Qarabağ və Neftçi arasında oyun, arxiv şəkli

Neftçi 1 - Qarabağ 2: Ağdam komandasının səfərdə qələbəsi

13
Xallarının sayını 7-ə çatdıran "Qarabağ" "Qəbələ" ilə birlikdə ilk iki pilləni bölüşdürür. "Neftçi" isə 4 xalla 5-ci yerdədir.

BAKI, 12 sentyabr - Sputnik. Azərbaycan Premyer Liqasının üşüncü turunda keçirilən "Neftçi" "Qarabağ" qarşılaşmasında Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Görüş paytaxt təmsilçisi ilə SSRİ çempionatında bürünc medal qazanmış Yaşar Babayevin vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.

"Qarabağ"ın oyunçusu İbrahima Vadji 21-ci dəqiqədə hesabı açıb. Seneqallı hücumçu 45-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.

İkinci hissəyə meydan sahibəri daha fəal başlayıb. "Neftçi"nin kapitanı Emin Mahmudov 47-ci dəqiqədə hesab arasındakı fərqi azalda bilib. "Ağ-qaralar" bir neçə dəfə təhlükəli qol epizodu yaratsalar da, istəklərinə çata bilməyiblər.

Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran "Qarabağ" "Qəbələ" ilə birlikdə ilk iki pilləni bölüşdürür. "Neftçi" isə 4 xalla 5-ci yerdədir.

 

13
Teqlər:
futbol
Voislav Stankoviç (ağ formada)

"Neftçi"nin serbiyalı oyunçusu: "Uşaqlar Azərbaycan himnini oxutmağımı istəyirlər"

2380
(Yenilənib 09:49 23.09.2021)
Bakının "Neftçi" klubunun 34-cü doğum gününü qeyd edən serbiyalı legioneri Azərbaycandakı həyatından və işindən danışıb.

BAKI, 23 sentyabr - Sputnik. Bakı "Neftçi"sinin serbiyalı legioneri Voislav Stankoviçin uşaqları atalarından Azərbaycanın himnini qoşmağını istəyir, sonra isə onu ifa edirlər. 

Stankoviç bildirib ki, uşaqları Azərbaycan himnini keçən il öyrəniblər.

"Hələ keçən il, mənim "Neftçi"dəki oyunumu televizorda izləyərkən uşaqlar Azərbaycan himnini öyrəndilər. Hər dəfə baxdıqca himnin sözlərini öyrəniblər. Xanımımla mən onlara deyirik ki, bu, Azərbaycanın himnidir, onu Serbiyanın himni kimi bilmək, bu ölkəyə hörmət etmək lazımdır. Mən Azərbaycanda işləyirəm və bu ölkə mənə doğmadır. Onlar uşaq bağçasında da himni öyrənirlər. Dəfələrlə məndən himni qoşmağı istəyiblər, sonra da oxumağa başlayıblar", - Stankoviç deyib.

Serbiyalı futbolçu sentyabrın 22-də 34-cü yaşını tamam edib.

"Adətən, ad günümü ailəmlə restoranda qeyd edirəm, amma indi pandemiya səbəbindən evdə qeyd edirik. Artıq 34 yaşım var, qocalıram (gülür), amma əsas odur ki, özümü yaxşı hiss edirəm, əla fiziki formadayam", - legioner vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının dördüncü turunda "Keşlə"yə qarşı oyun (3:0) serbiyalı futbolçunun çempionatımızda 150-ci oyunu olub. "Keşlə" (o vaxtın "İnter"i) isə 2015-ci ildə Stankoviçin oynadığı ilk Azərbaycan klubu olub.

"Uzun illərdir Azərbaycanda oynayıram, bu ölkəni sevirəm, burada hər şey məni qane edir. Elə olmasaydı, bu qədər müddət burada oynamazdım. "Neftçi"nin şərəfini qoruduğum üçün şadam. Ümid edirəm ki, hələ burada çox oynayacam", - Stankoviç əlavə edib.

Eləcə də oxuyun:

2380
Teqlər:
'Neftçi', futbolçu, Serbiya, legioner, himn, Azərbaycan
Zabit Səmədov

Zabit Səmədov növbəti döyüşünü Qroznıda keçirəcək

217
(Yenilənib 19:52 22.09.2021)
Səmədovun rəqibi peşəkar rinqdə 12 döyüşdə iştirak edib ki, onlardan 6-da qalib gəlib və eyni sayda da məğlub olub.

 

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanın ən məhşur kikboksçularından biri olan Zabit Səmədov növbəti döyüşünü Qroznıda peşəkər rinqdə keçirəcək. Bu barədə Çeçenistan Kikboksinq Federasiyasının rəsmi İnstagramı xəbər verib.

Səmədovun iştirakı ilə döyüş oktyabrın 4-də Qoznıda baş tutacaq və onun rəqibi "Bıçaq" ləqəbli fransız kikboksçu Didye Kilola olacaq. Peşəkar rinqdə fransız idmançı 12 döyüşdə iştirak edib ki, onlardan 6-da qalib gəlib və eyni sayda da məğlub olub.

Səmədov indiyədək peşəkar rinqdə 112 döyüş keçirib, 102-də qələbə qazanıb və 37 dəfə isə rəqiblərini nokauta göndərib. Sonuncu döyüşünü o, bu ilin iyun ayında Minskin beynəlxalq turnirində keçirib və burada "Quduz it" ləqəbli nigeriyalı döyüşçü Deje Kelejayeni məğlub edib. Bu döyüşü 37 yaşlı Səmədov iki illik fasilədən sonra keçirib.

Maraqlıdır ki, azərbaycanlı kikboksçu ardıcıl 19 döyüşdə məğlub olmayıb. Məğlubiyyət acısını sonuncu dəfə 2013-cü ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilən beynəlxalq turnirdə məşhur hollandiyalı döyüşçü Badr Hariyə məğlub olanda hiss edib.

Eləcə də oxuyun:

217
Teqlər:
kikboks, K-1 ustası Zabit Səmədov, Qroznı

Anım günü ilə əlaqədar bir sıra marşrut avtobusların hərəkət sxemi dəyişdiriləcək

6
Bəzi marşrutlar üzrə avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın27-də - Anım günü keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər olmaqla bütün növ nəqliyyat vasitələri hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, sentyabrın 27-də saat 06:30-dan anım tədbirləri tam başa çatanadək 1, 2, 3, 4, 5, 6, 10, 18, 21, 30, 31, 32, 37, 39, 46, 49, 53, 65, 77, 88, 125, 127, 175, 205 və M3 nömrəli marşrutlar üzrə avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

Həmçinin oxuyun:

Anım günü ilə əlaqədar Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

6
Teqlər:
anım, Anım Günü, avtobus