Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisi Portuqliya yığmasına böyük hesabla məğlub oldu

© REUTERS / AZIZ KARIMOVОтборочный раунд чемпионата мира между сборными Азербайджана и Португалии
Отборочный раунд чемпионата мира между сборными Азербайджана и Португалии - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Fasiləyədək iki qol vuran portuqaliyalılar ikinci hissədə fərqi darmadağına çatdıraraq Bakıda asan qələbə qazanıblar.
BAKI, 7 sentyabr - Sputnik. DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində II dövrə start götürüb.
Azərbaycan yığması VI turda Bakı Olimpiya Stadionunda Portuqaliya yığması ilə qarşılaşıb.
Bakıya Kriştiano Ronaldosuz gələn A qrupunun favoriti matçın taleyini ilk yarıda həll edib.
İtaliyalı FIFA referisi Marko Quidanın idarə etdiyi görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Maksim Medvedev və Anton Krivotsyuku oyuna çıxarmayan millimiz rəqibin hücumları qarşısında tab gətirməyib. Fasiləyədək iki qol vuran portuqaliyalılar ikinci hissədə fərqi 3 qola çatdıraraq Bakıda asan qələbə qazanıblar.
Qeyd edək ki, A qrupunun bu gün keçirilən digər oyununda İrlandiya Serbiyanı qəbul edəcək.
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
VI tur, A qrupu
7 sentyabr
20:00. Azərbaycan - Portuqaliya - 0:3
Qollar: Bernardo Silva, 26, Andre Silva, 31, Dioqo Jota, 75
Baş hakim: Marko Quida (İtaliya)
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 19. Təmkin Xəlilzadə, 20. Filip Ozobiç
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Aydın Bayramov, 5. Bəhlul Mustafazadə, 18. Şəhriyar Əliyev, 17. Toral Bayramov, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 11. Ramil Şeydayev, 15. Sərtan Taşkın, 16. Anatoli Nuriyev, 21. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov
Baş məşqçi: Canni de Byazi
Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gereyro, 6. Joao Palinya, 8. Joao Moutinyo (k), 9. Andre Silva, 10. Bernardo Silva, 11. Bruno Fernandes, 20. Joao Kanselo, 21. Dioqo Jota
Ehtiyat oyunçular: 12. Entoni Lopes, 22. Dioqo Kosta, 2. Nelson Semedo, 7. Fransisko Trinkao, 14. Dominqos Duarte, 19. Nuno Mendes, 13. Danilo Pereyra, 18. Ruben Neves, 23. Joao Mario, 16. Otavio Monteyro, 17. Qonçalo Qedeş, 15. Rafa Silva
Baş məşqçi: Fernando Santuş
Xəbər lenti
0