5G şəbəkə

Asiya “5G” şəbəkəsinin tətbiqi üzrə lider olacaq

28
(Yenilənib 13:37 07.08.2015)
“InterDigital” şirkətinin hesabatına görə, mobil operatorların 71 faizi Asiyanın beşinci nəsil mobil rabitə şəbəkəsi texnologiyalarının (5G) hazırlanması və tətbiqi üzrə lider olacağını düşünür.

BAKI, 7 avq — Sputnik. “InterDigital” şirkətinin hesabatına görə, mobil operatorların 71 faizi Asiyanın beşinci nəsil mobil rabitə şəbəkəsi texnologiyalarının (5G) hazırlanması və tətbiqi üzrə lider olacağını düşünür.

İkinci yerdə Şimali Amerika regionunun (52 faiz), üçüncüdə Avropanın (45 faiz) qərarlaşacağı bildirilir. Lakin Şimali Amerika operatorlarının fikrincə, məhz onlar bu istiqamətdə lider mövqe tutacaqlar. Buna baxmayaraq Asiya telekommunikasiya şirkətləri rəqiblərindən geri qalmaq fikrində deyil. Məsələn, Yaponiyanın “DoCoMo” operatoru 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində “5G” şəbəkəsini istifadəyə verməyi planlaşdırır, Cənubi Koreyanın "SK Telecom” şirkəti 2018-ci ildə “5G”nin prototipini nümayiş etdirəcək.

Digər operatorlar da asiyalı həmkarlarında geri qalmağı düşünmür. Hər üç operatordan biri 2021-ci ilədək “5G”ni kommersiya istifadəsinə verməyi planlaşdırır, lakin əksəriyyət diqqəti 2022-ci ilədək hazırlıq və sınaqlara yönəltmək niyyətindədir.

Tədqiqata görə, yüksək genişzolaqlı məhsuldarlıq (76 faiz) və “Əşyaların interneti” (74 faiz) “5G” texnologiyalarının inkişafı üçün ilk təkan olması bildirilib, virtual reallıq kimi digər sahələrin beşinci nəsil rabitə şəbəkəsinin inkişafı üçün az əhəmiyyət kəsb etməsi qeyd edilib. Tədqiqat müəllifləri vurğulayır ki, beşinci nəsil rabitə şəbəkəsinin yaradılması bütün fəaliyyət sahələrinə, o cümlədən xidmət tədarükçüləri və istifadəçilərə təsir göstərəcək.

Qeyd edək ki, kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq “5G” mobil şəbəkəsinin buraxılış qabiliyyəti “3G” ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq. 

28
Teqlər:
beşinci nəsil mobil rabitə şəbəkəsi, beşinci nəsil mobil rabitə, 5G texnologiyası, 5G texnologiya, 5G şəbəkə, InterDigital şirkəti
Twitter şirkətinin loqosu, arxiv şəkli

Twitter-in qurucusu ilk tvitini hərraca çıxarıb

99
(Yenilənib 23:52 06.03.2021)
İlk tviti almaq hüququ uğrunda əsas mübarizə “Bridge Oracle” şirkətinin icraçı direktoru Hakan Estavi ilə çinli sahibkar, “Tron” kriptovalyutasının qurucusu Castin San arasında gedir.

BAKI, 7 mart - Sputnik. Twitter sosial şəbəkəsinin qurucusu Cek Dorsinin ilk tviti Valuables auksionunda hərraca çıxarılıb.

“Report”un məlumatına görə, şənbə günü səhərədək ilk tivitin qiyməti 2 milyon ABŞ dolları olub.

Dorsi ilk tvitini 2006-cı ilin 21 mart tarixində paylaşıb.

İlk tviti almaq hüququ uğrunda əsas mübarizə “Bridge Oracle” şirkətinin icraçı direktoru Hakan Estavi ilə çinli sahibkar, “Tron” kriptovalyutasının qurucusu Castin San arasında gedir.

99
Səmada dron, arxiv şəkli

Azərbaycan səmasında tezliklə xüsusi təyinatlı uçuş aparatları peyda olacaq - VİDEO

59
(Yenilənib 11:55 02.03.2021)
Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub

BAKI, 2 mart — Sputnik. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Ağıllı Şəbəkələr konsepsiyasının həyata keçirilməsində daha bir yenilik edib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, söhbət kommunal sektorda ilk dəfə xüsusi təyinatlı uçuş aparatlarının tətbiq edilməsindən gedir.

"Azərişıq"ın Ağıllı Şəbəkələr konsepsiyası tamamilə müasir və innovativ texnologiyaların istifadəsi üzərində qurulub. Bu konsepsiya çərçivəsində, artıq reallaşdırılmış müasir tipli mühafizəli və izolyasiyalı yüksək gərginlikli xətlərinin, 3D-mobil xəritəçilik sisteminin, məsafədən Optik portla elektrik sayğaclarının oxunması və mövcud idarəetmə platformasına inteqrasiya işləri uğurla davam etdirilir.

Rəqəmsal idarəetməyə keçid proqramı istiqamətində aparılan genişmiqyaslı tədbirlər sırasına xüsusi təyinatlı uçuş aparatları ilə Hava Elektrik Veriliş Xətlərinə (HEVX) kompleks və lokal baxış keçirilməsinin təşkili də əlavə edilmək üzrədir. Belə ki, ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində "Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi" üzrə təlim-tədris kursuna start verilib. Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulmuş dronlardan xeyli fərqlənir. Bu səbəbdən də onlara Xüsusi Təyinatlı Texniki Uçuş aparatları adı verilib. Belə kameralar 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş apara bilir. Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.

Ənənəvi üsulla xətlərə texniki baxışın keçirilməsi üzun müddətli və mürəkkəb dispetçer əməliyyatlarının aparılmasını tələb edən bir prosesdir. Burada əlavə işçi heyətin, maşın–mexanizlərin, xüsusi qaldırıcı texnikanın cəlb edilməsi də qaçılmazdır. Nəticədə, elektrik enerjisi verilişində uzunmüddətli fasilələr yaranır, abonent məmnunluğu və xidmət keyfiyyəti göstəriciləri pisləşir. Müasir texnologiyaların tətbiqi ilə bütün bu problemlər aradan qaldırılır, yüksək dəqiqlikli vizual qeydiyyat aparılır, virtual arxivləşdirilir, ən əsası – abonentlərin elektrik enerjisi verilişində fasilələr yaranmır.

Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub", - deyə qurum bəyan edib.

59
Teqlər:
elektrik xətləri, elektrik naqili, qəza, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, dron
Pəncərə yanında adam, arxiv şəkli

Bakıda kişi intihar edib

0
(Yenilənib 16:17 08.03.2021)
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı kişi özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

BAKI, 8 mart - Sputnik. Bu gün Bakıda intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı Salman Fərmanov özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

0
Teqlər:
intihar, kişi, Bakı