Prezident İlham Əliyev, arxiv şəkli

Prezident Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyini təltif edib

5
(Yenilənib 16:55 06.09.2021)
XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif ediliblər.

BAKI, 6 sentyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncama əsasən XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Rəhimov İlqar Elxan oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədov Kamal Cabir oğlu.

Sərəncama əsasən, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

İbişov İlqar Əsgər oğlu

İbrahimov Ramin İbrahim oğlu

Kirillov Fyodor Borisoviç.

5
Teqlər:
paralimpiya

"Qarabağ" - "Bazel" oyunu kadrlarda

8
  • Qarabağ klubunun müdafiəçisi Kevin Medina Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda Bazel komandasına qarşı oyunda.
Ağdamın futbol klubu Bakı Olimpiya Stadionunda İsveçrənin "Bazel" klubuna qalib gələ bilməsə də, Konfrans Liqasının qrup mərhələsində ilk xalını qazandı.

Cümə axşamı, sentyabrın 16-da Azərbaycan Premyer Liqasının vitse-çempionu "Qarabağ" klubu UEFA Konfrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Bakı Olimpiya Stadionunda "süvarilər"in qonağı İsveçrənin "Bazel" klubu idi. 

Qeyd edək ki, Ağdam klubu avrokubok oyunlarında artıq kifayət qədər təcrübəyə malikdir, səkkiz ildir, orada çıxış edir. Düzdür, yalnız bir dəfə Çempionlar Liqasının qrup mərhələsindən əsas raunduna düşüb. Hazırda isə klub UEFA-nın yeni futbol turnirində - Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü dərəcəli əhəmiyyətə malik Konfrans Liqasında çıxış edir. 

Sözügedən matçda "Qarabağ" üstün oyun sərgilədi, birinci taymda tez-tez hücumlar təşkil etdi və rəqibi üçün çətin anlar yaratdı. Azarkeşlər də saylarının az olmasına baxmayaraq stadionda gözəl ab-hava yaratmağa müvəffəq oldular.

Oyunun necə keçdiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

 

8
  • © Sputnik / Murad Orujov

    FK "Qarabağ" klubunun futbolçuları " Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda "Bazel" komandasına qarşı matçdan əvvəl.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • Qarabağ klubunun müdafiəçisi Kevin Medina Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda Bazel komandasına qarşı oyunda.
    © Sputnik / Murad Orujov

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    "Bazel" klubunun futbolçusu Liam Miller Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ" komandasına qarşı oyunda.

  • © Sputnik / Murad Orujov

    KonfKonferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" klubunun yarımmüdafiəçisi Kadi Malinovski Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda "Bazel" komandasına qarşı oyunda.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" klubunun müdafiəçisi Kevin Medina Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda "Bazel" komandasına qarşı oyunda.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" klubunun azarkeşləri Bakı Olimpiya Stadionunun tribunalarında Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda "Bazel" komandasına qarşı oyunda.

Teqlər:
futbol, Qarabağ FK, Bakı Olimpiya Stadionu, fotolent
Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən Qarabağ - Bazel matçında oyun epizodu

"Qarabağ" Avrokubok oyununda xal qazandı