OnePlus 2

OnePlus 2 rəsmən təqdim edildi

101
(Yenilənib 00:28 14.08.2015)
OnePlus 2 modeli 64 bit prossora malik 1.8 GHz Qualcomm Snapdragon 810 ilə çalışacaq

Keçən ilin yay aylarında öz xüsusiyyətlərinə və ən əsas qiymətinə görə "smartfon qatili" adını alan Çin şirkəti OnePlus, OnePlus 2 modelini rəsmən təqdim etdi. Bu model də keçən ilki model kimi xüsusiyyətlərinə və qiymətinə görə, digər flaqman modellər üçün ciddi rəqib ola bilər.

Gözlənildiyi kimi, OnePlus 2 modeli 64 bit prosessora malik 1.8 GHz Qualcomm Snapdragon 810 ilə çalışacaq. Daha ətraflı, geniş şəkildə xüsusiyyətlərə nəzər sala bilərsiniz.

  • Şəbəkə: 2G, 3G, 4G – LTE
  • Ölçülər: 151.8 x 74.9 x 9.85 mm
  • Çəki: 175 qr
  • SIM: Dual Micro-SIM
  • Platforma: Android 5.1 Lollipop (Oxygen ƏS)
  • Prosessor: 64 bit — Dördnüvəli 1.8 GHz Qualcomm Snapdragon 810
  • Ekran: 5.5 inç FHD ekran (1080 x 1920 piksel), 401 ppi, Gorilla Glass 3
  • Kamera: əsas kamera – 13 MP çəkiliş (4K Ultra HD video)), lazer avtofokus, HDR, ön kamera – 5 MP (Full HD-1080p)
  • RAM: 3 / 4 GB LPDDR4
  • GPU: Adreno 430
  • Yaddaş: 16 GB (3 GB RAM) və 64 GB (4 GB RAM) daxili yaddaş
  • Əlavələr: Dual-band Wi-Fi: 2.4GHz 802.11b/g/n və 5GHz 802.11a/n/ac, Wi-Fi Direct, DLNA, hotspot, Bluetooth v4.1,GPS A-GPS GLONASS, 3.5 mm audio çıxış, əl izinin tanınması
  • Batareya gücü: Li-Po 3300 mAh

Qeyd edilən xüsusiyyətlərindən başqa, OnePlus 2 iki sim kartlıdır. Həm də USB Type-C portundan istifadə edir. Qiymətlərinə gəldikdə isə, 11 avqustdan etibarən ABŞ, Kanada, Hindistan, Çin və Avropadan OnePlus 2 16 GB (3GB RAM) 329$, 64 GB (4GB RAM) versiyasını isə əvvəlki modeldə olduğu xüsusi dəvət kodu ilə almaq mümkündür.

  • OnePlus 2
    OnePlus 2
    oneplus.net
  • OnePlus 2
    OnePlus 2
    oneplus.net
  • OnePlus 2
    OnePlus 2
    oneplus.net
1 / 3
oneplus.net
OnePlus 2

101
Teqlər:
OnePlus 2 modeli, Oxygen ƏS, smartfon qatili, Azərbaycan xəbərləri, OnePlus two, OnePlus, OnePlus 2