Azərbaycan millisinin idmançıları Tokio-2020 Paralimpiya Oyunlarının açılış mərasimində

Tokio-2020 XVI Yay Paralimpiya Oyunları başa çatıb: Azərbaycan onuncu pillədə

395
(Yenilənib 20:35 05.09.2021)
Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb.

BAKI, 5 sentyabr - Sputnik. Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir.

Həmçinin, bu gün Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Milli komandamızın bayraqdarı isə Lamiyə Vəliyeva olub. Qeyd edək ki, Lamiyə Vəliyeva bu oyunların həm qızıl (T13 400m - Paralimpiya rekordu) , həm də gümüş ( T13 100m ) mükafatçısıdır.

Şəhanə Hacıyeva, Saleh Raman, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Həmid Heydəri, Elvin Astanov, Dürsədəf Kərimova, Vəli İsrafilov, Lamiyə Vəliyeva, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva gümüş, Pərvin Məmmədov, Namiq Abaslı, İlham Zəkiyev, Səid Nəcəfzadə bürünc medal qazanan idmançılarımızdır.

Əlavə olaraq, idmançılarımız bir sıra rekord nəticələrə də imza atıblar:

Atletika idman növü üzrə idmançımız Həmid Heydəri (F57) nizə atma növü üzrə 51.42 m nəticə göstərərək dünya rekorduna imza atıb.

Atletika idman növü üzrə idmançımız Elvin Astanov ( F53 - nüvə itələmə) növü üzrə 8.77 metr nəticə göstərərək dünya rekordunu yeniləyib.

Üzgüçülük idman növü üzrə təmsilçisi Vəli Israfilov (S12 - 100 metr brass ) 1:04.86 nəticə ilə Paralimpiya rekorduna imza atıb.

Atletika idman növü üzrə idmançısı Lamiyə Vəliyeva (T13) 400 metr kateqoriyasında 55.00 saniyəlik Paralimpiya rekordunu yeniləyib.

Qeyd edək ki, üzgüçülük idman növü üzrə təmsilçimiz Raman Saleh 3 kateqoriyada (S12 100 metr arxasıüstə, S12 100 metr sərbəst, S12 100 metr butterfly) qızıl medal qazanıb.

Həmçinin oxuyun:

* Azərbaycan Tokio Paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub

* İlham Əliyev Paralimpiya Oyunlarında növbəti qızıl medal qazanan idmançıları təbrik edib

* Birinci vitse-prezident Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik edib

395
Azərbaycanlı karateçi Rafael Ağayev

Rafael Ağayev Tokio Olimpiadasındakı məğlubiyyətə görə Luici Busadan qisas ala bilər

14
(Yenilənib 19:37 21.09.2021)
Karate-1 Premyer Liqası seriyasının Moskva turniri Tokioda Yay Olimpiya Oyunlarından sonra Azərbaycan karateçiləri üçün ilk yarış olacaq.

BAKI, 21 sentyabr — Sputnik. Dünya karatesinin brilyantı Rafael Ağayev (75 kiloqram) oktyabrın əvvəlində Tokioda Olimpiya Oyunlarının finalında uduzduğu italiyalı Luici Busaya məğlubiyyətinin heyfini çıxa bilər.

Sputnik Azərbaycan xəbər verir ki, Moskvada oktyabrın 1-də azərbaycanlı karateçilərin, həmçinin kişilərdən ibarət milli komandanın lideri Rafael Ağayevin (75 kiloqram) iştirakı ilə Karate-1 Premyer Liqasının ilk turniri başlayacaq. Tokio Olimpiya Oyunlarından sonra Moskva turniri Ağayev üçün ilk olacaq.

Üstəlik, onun Tokio Olimpiadasının finalında uduzduğu rəqibi italiyalı Luici Busa da Moskva turnirində çıxış edəcək. Ağayevlə Busa arasındakı döyüş son dərəcə prinsipial ola bilər, çünki Tokioda keçirilən yarışda məğlub olan Rafael final döyüşündən sonra italyan rəqibini qələbəsi münasibətilə təbrik etməyib və hətta Busa ilə salamlaşmaq niyyətində olmadığını da bildirib.

Tokio Olimpiadasının digər gümüş mükafatçısı İrina Zaretska (68 kiloqram) da Premyer Liqanın Moskva mərhələsində iştirak edəcək. Yeri gəlmişkən, Tokio finalında Zaretskanın uduzduğu rəqibi, misirli Feryal Abdeləziz də Rusiya paytaxtında çıxış edəcək.

Əlavə edək ki, "Premyer Liqa" seriyasından olan Moskva turnirinə Azərbaycandan ümumilikdə 24 iştirakçı gedəcək.

14
Nəriman Abbasov, arxiv şəkli

Nəriman Abbasov: Həbib Nurməhəmmədov mənə kömək edəcəyinə söz verib

770
(Yenilənib 15:21 21.09.2021)
Azərbaycanlı döyüşçünün məşqçisi Şəhriyar Abbasov bildirib ki, əgər onun yetirməsi döyüşdə Şamil Zavurova məğlub olsaydı, karyerasına son qoyacaqdı.

BAKI, 21 sentyabr — Sputnik. Mütləq Döyüş Çempionatının (UFC) keçmiş çempionu Həbib Nurməhəmmədov azərbaycanlı döyüşçü Nəriman Abbasova UFC ilə müqavilə bağlamasına kömək edəcəyinə söz verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Abbasov özü Bakıya qayıtdıqdan sonra bildirib.

Bu yaxınlarda Moskvada AMC Fight Nights və Eagles FC-nin birgə təşkil etdiyi və Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş Qarışıq Döyüş Sənəti (MMA) üzrə beynəlxalq turnir keçirilib. Gecənin əsas görüşü azərbaycanlı Nəriman Abbasovla rusiyalı Şamil Zavurov arasında baş tutan döyüş idi ki, burada Abbasov ilk raundda texniki nokautla qalib gələrək çempionluq kəmərini qoruyub.

Bakıya qayıtdıqdan sonra azərbaycanlı döyüşçü mübarizənin ilk raundda başa çatacağını gözləmədiyini etiraf edib.

"İlk raundda qalib gələcəyimi gözləmirdim, demək ki, qismət belə imiş. Şamil Zavurov bu idman növünün əfsanəsidir və mən ona böyük hörmətlə yanaşıram. Fyodor Yemelyanenko kimi, o da məşhur döyüşçüdür və Həbib Nurməhəmmədov onu böyük qardaş adlandırır", - deyə Abbasov bildirib.

Bundan əlavə, idmançı döyüşdən sonra Həbibə niyə müraciət etdiyini izah edərək çamadanın hazır olduğunu və onu gözlədiyini söyləyib.

"Çamadanım çoxdan hazırdır (gülümsəyir). Həbib mənə söz verib ki, əgər Zavurov üzərində qələbə qazansam, mənim UFC-yə düşməyimə kömək edəcək. Ona görə də gözləyəcəyik, bir neçə gün istirahət edəcəyəm, məncə, sonra bu barədə məlumat gələcək. Hələ ki, növbəti döyüşümü kimlə və nə vaxt keçirəcəyimi bilmirəm", - deyə döyüşçü qeyd edib.

Öz növbəsində, Nəriman Abbasovun məşqçisi, Azərbaycan Peşəkar MMA Federasiyasının prezidenti Şəhriyar Abbasov yetirməsinin məğlub olacağı təqdirdə karyerasına son qoyacağını söyləyib.

"AMC Fight Nights rəhbəri Kamil Hacıyev Şamilin tərəfində idi və iddia edirdi ki, məhz Zavurov bu döyüşdə qalib gələcək. Mən ona dedim ki, əgər Nəriman Şamilə məğlub olarsa, biz əşyalarımızı toplayıb zalı bağlayacaq və karyeramıza son qoyacağıq. Bu səbəbdən bu mübarizə bizim üçün çox vacib idi", - deyə məşqçi qeyd edib.

Əlavə edək ki, Nəriman Abbasov üçün Zavurov üzərində qələbəsi peşəkar MMA-də 27-ci, ardıcıl olaraq 12-ci qələbəsi idi. Öz növbəsində, Abbasovla döyüşdən əvvəl 40 döyüş qazanan və 6 məğlubiyyəti olan Zavurov üçün ötən görüş karyerasının sonuncusu oldu.

Eləcə də oxuyun:

770
Teqlər:
idman, MMA, çempion
Elşən Məmmədovun xatirə guşəsi

Yeddisi günü dedilər, müharibə başladı: Cibində cəmi 7 manatı qalan şəhid