Samsung Galaxy Note 5 və Samsung Galaxy S6 edge+

Samsung Galaxy Note 5 Galaxy S6 edge+ təqdim edildi

2277
(Yenilənib 02:46 14.08.2015)
Samsung Galaxy Note 5 və Galaxy S6 Edge+ modelləri avqust ayının 21-dən ABŞ və Kanadada satışa çıxarılacaq. Satış qiyməti məlum olmasa da, çox ucuz da olmayacağı dəqiqdir.

Bakı, 14 avq — Sputnik. Dünən Samsung şirkəti, növbəti Unpacked 2015 tədbirində gözlənilən yeni flaqman modellərini —Galaxy Note 5Galaxy S6 Edge+ təqdim etdi. Əlbəttə ki, tədbirin ən gözlənilən modeli, Galaxy Note 5 idi.

Samsung Galaxy Note 5
sputnik
Samsung Galaxy Note 5

Son zamanlar, flaqman modellər haqqında çıxan şayələr, öz təsdiqini də tapdı. Galaxy Note 5, 5.7 inç Quad HD Super Amoled 2560 x 1440 (518 ppi) ekran, 64 bit prosessora malik 8 nüvəli 2.1+1.5 GHz Samsung Exynos 7420 prosessor, 4 GB RAM (LPDDR4) RAM, 32 və 64 GB daxili yaddaş, 16 MP arxa — 5 MP ön kamera, 3000 mAh batareya tutumu ilə təchiz olunmuşdur.

Galaxy S6 Edge+ da, eyni ilə Note 5 modelində olduğu kimi, 5.7 inç Quad HD Super Amoled 2560 x 1440 (518 ppi) ekran, 64 bit prosessora malik 8 nüvəli 2.1+1.5 GHz Samsung Exynos 7420 prosessoru, 4 GB RAM (LPDDR4) RAM, 32 və 64 GB daxili yaddaş, 16 MP arxa — 5 MP ön kamera, 3000 mAh batareya tutumu ilə təchiz edilmişdir.

Samsung S6 edge+
sputnik
Samsung S6 edge+

Ən əsas fərqləri, Galaxy Note 5 (153.2 x 76.1 x 7.6 mm, 171 qr) və Galaxy S6 Edge+ (154.4 x 75.8 x 6.9 mm, 156 qr) modellərinin ölçüləri, çəkisi və ən əsas da S6 Edge+ modelində ekranın hər iki yandan əyilməsidir. Daha sonra, S Pen stilusu sadəcə Note 5 modelindədir. Amma, S6 Edge+ modelini əlavə QWERTY klaviatura ilə də istifadə etmək mümkündür.

Hər iki model Android 5.1.1 Lollipop versiyası və yeni TouchWiz istifadəçi interfeysi ilə çalışır. Hər iki modeli, simsiz enerji doldurma cihazı vasitəsilə, 120 dəqiqəyə tam enerji ilə doldurmaq mümkündür. Əlbəttə ki, hər iki model əl izinin tanınması üçün funksiyası ilə də təchiz edilmişdir.

Samsung Galaxy Note 5 və Galaxy S6 Edge+ modelləri ilk olaraq avqust ayının 21-dən ABŞ və Kanadada satışa çıxarılacaq. Daha sonra, digər ölkələrdə də satışına başlanılacaq. Satış qiyməti məlum olmasa da, çox ucuz da olmayacağı dəqiqdir.

2277
Teqlər:
ən yeni Samsung telefonu, ən yaxşı telefon, ən yaxşı Samsung smartfon, Samsung flaqman modelləri, Samsung flaqmanları, S6 edge, Galaxy S6 edge, Note 5, Galaxy Note 5, Samsung Azərbaycan, Samsung Galaxy S6 edge, Samsung Galaxy Note 5, Samsung Unpacked 2015 tədbiri, Samsung şirkəti

Təhlükəsizlik xəbərdarlığı: VPN tətbiqindən casusluq üçün istifadə olunur

77
(Yenilənib 20:09 20.10.2020)
Mərkəz bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən tətbiqlərin təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı tövsiyə edir.

BAKI, 20 oktyabr - Sputnik. Mövcud vəziyyətlə bağlı sosial şəbəkələrin istifadəsinə gətirilən məhdudlaşdırmalar təhlükəsizlik xəbərdarlıqlarına baxmayaraq, vətəndaşların VPN xidmətlərdən intensiv istifadəsi ilə müşahidə olunur. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı mübarizə mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, SkyVPN adlanan tətbiqə sadəcə şəbəkə sazlamalarına icazənin lazım olduğu təqdirdə, şəxsin kamerasına, əlaqə vasitələrinə, telefon, təqvim, lokasiya və yaddaş kartından istifadəyə icazələrin əldə etməsi bu tətbiqin sadəcə VPN tətbiqi olmadığı və casusluq üçün də istifadə olunduğunu bir daha isbat edir.

Mərkəz bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən tətbiqlərin təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı tövsiyə edir.

77
Əlaqədar
VPN istifadə edənlər cərimə ediləcəklərmi?
Smartfonda sosial şəbəkə tətbiqlərinin loqosu, arxiv şəkli

Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərə yardım adı altında pul toplayır

28
(Yenilənib 14:32 20.10.2020)
Ermənistan tərəfi vəziyyətdən sui-istifadə edərək, "Telegram" və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında vəsait toplayır

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışırlar. Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, "Telegram" və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında vəsait toplayır. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, indiki vaxtda maksimum diqqətli olsunlar və yalnız rəsmi məlumatlara istinad etsinlər.

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb. Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllülük əsasında fonda vəsait köçürə bilirlər.

28
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
"Qərarlarınızı heçə sayan Ermənistanı mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!"
İgidlərimizi tanıyın: onlar torpağımızı işğalçılardan təmizləyirlər - FOTO
Nazirlikdən növbəti xəbərdarlıq: Ermənistan bu dəfə ASAN xidməti "işə salıb"
İş adamı Türkiyədən ordumuza tonlarla dərman yolladı
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0