CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Acer" kompüterləri Azərbaycanda istehsal olunacaq

© arxivAcer
Acer - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı il ərzində Azərbaycanda Tayvanın "Acer" şirkətinin brendi ilə təqribən 5 min kompüter istehsal ediləcək.

BAKI, 7 dek-Sputnik. 2016-cı il ərzində Azərbaycanda Tayvanın "Acer" şirkətinin brendi ilə təqribən 5 min kompüter istehsal ediləcək. 

Sputnik xəbər verir ki, bunu Trend-ə "H-tech" şirkətinin icraçı direktoru Səid Quliyev deyib.

Onun sözlərinə görə, hazırda ölkənin bir sıra dövlət strukturları ilə aparılan danışıqlar uğurla keçsə, istehsalın həcmi 5 dəfə arta bilər.

S.Quliyev qeyd edib ki, "Acer" kompüter texnikasının istehsalına 2016-cı ilin fevralında başlanılacaq: "Mingəçevir texnologiya parkında istehsal ediləcək məhsulun qiyməti rəqabət qabiliyyətli olacaq".

O əlavə edib ki, istehsal edilən texnika əvvəlcə "BestComp" şirkətinin mağazalar şəbkəsində satılacaq, sonra isə distribüter şəbəkəsi genişlənəcək.

Xəbər lenti
0