ABŞ-da dronlara yerlərini göstərirlər

42
(Yenilənib 15:12 01.09.2015)
ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) smartfonlar üçün pilotsuz uçan aparat (dron) sahiblərinə uçuşun icazə verildiyi və qadağan olduğu yerləri göstərəcək tətbiq hazırlayır.

BAKI, 1 sen — Sputnik. ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) smartfonlar üçün pilotsuz uçan aparat (dron) sahiblərinə uçuşun icazə verildiyi və qadağan olduğu yerləri göstərəcək tətbiq hazırlayır. Proqram təminatının kvadrakopterlərdən kommersiya istifadəsi üzrə qanunvericilik aspektləri üzərində aparılan iş çərçivəsində ərsəyə gətirilməsi qərara alınıb.

“iPhone” smartfon modeli üçün nəzərdə tutulan tətbiq "B4UFLY” adlanacaq. Hazırda o beta-versiya mərhələsindədir. Final versiyasında uçuşa nəzarət sistemlərinin dronların aeroportlara yaxınlaşmasını avtomatik xəbərdar edən funksiya yer alacaq.

Fevralda “FAA” kommersiya dronlarından istifadə qaydasını yeniləyib. Yeni qaydalara görə, uçuşlara yalnız sutkanın işıqlı vaxtında icazə verilir, dron bilavasitə pilotun gözü qarşısında olmalıdır, eləcə də onun uçuş hündürlüyü 500 futu (152 metr) ötməməlidir. 

42
Teqlər:
B4UFLY tətbiqi, pilotsuz uçan aparat, dron, FAA, ABŞ Federal Mülki Aviasiya İdarəsi