Lorenzo Sotomayor

Boks Federasiyası açıqladı: Lorenso Sotomayor karyerasını başa vurub

1060
(Yenilənib 19:09 11.09.2021)
Federasiya boksda ölkəmizin Olimpiya tarixinin ən yüksək əyarlı medalçısı, Rio-2016-nın finalçısı olan Sotomayorun artıq milli komandamızda çıxışını başa vurduğunu açıqlayıb.

BAKI, 11 sentyabr - Sputnik. Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib.

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda ABF-in vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağı Səfərov, bütün yaş qrupları üzrə milli komandaların məşqçilər korpusu, aparıcı klub və cəmiyyətlərin məşqçi-müəllimləri, həmçinin yığma üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan S.Mikayılov Azərbaycan boksçularının Tokio Olimpiadasındakı çıxışını dəyərləndirib. O komandamızın Oyunlara 5 lisenziya qazanmasını yüksək qiymətləndirib:

“Bu lisenziyaların koronavirus pandemiyası dönəmində əldə edildiyini nəzərə alsaq, bu, uğurdur. Çünki boksçularımız qaydalara əsasən 2020-ci ildə demək olar ki, hazırlıq keçmədilər. Yalnız zaldan kənarda fiziki məşqlərlə kifayətləndilər. Toplanışlarımız 2021-ci ilə təsadüf etdi. Düzdür, lazımi hazırlığı keçə bilməməyimizə baxmayaraq, biz Tokio-2020-də daha çox medal gözləyirdik.

Təmsilçilərimizdən Alfonso Dominqes fəxri kürsüyə yüksəldi. Amma digərlərinə baxdıqda, Tayfur Əliyevin vyetnamlı boksçu ilə döyüşünü hamı izlədi. İdmançımızın necə mübarizəni dayandırmasının və ya uduzdurulmasının şahidi olduz. Dünya çempionumuz Cavid Çələbiyev də eyni halla üzləşdi. Bir dəqiqə belə dayanmadı, amma hakim haqsızlığı səbəbindən yarışla vidalaşdı.

Məhəmməd Abdullayevin isə püşkdə bəxti gətirmədi. Özbəkistanlı dünya çempionu ilə qarşılaşdı və rəqib təcrübəsi hesabına mərhələ adladı. Dominqes də finalın bir addımlığında büdrəyərək, bürünc medala sahib oldu. Onun da rəqibi çox titullu və təcrübəli idi. Yalnız Rio Olimpiadasının gümüş medalçısı Lorenzo Sotomayor yaxşı işləmədi. Bunu da hamı gördü”.

Vitse-prezident boksda ölkəmizin Olimpiya tarixinin ən yüksək əyarlı medalçısı, Rio-2016-nın finalçısı olan Sotomayorun artıq milli komandamızda çıxışını başa vurduğunu da açıqlayıb. O qeyd edib ki, Avropa Oyunlarında da 2 dəfə fəxri kürsüyə yüksələn 36 yaşlı idmançı artıq karyerasını başa vurub.

Ardınca növbəti Olimpiya tsikli ilə bağlı tapşırıqlarını verən S. Mikayılov məşqçilər və iclas iştirakçıları ilə fikir mübadiləsi də aparıb. O vurğulayıb ki, tituldan və addan asılı olmayaraq hansı çəki dərəcəsində aşağı yaş qruplarından gələn güclü boksçu varsa, sınaq döyüşlərindən sonra əsas heyət formalaşmalıdır:

“Lakin bütün bunlara nəzarəti həmin yaş qrupları üzrə məşqçilər korpusu etməlidir. Mən onlara güvənirəm və inanıram ki, seçimlərini düzgün edirlər. Düzdür, bəzən hansısa söhbətlər yayılır. Amma birmənalı şəkildə deyirəm ki, Azərbaycan çempionatı ilə beynəlxalq yarışlar fərqlidir. Şahidi olduğum hadisəni söyləyirəm ki, ölkə çempionu olan bəzi boksçular xaricə çıxanda öz döyüşünü göstərə bilmirlər. Elə startdaca büdrəyirlər. Yaxud o, hazırlıq dönəmində 4-cü nömrəyə belə uduzur. Bu səbəblərdən baş məşqçilər düzgün seçim etməlidirlər. Uğurlarımızın daha da artacağına böyük ümid edirəm”.

Federasiya rəsmisi komandalarımızla bağlı gələcək planlarını da açıqlayıb. O, məşqçi-müəllimlərə müraciət edərək deyib ki, hələlik çempionatlar keçirilmədiyindən hansının yığmaya layiq bildiyi boksçu varsa, həmin yaş qrupu üzrə baş məşqçiyə məlumat versinlər:

“Qarşıda əsas yığmamızı dünya, gənclərdən ibarət millimizi isə Avropa çempionatı gözləyir. Böyüklərdən ibarət komandamız tezliklə hazırlığa başlayacaq. Danışıqlar aparırıq və istəyirik ki, Şamaxı Olimpiya İdman Kompleksini bir növ özümüz üçün bazaya çevirək. Həmçinin planlarımıza rayon və kəndlərdə yeni boks bölmələrimizin açılması daxildir. Bununla bağlı yeni gənclər və idman naziri Fərid Qayıbovla görüşəcəm. Gənc boksçularımız isə artıq bugünlərdə yarışa yollanacaqlar”.

Daha sonra çalışdırıcılar çıxış edərək, onları maraqlandıran suallara və problemlərin həllinə cavab alıblar.

ABF-nin baş katibi Nağı Səfərov isə komandamızın Olimpiadaya hazırlıq dönəmindən danışıb. O bildirib ki, ilin əvvəlində Beyləqanda başlayan məşqlər Olimpiadanın startı ərəfəsində İtaliyada yekunlaşıb: “Lakin etiraf etməliyik ki, pandemiya şəraitində məşqlər bəzən planlaşdırdığımız kimi olmadı. Boksçularımız son ildə cəmi 1 beynəlxalq turnirdə iştirak etdilər. Buna baxmayaraq, Olimpiada ənənəmizi davam etdirərək yenə medal qazandıq”.

O, oktyabrda Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya çempionatı barədə də danışıb. N. Səfərovun sözlərinə görə, yeni qaydalara əsasən 13 çəki dərəcəsində gərgin keçəcək yarışın hazırlıqlarına tezliklə start veriləcək. Baş katib bəzi çəkilərdə sınaq döyüşləri üçün məşqçilərə müraciət edib: “Mundial yeni çəki dərəcələrində baş tutacaq. Bu səbəbdən də məşqçilər korpusunun üzərinə böyük yük düşür. Onlar kimin hansı çəkidə döyüşəcəyini müəyyənləşdirirlər. Məsələn, 48 kq-da hansı klubda güclü idmançılar varsa, sınaq görüşləri üçün çalışdırıcıya müraciət etsinlər. Bu digər çəkilərdə də istisna edilmir”.

N. Səfərov sınaq görüşlərindən sonra Amin Kuşkov və Cəbrayıl Yelikovun da hələlik yığmalardan kənarda qaldığını qeyd edib. O vurğulayıb ki, bu boksçular Azərbaycan çempionatında özlərini göstərdikdən sonra yenidən düşərgəyə cəlb edilə bilərlər.

Sonda görüş iştirakçıları ölkə boksunun daha da inkişafı üçün müəyyən fikirlər səsləndiriblər. Problemlər müzakirə olunub, çıxış yolları barədə geniş müzakirələr aparılıb.

1060
Voislav Stankoviç (ağ formada)

"Neftçi"nin serbiyalı oyunçusu: "Uşaqlar Azərbaycan himnini oxutmağımı istəyirlər"

2380
(Yenilənib 09:49 23.09.2021)
Bakının "Neftçi" klubunun 34-cü doğum gününü qeyd edən serbiyalı legioneri Azərbaycandakı həyatından və işindən danışıb.

BAKI, 23 sentyabr - Sputnik. Bakı "Neftçi"sinin serbiyalı legioneri Voislav Stankoviçin uşaqları atalarından Azərbaycanın himnini qoşmağını istəyir, sonra isə onu ifa edirlər. 

Stankoviç bildirib ki, uşaqları Azərbaycan himnini keçən il öyrəniblər.

"Hələ keçən il, mənim "Neftçi"dəki oyunumu televizorda izləyərkən uşaqlar Azərbaycan himnini öyrəndilər. Hər dəfə baxdıqca himnin sözlərini öyrəniblər. Xanımımla mən onlara deyirik ki, bu, Azərbaycanın himnidir, onu Serbiyanın himni kimi bilmək, bu ölkəyə hörmət etmək lazımdır. Mən Azərbaycanda işləyirəm və bu ölkə mənə doğmadır. Onlar uşaq bağçasında da himni öyrənirlər. Dəfələrlə məndən himni qoşmağı istəyiblər, sonra da oxumağa başlayıblar", - Stankoviç deyib.

Serbiyalı futbolçu sentyabrın 22-də 34-cü yaşını tamam edib.

"Adətən, ad günümü ailəmlə restoranda qeyd edirəm, amma indi pandemiya səbəbindən evdə qeyd edirik. Artıq 34 yaşım var, qocalıram (gülür), amma əsas odur ki, özümü yaxşı hiss edirəm, əla fiziki formadayam", - legioner vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının dördüncü turunda "Keşlə"yə qarşı oyun (3:0) serbiyalı futbolçunun çempionatımızda 150-ci oyunu olub. "Keşlə" (o vaxtın "İnter"i) isə 2015-ci ildə Stankoviçin oynadığı ilk Azərbaycan klubu olub.

"Uzun illərdir Azərbaycanda oynayıram, bu ölkəni sevirəm, burada hər şey məni qane edir. Elə olmasaydı, bu qədər müddət burada oynamazdım. "Neftçi"nin şərəfini qoruduğum üçün şadam. Ümid edirəm ki, hələ burada çox oynayacam", - Stankoviç əlavə edib.

Eləcə də oxuyun:

2380
Teqlər:
'Neftçi', futbolçu, Serbiya, legioner, himn, Azərbaycan
Zabit Səmədov

Zabit Səmədov növbəti döyüşünü Qroznıda keçirəcək

217
(Yenilənib 19:52 22.09.2021)
Səmədovun rəqibi peşəkar rinqdə 12 döyüşdə iştirak edib ki, onlardan 6-da qalib gəlib və eyni sayda da məğlub olub.

 

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanın ən məhşur kikboksçularından biri olan Zabit Səmədov növbəti döyüşünü Qroznıda peşəkər rinqdə keçirəcək. Bu barədə Çeçenistan Kikboksinq Federasiyasının rəsmi İnstagramı xəbər verib.

Səmədovun iştirakı ilə döyüş oktyabrın 4-də Qoznıda baş tutacaq və onun rəqibi "Bıçaq" ləqəbli fransız kikboksçu Didye Kilola olacaq. Peşəkar rinqdə fransız idmançı 12 döyüşdə iştirak edib ki, onlardan 6-da qalib gəlib və eyni sayda da məğlub olub.

Səmədov indiyədək peşəkar rinqdə 112 döyüş keçirib, 102-də qələbə qazanıb və 37 dəfə isə rəqiblərini nokauta göndərib. Sonuncu döyüşünü o, bu ilin iyun ayında Minskin beynəlxalq turnirində keçirib və burada "Quduz it" ləqəbli nigeriyalı döyüşçü Deje Kelejayeni məğlub edib. Bu döyüşü 37 yaşlı Səmədov iki illik fasilədən sonra keçirib.

Maraqlıdır ki, azərbaycanlı kikboksçu ardıcıl 19 döyüşdə məğlub olmayıb. Məğlubiyyət acısını sonuncu dəfə 2013-cü ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilən beynəlxalq turnirdə məşhur hollandiyalı döyüşçü Badr Hariyə məğlub olanda hiss edib.

Eləcə də oxuyun:

217
Teqlər:
kikboks, K-1 ustası Zabit Səmədov, Qroznı

Anım günü ilə əlaqədar bir sıra marşrut avtobusların hərəkət sxemi dəyişdiriləcək

6
Bəzi marşrutlar üzrə avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın27-də - Anım günü keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər olmaqla bütün növ nəqliyyat vasitələri hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, sentyabrın 27-də saat 06:30-dan anım tədbirləri tam başa çatanadək 1, 2, 3, 4, 5, 6, 10, 18, 21, 30, 31, 32, 37, 39, 46, 49, 53, 65, 77, 88, 125, 127, 175, 205 və M3 nömrəli marşrutlar üzrə avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

Həmçinin oxuyun:

Anım günü ilə əlaqədar Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

6
Teqlər:
anım, Anım Günü, avtobus