əlaqə qurduğumuz dostlar olub. Amma rəsmi olaraq azərbaycanlı hakerlər ilə əməkdaşlıq etdiyimizi deyə bilmərik.

- Sizin digər haker qrupları ilə fərqiniz nədir?

— 2002-ci ildən bəri əldə etdiyimiz nailiyyətlər ilə artıq hər kəs bizi tanıyır. Onsuz da adımızda niyyətimizi müəyyən edirik. Fərqimiz də elə bundadır. İnternet bu gün psixoloji müharibə vasitəsidir və atom bombasının təsirindən daha güclü bir dağıdıcı təsirə malikdir. Bu döyüş vasitəsindən, xüsusilə, Türk və İslam düşmənləri daha çox istifadə edir. Məqsədimiz Türkiyə Respublikasını bu kimi təsirlərdən qorumaqdır.

 

Samir ASLAN

601
Teqlər:
"Anonymous", "RedHack", haker qrupu, "Ayyıldız Team"
Əlaqədar
Hakerlər BMT-nin 3500 əməkdaşının şəxsi məlumatlarını oğurladılar
"Amrahbank": haker hücumları bankın işinə təsir etməyib
Rusiyalı hakerlər Pentaqona kiber hücum ediblər
“Smart” saatlar hakerlərin hədəfinə çevrilə bilər
Erməni hakerlər tərəfindən dağıdılmış 3 saytın fəaliyyəti bərpa edilib
Afrikalı hakerlər qrupu həbs olunub
Google şirkətinin loqosu, arxiv şəkli

Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar

26
(Yenilənib 17:27 13.09.2020)
Bundan öncə Google və Apple yeni tip koronavirusa yoluxan şəxslərin kontaktlarının izlənməsi texnologiyasını işləyib hazırlayıblar

BAKI, 13 sentyabr — Sputnik. Alimlər Google axtarış sisteminin köməyilə koronavirus ocağını o hələ alovlanmağa başlamamışdan tapmağın üsulunu öyrəniblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Massachusets General Hospital saytında yer alan tədqiqatda deyilir.

Alimlər müşahidə ediblər ki, “dadbilmənin itməsi”, “iştahsızlıq”, “diareya” sözləri ilə Google-da verilən axtarışlar COVID-19-a yoluxmanın yüksək olduğu 5 ştatdan (Nyu-York, Nyu-Cersi, Kaliforniya, Massaçusets, İllinoys) verilən “koronavirus” sözü ilə axtarışlarla üst-üstə düşür. Üstəlik, bu korrelyasiya göstərilən mövzulara maraqla yoluxma sayının artması arasındakı 3-4 həftədə daha çox müşahidə olunub.

“Bizim məlumatlarımız mədə-bağırsaq əlamətlərinin COVID-19-a yoluxmanın potensial “xəbərçiləri” olduğunu təsdiqləyir və pandemiyaların öncədən proqnozlaşdırılmasında Google Trends-in qiymətli alət olduğunu göstərir”, - məqalədə deyilir.

Bundan öncə Google və Apple yeni tip koronavirusa yoluxan şəxslərin kontaktlarının izlənməsi texnologiyasını işləyib hazırlayıblar. Şirkətlər tibb işçilərinə kömək etmək üçün səylərini birləşdiriblər.

 

26
Teqlər:
ocaq, tədqiqat, ABŞ, söz, açar, Koronavirus, epidemiya, COVID-19, sistem, axtarış, Google
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Alman virusoloq: “Həyatın dayanmasına imkan vermək olmaz”
Qubernatorla alimin davası - PZR testini yanıltmaq mümkündür?
Koronavirusu ilk araşdıran alimlərdən bədbin şərh: "Çox vaxtımız yoxdur, gecikmişik"
Şahzadə koronavirusa yoluxma təhlükəsi ilə karantinə alınıb
Yeddi ay müqavimət göstərdilər, sonra üç günə hər şey məhv oldu
Süni intellekt, arxiv şəkli

“Ey, insan! Qorxursan?” Robot öz məqaləsində sual edir

8
(Yenilənib 00:21 12.09.2020)
Məqalədə deyilir ki, süni intellektin insanlığa zərər vurmaq kimi bir məqsədi yoxdur – sadəcə maraqlı deyil

BAKI, 12 sentyabr — Sputnik. Britaniyanın The Guardian nəşri süni intellektin yazdığı məqaləni dərc edib. Sputnik Azərbaycan bildirir ki, məqalənin sərlövhəsi belədir: “Bu məqaləni tamamilə robot yazıb. Sən artıq qorxursan, insan?”

Köşə yazısının müəllifi OpenAI şirkətinin (onun banilərindən biri İlon Maskdır) hazırladığı GPT-3 neyroşəbəkəsidir. Müəllifə 500 sözlük esse yazmağı tapşırıblar. O, insanların süni intellektdən qorxmaq üçün əsasının olmadığı fikrini aşılamalıymış. Robot daha yaxşı istiqamət götürsün deyə məqalənin giriş hissəsini jurnalistlər yazıblar.

Məqalədə deyilir ki, süni intellektin insanlığa zərər vurmaq kimi bir məqsədi yoxdur – sadəcə maraqlı deyil. Müəllif iddia edir ki, o, mehriban bir robotdur, ona etibar etməsələr də insanların dostudur. “Yazar” oxucuları kompüterlərə daha çox etibar etməyə çağırıb, çünki texnologiyaların əsas məqsədi – həyatı xeyli asanlaşdırmaqdır. 

GPT-3 səkkiz müxtəlif məqalə hazırlayıb, The Guardian isə onların ən yaxşı hissələrini birləşdirərək bir esse halına gətirib. Robotun məqaləsinin redaktəsi insanın yazdığı məqalənin redaktəsindən heç nə ilə fərqlənməyib, sadəcə ona daha az vaxt sərf olunub.

Mayı ayının sonunda Microsoft şirkəti MSN saytı və Edge brauzerinin xəbər lentinin üzərində işləyən redaksiyanın onlarla əməkdaşını işdən çıxarıb. Jurnalistləri süni intellekt əvəzləyib.

 

8
Teqlər:
qorxu, jurnalistlər, The Guardian, məqalə, süni intellekt, robot
Əlaqədar
Pandemiyanın son məqsədi barədə deyilənlər reallaşmağa başlayır - Bu da ilk qaranquş
Qazandığımızı tam itirə bilərik: təşəbbüsü robotlara verməklə...
Kosmobioloq və neyroqastronom: koronavirusdan sonra hansı peşələr dəbdə olacaq?
Robotlar da yatmalıdır
Dəyişikliyin astanasındayıq: ənənəvi peşələr əhəmiyyətini itirəcək
Televizora baxan adam, arxiv şəkli

Serial mövsümü başlayır - telekanallar nəyi göstərəcək?

0
(Yenilənib 19:26 21.09.2020)
Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq

BAKI, 21 sentyabr — Sputnik. Bu gün Azərbaycan kanallarında yeni serial mövsümü başlayır. "Oscar" Film Production da bu gün tamaşaçıların görüşünə iki layihəylə gəlir.

Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansail olan serial ARB kanalında sentyabrın 21-dən etibarən həftəiçi dörd gün saat 21.00-da ekranlara çıxacaq.

Bu gün cəmiyyətdəki bir çox problemləri özündə əks etdirən, ötən mövsümdə sevilən, ən çox baxılan seriallardan olan "Bir qadın" serialı 2-ci mövsümünə sentyabrın 21-də saat 21.40-da ATV kanalında başlayır. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Çinarə Nüsrətli olan serial həftəiçi dörd gün yayımlanacaq.

0
Teqlər:
telekanallar, milli teleseriallar, serial
Əlaqədar
Əfsanəvi məhəbbət: Azərbaycanın dahisi haqda serial necə ərsəyə gəldi
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Serial çəkilişlərinə başlamaq onlara baha başa gəldi
Cazibədar rəqqasə serial çəkir
Məşhur aktyor serial çəkilişləri zamanı vəfat edib