IP traffic

Azərbaycanda internet-trafik rekord göstəriciyə çatdı

301
(Yenilənib 18:05 08.11.2015)
"Delta Telecom" şirkətinin şəbəkəsi ilə daxil olan internet-trafikin həcmi oktyabrın əvvəli ilə müqayisədə 50 faiz artaraq 180 Gbit/saniyə təşkil edib.

BAKI, 8 noy — Sputnik. 2015-ci ilin noyabrın 4-nə ölkənin ilk provayderi "Delta Telecom" şirkətinin şəbəkəsi ilə daxil olan internet-trafikin həcmi oktyabrın əvvəli ilə müqayisədə 50 faiz artaraq 180 Gbit/saniyə təşkil edib. Sputnik Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin statistik hesabatında deyilir.

Şəbəkənin yüklənmə dinamikası günün vaxtlarından asılı olaraq dəyişilir və ən böyük yüklənmə axşam saatlarına (saat 20:00 — 23:00, 180 Gbit/saniyə) düşür. Gündüz saatlarında bu göstərici 20 Gbit/saniyəyə qədər azalır.

"Delta Telecom"un məlumatına əsasən, oktyabrda xaric olan trafikin həcmi 30 Gbit/saniyə təşkil edib. Bu göstərici sutkanın günorta saatlarında 1 Gbit/saniyəyədək azalır.

"Delta Telecom" şirkətinin trafiki 27 telekommunikasiya operatoru (dövlət və özəl internet-provayderlər, mobil rabitə operatorları və digərləri) arasında bölüşdürülür.

Noyabrın 4-nə olan vəziyyətə görə, son istifadəçiyə çatdırılan internet-trafikin daha böyük həcmi "BakinterNet" dövlət internet-provayderinin (30,9 faiz) payına düşür. İkinci yeri 21,8 faizlik payla "Aztelekom", üçüncü yeri isə 8,1 faizlik payla "Unine" ("Stream" ticarət markası) tuturlar.

Yerdə qalan 39,2 faiz "AlfaNet", "Azintex", "Eurotelecom", "Smart Systems", "AG Telecom", "Azedunet", "Caspel", "QlobalNet", "Ultel", "Avirtel", "AzStarNet", "Castel", "MegaTelecom", "Azerin", "Stellford" ("Connect" ticarət markası), "Nakhchivan", "Azeronline", "Azqtel", "DATAPlus", Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, "AzEuroTel", "Bakcell", "Eurocel" и "TransEuroCom" arasında bölüşdürülüb.

301
Teqlər:
Eurocel, Connect, BakinterNet, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Bakcell, AzEuroTel, Azeronline, Eurotelecom, Avirtel, AG Telecom, Caspel, Delta Telecom, internet traffic, Delta Telecom, Azərbaycan
Kaspersky Lab şirkətinin loqotipi, arxiv şəkli

Kaspersky gələcəyin proqnozunu verir - hücumlar daha dağıdıcı olacaq

26
(Yenilənib 13:36 25.11.2020)
Ehtimallara görə, müxtəlif ölkələrin hökumətləri konkret bir qrupun bu və ya digər bir hücumda iştirakı barədə daha ciddi bəyanatlar verəcəklər.

BAKI, 25 noyabr — Sputnik. "Kaspersky" şirkətinin mütəxəssisləri 2021-ci ildə mürəkkəb kibertəhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnozlarını açıqlayıb.

Sputnik Azərbayan şirkətin məlumatına istinadla xəbər verir ki, APT-qruplar tərəfindən digər təcavüzkarların qurban şəbəkəsinə sızmaq üçün resurs satınalmasını əsas və ən təhlükəli tendensiyalarından biri kimi göstəriblər.

Məsələn, 2020-ci ildə fidyə proqramlarının təcavüzkarların adi, yüksək dərəcədə ixtisaslaşdırılmamış zərərli proqramlardan istifadə edərək sistemdə möhkəmlənməsinə yol açan çox sayda hədəf hücumu qeydə alınıb. Əksər hallarda oğurlanmış hesab məlumatları satan Genesis kimi gizli onlayn mağazalarla onlar arasında əlaqə olduğu bildirilir. Mütəxəssislər təcavüzkarların mürəkkəb hədəf kampaniyaları üçün bu cür sxemlərdən istifadəyə davam edəcəklərinə inanır.

Şəbəkədə daha mürəkkəb kiber təhdidlərin quraşdırılmasının qarşısını almaq üçün təşkilatlara hədəfə alınmış hər bir kompyuterdəki bütün zərərli proqramı hərtərəfli yoxlamaq və cavab tədbirləri görmək tövsiyə olunur.

Əlavə olaraq, mütəxəssislər onların fikrincə gələn il üstünlük təşkil edəcək bir sıra tendensiyaları da qeyd ediblər.

Ehtimallara görə, müxtəlif ölkələrin hökumətləri konkret bir qrupun bu və ya digər bir hücumda iştirakı barədə daha ciddi bəyanatlar verəcəklər. Məxfiliyi aradan qaldırılmış alətlərin istifadəsi daha çətin olduğundan kiber silahlar barədə məlumatların dövlət qurumlarının rəsmi kanalları vasitəsilə açıqlanması kiber casusluq kampaniyaları ilə daha fəal şəkildə mübarizə aparmağa imkan verəcək.

Silikon Vadisi şirkətləri hesab məlumatlarının təhdidlərə açıq olmasına görə 2020-ci ildə məhkəmə iddiası ilə üzləşmiş Whatsappı nümunə götürəcək və sistem boşluğundan istifadə edən eksployt brokerlərini daha tez-tez məhkəməyə verəcəklər.

Həmçinin şəbəkə cihazlarına yönəlmiş hədəf hücumlarının sayı artacaq: qlobal məsafədən işləmə tendensiyası nəticəsində, təcavüzkarlar şəbəkə cihazlarının VPN şlüzləri kimi boşluqlarından istifadə etməyə yönələcək və vişinq (etibarlı mənbədən gəlmiş kimi görünən, əslində saxta olan elektron məktub, zəng, mesaj və s.) kimi sosial mühəndislik metodlarından istifadə edərək istifadəçi məlumatlarını toplayacaqlar.

Bundan əlavə fidiyə təhdidlərinin də artacağı qeyd edilir. Geniş potensial qurban kütləsinə malik təsadüfi, sistemsiz hücumları, təcavüzkar tərəfindən müəyyən bir təşkilatın məlumatlarını şifrələndiyi və ondan böyük məbləğdə fidyə tələb edildiyi hədəf hücumları əvəzləyəcək. Onlar bu cür əməliyyatlar üçün mürəkkəb, bahalı alətlər hazırlayacaqlar.

"Kaspersky" hesab edir ki, hücumlar daha dağıdıcı olacaq. Həyatımız getdikcə texnologiyadan və internet əlaqələrindən asılı olduğuna görə onların səthi də genişlənir.

Şirkəyətin proqnozuna görə, 5G texnologiyasındakı boşluqların istismarı da artacaq. O, nə qədər populyarlaşsa, təcavüzkarlar ondakı boşluqları daha aktiv şəkildə axtaracaqlar.

Bundan əlavə, mürəkkəb kiber kampaniyalar pandemiyadan qazanc götürməyə və onlardan hədəf sistemlərinə sızmaq üçün istifadə etməyə davam edəcək, çünki COVID-19 gələn il də qlobal səviyyədə insanların həyatını təsir edəcək.

"Dünya çox tez dəyişir və sabah nə baş verəcəyindən əmin olmaq mümkün deyil. Şahidi olduğumuz və təhdid mənzərəsinə təsir edən dəyişikliklərin miqdarı və mürəkkəbliyi müxtəlif ssenarilərə səbəb ola bilər. Dünyada bütün mürəkkəb kiber hücumları hərtərəfli qavrayacaq bir mütəxəssis qrupu yoxdur, amma əvvəlki təcrübəmizin də göstərdiyi kimi, bir çox mürəkkəb təhdidləri qabaqcadan görə və nəticədə onlara qarşı daha yaxşı hazırlaşa bilərik. Təcavüzkarların taktikalarını və metodlarını öyrənməyə, öyrəndiklərimizi bölüşməyə və aşkarlanan hədəf hücumlarının nəticələrini qiymətləndirməyə davam edəcəyik", - deyə "Kaspersky"nin Qlobal Təhdid Araşdırmaları və Təhlili Mərkəzi rəhbərinin müavini Sergey Novikov bildirib.

26
Teqlər:
kiberhücum, kiber, Silikon Vadisi, silikon, My Kaspersky, Kasperski Laboratoriyası, Kaspersky Safe Kids
Kompüter ekranında virus, arxiv şəkli

Canlı yayımlara aldanmayın: məşhurlara aludə olub, quru yurdda qala bilərsiniz

25
(Yenilənib 22:19 24.11.2020)
İstifadəçinin hesabından vəsaitlər silinir və fərdi məlumatları digər kiberdələduzluq əməllərinin həyata keçirilməsində istifadə olunur.

BAKI, 24 noyabr — Sputnik. Kiberdələduzlar tərəfindən koronavirusla bağlı həyata keçirilən fişinq hücumları artmaqdadır. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Sputnik Azərbaycan-a verilən məlumata görə, belə ki, növbəti fişinq kampaniyasında məşhur şəxslərin real videolarından istifadə olunaraq onların adından saxta canlı yayımlar edilir. 10 min avrodan çox ianə təklifi ilə istifadəçilər həmin yayımları izləməyə sövq olunurlar. Yayıma daxil olub sadə sualı cavablandıran istifadəçidən növbəti mərhələlərdə fərdi məlumatlarını təqdim edərək qeydiyyatdan keçməsi və kart hesabının məlumatları istənilir. Bu cür məlumatları təqdim edən istifadəçinin hesabından vəsaitlər silinir və fərdi məlumatları digər kiberdələduzluq əməllərinin həyata keçirilməsində istifadə olunur.

© AR Ministry of Transport, Communications and High Technologies
Fişinq kampaniyası

Qeyd edək ki, kiberdələduzların gələcəkdə insanların koronavirusla bağlı qorxu, təşviş və marağından sui-istifadə edərək onları "tələ"yə salmaq cəhdlərini davam etdirməsi istisna olunmur. Məhz bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları kibermühitdə maksimum diqqətli olmağa, hər hansı hədiyyə, ianə və ya pulsuz məhsul vəd edən bildirişlərə aldanıb fərdi, xüsusilə bank məlumatlarını təqdim etməməyə və bu kimi bildirişləri spam mesaj olaraq şikayət etməyə çağırır. Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməlidirlər. Hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdırlar. Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

25
Teqlər:
fişinq, dələduzluq, kibercinayət, canlı yayım, sosial şəbəkələr, internet, Azərbaycan
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

0
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

0
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi